Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1039/2025 25.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı Cavabdeh qarşı «uşağın ananın yanında saxlanılmasının müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş və hazırda himayəsində qalan 17 oktyabr 2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək onun yanında saxlanılmasının (qalması) müəyyən edilməsi, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş və hazırda himayəsində qalan 17 oktyabr 2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həcmində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilməlidir. Müəyyən edilmişdir ki, iddia ərizəsinin ikici abzasında iddiaçı təxminən il yarım əvvəl Salyan 1 saylı Mediasiya təşkilatına alimentlə bağlı müraciət etdiyini, lakin sonradan ailənin dağılmasını istəmədiyindən məhkəməyə yalnız indi müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İş materialına əlavə edilmiş Salyan 1 saylı X1 Mediasiya Sessiyasında (İMS) İştirak Edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında mübahisə predmeti aliment tələbi olsa da mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş arayış iş materillarına əlavə edilsə də İddiaçı xx.xx.2023-cü il tarixdə yəni 1 il 9 ay bundan əvvəl mediasiya təşkilatına müraciət etmişdir. Qeyd olunan vaxtdan xeyli müddət keçmiş, artıq İddiaçı məhkəməyə iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya təşkilatına müraciət etməli olduğu halda bu tələbə riayət etməmişdir. Eyni zamanda mediasiya arayışında mübahisə predmeti yalnız aliment olduğu halda iddiaçı uşağın onun himayəsində saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da yuxarıda göstərilən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələb üzrə mediasiyaya müraciət etməsini təsdiq edən sənəd əlavə olunmadığından ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «uşağın ananın yanında saxlanılmasının müəyuyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1039/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1039/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver