Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-84/2023 14.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X13 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi ona və ailə üzvləri həyat yoldaşı X4 və oğlu X7 məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır və mülkiyyətində 0,25 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun və ailə üzvləri həyat yoldaşı X2 və oğlu X5 adına JN-028A, KOD 50919048 torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh onun qonşusudur. Cavabdehin əvvəlcə istifadəsində 0,06 ha torpaq sahəsi olmuşdur. Hazırda isə cavabdehin istifadəsində 3 hektar torpaq sahəsi vardır. Cavabdeh onun mülkiyyət hüququ ilə istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Onların arasında olan torpaq mübahisəsi 30 ildir davam edir. O, evdə olmayan vaxt cavabdeh onun bağı tərəfdən dirəklər basdırmış, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmçinin evdə olmayan vaxt bağın onun tərəfində olan hissəsi yandırılmışdır. Bu səbəbdən cavabdehlə aralarında yenidən mübahisə olmuş və onlar hər ikisi polisə müraciət etmişlər. Naftalan Şəhər Polis Şöbəsindən mübahisələri mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Onun və cavabdehin torpaq sahəsinin mütəxəssislər tərəfindən ölçülərək müəyyən edilməsini, cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin aşkar edilməsini istəyir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh və onun ail üzvlərinə, ümumilikdə üç nəfərə qanunla nəzərdə tutulmayan həcmdə torpaq sahələri ayrılmışdır. Halbuki bu yolverilməz haldır. Həmçinin cavabdeh özünə aid olmayan geniş torpaq sahələrini də zəbt edərək şəxsi istifadəsinə qatmışdır. Belə ki, bununla əlaqədar müvafiq idarələrə şikayət ərizələri ünvanlamış və görüləcək tədbirləri gözləyir. Bundan başqa cavabdeh onunla arasında olan sərhəd sahəni də, zəbt edərək istifadəsinə qatmışdır. Mübahisə ilə əlaqədar mütəxəssislər yerində baxış keçirən zaman isə onlara maneələr yaratmiş, ölçü işlərinin lazımi yerdən aparılmasına icazə verməmişdir. Bu səbəbdən ölçü işləri də düzgün formada aparılmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, onun heç kəsin torpaq sahəsində gözü yoxdur. Həmçinin o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Bu hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Əksinə iddiaçı hazırda qanuni torpaq sahəsindən əlavə 0.20 ha torpaq sahəsini zəbt edərək istifadəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın əsassız olduğunu, bu səbəbdən rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu tarixli 07 saylı qərarı ilə İddiaçı Mayıl oğluna, X4 və X7 Goranboy rayonu, Qasımbəyli kəndində 0.25 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, X6 ünvan 1ində xüsusi mülkiyyət hüququ ilə 0.67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Qasımbəyli kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.67 ha olan torpaq sahəsini Nümayəndə bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, X6 ünvan 1ində xüsusi mülkiyyət hüququ ilə 114.2 kv.m fərdi yaşayı evi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS-ə JN – 028A KOD 50919048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Mayıl oğlunun, onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X5 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiyası fərqi olduğundan üst-üstə düşmür. TEKUİS-ə əsasən həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışa əsasən Cavabdeh atası X6 mülkiyyətində olan, hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmür. İddiaçı Mayıl oğlunun, onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X5 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə ünvan 1ində cavabdeh X6 mülkiyyətində olan hazırda Cavabdeh istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyul 2023-cü il tarixli, 10/3177 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X5 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin arasında konfiqurasiyası fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. TEKUİS-ə əsasən həmin torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh atası X6 mülkiyyətində olan hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Cavabdeh atası X6 mülkiyyətində olan hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın əsassız olması qənaətinə gəlinir. Belə ki, həmin rəylər əsasında müəyyən olunur ki, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin hər hansı hissəsi cavabdehin qanunsuz sahibliyində deyildir. Cavabdehin atası X6 mülkiyyətində olan, hazırda istifadə etdiyi ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunsa da, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli və ondan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsinə Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(052)-84/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-84/2023
14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver