Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-82/2025 03.06.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X21 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 03 mart 2025-ci il tarixdə Naftalan şəhərində ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 may 1966-cı il tarixdə doğulmuş X3 03 mart 2025-ci il tarixdə Naftalan şəhərində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun atası X4, X2 ilə nikahlarını 12 may 1989-cu il tarixində Naftalan şəhər VVAQ indiki Maraqlı şəxsndə qeyd etdirərək evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 25 avqust 1990-cı il təvəllüdlü Ərizəçi və 18 noyabr 1991-ci il təvəllüdlü X6 adlarında iki nəfər övladları olmuşdur. X16 12 yanvar 2022-ci ildə ürək xəstəliyindən Naftalan şəhərində vəfat etmiş, lakin o, Goranboy rayonunun Şəfibəyli kəndində anadan olduğu üçün onu həmin kəndin qəbristanlığinda dəfn etmişlər. X2 03 mart 2025-ci il tarixdə Naftalan şəhərində xəstəlikdən ölmüşdür və onu da Goranboy rayonu Şəfibəyli kənd qəbristanlığında dəfn etmişlər. Naftalan şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 aprel 2025-ci il tarixli 252 nömrəli arayışından görünür ki, X2 03 mart 2025-ci il tarixində ölmüş və öldüyü günədək ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmuş və yaşamışdır. ünvan 2i ərazi dairəsi üzrə nümayəndəsinin 22 aprel 2025-ci il tarixli 5-45-8/2-16-2025 nömrəli məktubundanda görünür ki, xx.xx.1966-cı il təvəlüdlü X2 həqiqətən 03 mart 2025-ci il tarixində Səfibəyli kənd qəbiristanlığında dəfn edilmişdir. (Məzarın fotoşəkili ərizəyə əlavə edilmişdir.) Anası ölən zaman özlərini itirmiş və ölüm barədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasına müraciət etməli olduqlarını bilməmişlər. Bu səbəbdən anasının ölümü barədə şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün onun tərəfindən Maraqlı şəxsnə müraciət olunmuş, lakin şöbənin 3-16-5/8-xx-xx/2025 nömrəli məktubu ilə ona cavab verilmişdir ki, anasının ölümü haqqında tibbi şəhadətnamənin olmaması üzündən Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Odur ki, həmin sənədin əldə edilməsi başqa cür mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 uzun illər Hepatit B virusu xəstəliyindən əziyyət çəkmişdir. Lakin sağlamlıq vəziyyəti normal olmuşdur. Uzun müddət həm ev, həm də xəstəxana şəraitində müalicələr almışdır. Lakim ölümündən təxminən 10 gün əvvəl vəziyyəti pisləşmişdir. 03 mart 2025-ci il tarixdə isə yaşadıqları Naftalan şəhərində yerləşən evdə vəfat etmişdir. Anası həmin gün Goranboy rayonu Şəfibəyli kəndində yerləşən kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt Naftalan şəhər Mərkəzi xəstəxanasına müraciət etməli olduqlarını bilməmişlər. Sonradan anasının ölüm haqqında sənədini almaq istəyən zaman müvafiq müraciətlərinin olmaması səbəbindən onlara ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Cavid onun yaxınd dostudur. 2025-ci ilin mart ayının əvvəllərində Cavidin anasının ölüm xəbərini aldıqdan dərhal sonra onların yaşadıqları evə getmiş və X3 öldüyünün şahidi olmuşdur. Həmin gün X5 Goranboy rayon Şəfibəyli kənd qəbristanlığında dəfn etmişlər. O da, həm dəfn, həm də yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək bildirdi ki, Ərizəçi onun dostudur. Mart ayının əvvəli evdə olduğu vaxt Cavid ona zəng edərək anasının öldüyünü demişdir. O da, dərhal Cavidin yaşadığı ünvan 3 ünvanına getmişdir. Orada olan zaman Cavidin anasının ölmüş olduğunun şahidi olmuşdur. Elə həmin gün mərhum X1 rayon Şəfibəyli kənd qəbristanlığında dəfn edilmişdir. Yas mərasimi isə Naftalan şəhərində yerləşən xeyir-şər evində keçirilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X13 arasında 12 may 1989-cu il tarixdə Naftalan Şəhər VVAQ şöbəsində 19 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarında olan AZE 01584966 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 07 may 1966-cı il tarixdə Akstafa şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığına görə ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 aprel 2025-ci il tarixli 5-45-8/2-16-2025 nömrəli məktubundanda görünür ki, xx.xx.1966-cı il təvəlüdlü X7 həqiqətən 03 mart 2025-ci il tarixində Səfibəyli kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar fotoşəkilindən görünür ki, X7 07 may 1966-cı il tarixdə anadan olmuş, 03 mart 2025-ci tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti başçısının Naftalan şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 aprel 2025-ci il tarixli 252 nömrəli Arayışından görünür ki, X7 03 mart 2025-ci il tarixində ölmüş və öldüyü günədək ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmuş və yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naftalan Şəhər Bələdiyyəsinin 07 aprel 2025-ci il tarixli 16 nömrəli arayışından görünür ki, X7 03 mart 2025-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X12 Mərkəzi” X23-in 2 iyun 2025-ci il tarixli 18-1-88/2-Q- 361-31-223/2025 saylı məktubunda qeyd edilmişdir ki, “Respublika Təcili və X12 Mərkəzi” X20 Naftalan TTTYS bölməsi üzrə Mərkəzi Şağrı Xidmətinə “103”, Naftalan şəhər sakini X7 adına çağırış daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməli, X3 03 mart 2025-ci il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 may 1966-cı il tarixdə Akstafa şəhərində doğulmuş X3 03 mart 2025-ci il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X24
Məhkəmə qərarları › İş №2(052)-82/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-82/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver