Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1010/2025 31.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcuna görə ödədiyi 3323,22 manat məbləğində pulun və dövlət rüsumuna görə 53,23 manatın aınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «reqres qaydada pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması, işin məhkəmə hazırlıq iclası 08 avqust 2025-ci il tarixə, saat 10:40-a məhkəmə binasına təyin edilməsi qərara alınmışdır. Daha sonra iddia iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək ödənilmiş 3681,15 (üç min altı yüz səksən bir manat on beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən götürdüyü 20000 (iyirmi min) manata kredit üzrə zamin durmuşdur. Lakin cavabdeh öhdəliklərini vaxtında icra etməmiş və bank həmin pulu onun əmək haqqından aylıq hissə-hissə tutulur. Artıq onun əmək haqqısından 3323,22 manat məbləğində pul Cavabdeh borcuna görə çıxılmışdır. Həmin pulun ona qaytarılması barədə dəfələrlə ona müraciət etsə də nəticəsi olmamış və pulunu qaytarmamışdır. O, artıq onun öhdəliyinə görə banka 3323,22 manat pul ödəmiş və tutulmalar yenədə davam edəcəkdir. O, hazırkı günədək ödədiyi pulları ondan tələb edir. Çünki kredit müqaviləsi üzrə öhdəlik vaxtaşırı icra edilməli öhdəlikdir və hissə-hissə ondan tutulur. Cavabdeh öhdəliyini icra etmədiyi üçün və həmin pulu ödədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM-KBAK150231B143 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı bank qarşısında Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən əldə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuş İddiaçı ilə"xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM-KBAK150231B143 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh kredit borcuna görə İddiaçı əmək haqqısından xx.xx.2025-ci il tarixədək 3681,15 manat tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Əsas borclu vaxtında borcunu ödəmədiyindən İddiaçı "xxxx" ASC-də olan hesablarından cəmi xx.xx.2025-ci il tarixədək 3681,15 manat tutulmuşdur. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borca iddiaçının hesabına ödəniş edilmiş, məbləğ iddiaçıdan tutulmuşdur, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tələb edə bilər. Hazırki halda isə borcun bir hissəsini ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 3681,15 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,23 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək ödənilmiş 3681,15 (üç min altı yüz səksən bir manat on beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək ödənilmiş 3681,15 (üç min altı yüz səksən bir manat on beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1010/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1010/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver