Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-69/2025 03.06.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından oğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında qalması və himayəsinə verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər üşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, dövlət rüsumuna görə 50 manat, hüquqi xidmət haqqına görə ödənilmiş 100 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə ailə qurmuş, nikahlarını xx.xx.2015-cü il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 №- ilə qeyd etdirmişlər. Bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə nikah qeydinin pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət etmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-138/2024 №-li qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun yanında, xx.xx.2022-ci il təvəllüdlü X10 isə Cavabdeh yanında saxlanılması qət edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2025-ci il tarixədək xx.xx.2022ci il təvəllüdlü X7 yanında saxlamış, göstərilən tarixdə uşağı onun yanına göndərmiş, özü isə qardaşı ilə Bakı şəhərinə getmişdir. Orada başqa bir şəxs ilə ailə qurmuş və nikaha daxil olmuşdur. Cavadeh hazırda nikah münasibətlərinə daxil olduğu şəxslə Lənkəran rayonunda yaşayır. xx.xx.2022-ci il təvəllüdlü X10 xx.xx.2025-ci il tarixdən onun yanında yaşayır. Cavabdeh uşaqları saxlamır, qayğısına qalmır, onların tərbiyəsi, təhsili, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafı, təhlükəsizliyi ilə maraqlanmır, həmçinin bunlara görə məsuliyyət daşıdığını tamamilə unutmuşdur. O, xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında qalması, himayəsinə verilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdeh 02 yanvar 2025-ci il tarixdə məhkəmə qərarı ilə yanında saxlanılmış oğlu Kənanı ona vermiş, bir neçə günlük işi olduğunu bildirmiş və işlərini bitirdikdən sonra Kənanı geri götürəcəyini ona demişdir. Lakin cavabdeh həmin tarixdən sonra bir daha uşağı götürmək üçün gəlməmiş və nəticədə azyaşlı Kənan onun yanında qalmışdır. Bir neçə gün sonra Kənan uşaq bağçasında olarkən səhhəti pisləşmiş və müəlliməsi ona zəng edərək uşağı təcili xəstəxanaya aparmasını demişdir. O da, Kənanı xəstəxanaya aparmış, orda olan zaman cavabdehə zəng edərək uşağın baxımsız olduğunu, gəlib uşağına baxmasını ona demiş, cavabdeh isə uşağa baxmayacağını, artıq başqa bir şəxs ilə ailə qurduğunu və həmin şəxs ilə birlikdə Lənkəran rayonunda yaşadığını ona bildirmişdir. Həmçinin bildirmişdir ki, ailəli olduğu üçün bir daha onu narahat etməsin. Cavabdehin qeyd edilən hərəkətləri səbəbindən yenidən məhkəməyə müraciət etməli olmuş və bununla bağlı müəyyən xərcləri çıxmışdır. Bu səbəbdən hazırda həmin xərclərin cavabdehdən alınaraq ona verilməsini istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 27 may 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh istifadəsində olan (***-***-**-**) mobil nömrə ilə əlaqə saxlanılaraq, onun iddiaya dair münasibəti öyrənilmişdir. Cavabdeh bu zaman bildirmişdir ki, məhkəmənin icraatında olan iddia barədə və məhkəmə iclası barədə məlumatı vardır. Lakin hazırda yeni ailə quraraq Bakı şəhərində yaşadığı və xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Həmçinin məhkəmənin gələcək iclaslarında da, iştirakı mümkün olmayacaqdır. İddianı qismən qəbul edir və oğlu xx.xx.2022-ci il təvəllüdlü X4 atası İddiaçı yanında qalmasına etiraz etmir. Lakin iddianın aliment tələbinə dair hissəsini qəbul etmir. Belə ki, onun aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 28 iyul 2014cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 05 mart 2016-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, X10 02 yanvar 2022-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X3r. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məhkəməyə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, ailə qanunvericiliyi, qanunları, uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normaları, valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri, uşağın hüquq və mənafeyi, yaşı, tərəflərin qarşılıqlı münasibətlərini, işin faktiki halları nəzərə alınaraq X4 atası İddiaçı himayəsinə verilməsi uşağın mənafeyinə uyğundur. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)- 138/2024 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə İddiaçı arasında 16 aprel 2015ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 27 nömrə ilə qeyd edilmiş nikah pozulması, 28 iyul 2014-cü il təvəllüdlü X5 və 05 mart 2016-cı il təvəllüdlü X1 ataları İddiaçı, 02 yanvar 2022-ci il təvəllüdlü X4 isə anası X2 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama əsasən Azərbaycan Respublikasında minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iddianın xx.xx.2022-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması hissəsinə münasibətdə qeyd edir ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-138/2024 saylı qətnaməsi ilə azyaşlı Kənan hazırki iş üzrə cavabdeh olan anası Cavabdeh yanında saxlanılsa da, cavabdeh yenidən azyaşlını hazırki iş üzrə İddiaçı verərək getmiş və bununla da, valideyn kimi uşaq qarşısında öz vəzifələrini icra etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X10 atası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 08 aprel 2025-ci il tarixdən başlayaraq üç nəfər azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərcinə görə 60 manat, dövlət rüsumuna görə 50 manat və hüquqi xidmət haqqına görə 100 manat olan pul vəsaitləri cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X10 atası İddiaçı yanında saxlanılsın. 08 aprel 2025-ci il tarixdən başlayaq xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.13 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərcinə görə 60 manat, dövlət rüsumuna görə 50 manat və hüquqi xidmət haqqına görə 100 manat olan pul vəsaitləri Cavabdeh aid edilsin və ondan alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №2(052)-69/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-69/2025
03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver