Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-78/2023 25.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X20 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naftalan şəhər dövlət notariat ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi» üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Naftalan şəhər dövlət notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun ölümündən sonra ünvan 1 küçənin, 37 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsini birinci növbədə vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2na Naftalan şəhər XDS İcrayə Komitəsinin 07 aprel 1995-ci il sərəncamına əsasən ünvan 1 küçənin, 37 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışına əsasən atasının adına mülkiyyət hüququ verilmişdir. X2 xx.xx.1989-ci ildə vəfat etmişdir. X1 isə xx.xx.2000-ci ildə vəfat etmişdir. ünvan 1 küçənin, 37 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsi hazırda onun istifadəsindədir. Atası öləndən sonra həmin torpaq sahəsi onun istifadə və sahibliyinə keçmiş və həmin əmlakı idarə etməkdədir. Atası öləndən sonra o, qardaşları X13 və X12 vərəsələri kimi qalmışlar. Həmin vərəsələr torpağın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə notariat ofisinə müraciət etməmiş, sonradan ərizə ilə notariat ofisinə müraciət etdikdə mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxdığına görə vərəsəlik şahədətnaməsi verilməsindən imtina edilmişdir. Mirasın qəbul edilməsi və mirasın vərəsənin mülkiyyəti olması faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 13 №li küçə, 37 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında 29 yanvar 1963-cü il tarixdə 2 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1969-cu il tarixdə doğulmuş, X2, X1dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 249 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X11 xx.xx.1989-cu il tarixdə ölmüşdür və öldükdən sonra varisləri X13, X12 və Ərizəçidur. İş materiallarına əlavə olunan Naftalan Şəhər Dövlət Notariat Ofisinin 02 mart 2023cü il tarixli qərarından görünür ki, mərhum X5 adına olan Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 13 №li küçə 37 ünvanda yerləşən torpaq sahəsinə dair Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan X10 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********196 nömrəli ərizəsindən görünür ki, X2 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Mirasın tərkibi: harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdır. Ona bütün əsaslar üzrə çatacaq miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Atasının vərəsəsi kimi qardaşı Ərizəçi tanınmasına etiraz etmir. İş materiallarında olan X8 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********773 nömrəli ərizəsindən görünür ki, X2 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Mirasın tərkibi: harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdır. Ona bütün əsaslar üzrə çatacaq miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Atasının vərəsəsi kimi qardaşı Ərizəçi tanınmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum X4 qalmış mirası faktiki qəbul etmiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş digər materiallar ilə bu fakt öz təsdiqini tapmışdır. Ərizəçi X2na münasibətdə birinci növbədə vərəsədir. Mərhumun qanun üzrə digər vərəsələri isə miras payı qəbul etmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələri ilə bildirmişlər. Belə olan halda məkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 13 nömrəli küçə, 37 ünvanda yerləşən mərhum X9 xüsusi mülkiyyət hüququ ilə məxsus 0.06 hektar torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-78/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-78/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver