Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-108/2023 02.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Neftçala rayon Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Neftçala rayon Notariat Ofisinə qarşı qarşı ərizə ilə məhkəməyə müraciət edərək valideynlərindən miras qalmış Neftaçala rayonu, Xolqaraqaşlı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini faktiki qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Neftçala rayon Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-108/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-108/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver