Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1100/2025 16.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə məxsus əmlakların evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Neftçala şəhəri, Məhəmmədhüseyn Şəhriyar küçəsi, giriş 59, M1, m1 ünvanında yerləşən fərdi yaşayış evində yerləşdirilmiş 1 ədəd televizor, 1 ədəd qaz peçi, 8 ədəd stul, 4 ədəd çamadan, 1 ədəd sandıq, 2 ədəd taxt çarpayı, 1 ədəd paltar asan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qoşa taxt, 1 ədəd servant, 1 ədəd paltar asqısı, 1 ədəd krosna aparatı, 1 ədəd əl-üz yuyan, 2 çarpayılıq yataq dəsti, 1 ədəd çaynik və 1 ədəd oyuncaqdan ibarət olan əmlakların cavabdehlərin hesabına onun evindən çıxarılması və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, ünvan 2ində qeydiyyatda olmaqla orada yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Neftçala şəhəri, Məhəmmədhüseyn Şəhriyar küçəsi, giriş 59, M1, m1-də özünə məxsus mənzili var və mənzilin onun mülkiyyətində olması barədə reyestr xidmətinin 05 iyun 2025ci il tarixli **********30-05101-093023 reyestr nömrəli çıxarışı verilmişdir. Cavabdehləri uzun müddətdir ki, tanıyır. 1987-ci ildə işi ilə əlaqədar Neftçala rayonuna gəlmiş və ona dövlət tərəfindən 3 otaqlı ev verilmişdir. Daha sonra isə 1994-cü ildə onu işi ilə əlaqədar Cəlilabad rayonuna təyin etmişlər. Həmin vaxt onun qonşuluğunda yaşayan Nəsibə adlı xanım onunla yaxın olduğu üçün ona evi satırsa, almaq istədiyini bildirmişdir. Sonra aralarında razılığa gəlmişlər ki, əvvəlcə evdə kirayədə yaşasınlar, daha sonra evin pulunu ödədikdə evi alğı-satqı etsinlər. Lakin cavabdehlər uzun müddət onun evində kirayədə qalsalar da, ona kirayə pulu olaraq ümumilikdə 1.800-2.000 manat civarında pul vermiş, qalan kirayə pulunu ödəməmişlər. Bundan sonra dəfələrlə cavabdehlərdən evin kirayə pulunu ödəmələrini, ya da pulunu verib evi alğı-satqı etmələrini bildirsə də, bunun heç bir faydası olmamışdır. Daha sonra evi öz adına rəsmiləşdirmək üçün cavabdehlərdən evin sənədlərini istəsə də, cavabdehlər həmin sənədlərin itdiyini bildirmiş, o, da bununla bağlı polisə müraciət etmişdir. Artıq mülkiyyətində olan evlə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Cavabdehlərin məhkəməyə təqdim etdiyi ərizə və digər sənədlər isə saxtadır. Hazırda cavabdehlər evdən çıxsalar da özlərinə məxsus əşyaları evdən götürməmişlər. Bir neçə dəfə onlara bununla bağlı xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərə məxsus evində olan əşyalar bunlardır: 1 ədəd televizor, 1 ədəd qaz peçi, 8 ədəd stul, 4 ədəd çamadan, 1 ədəd sandıq, 2 ədəd taxt çarpayı, 1 ədəd paltar asan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qoşa taxt, 1 ədəd servant, 1 ədəd paltar asqısı, 1 ədəd krosna aparatı, 1 ədəd əl-üz yuyan, 2 çarpayılıq yataq dəsti, 1 ədəd çaynik və 1 ədəd oyuncaq. Cavabdehlərin əmlaklarının onun evində qalması nəticəsində onun mülkiyyət hüquqları pozulmaqla həmin əmlaklar onun evində qaldıqca o, evdən sərbəst istifadə edə bilmir. Bundan başqa cavabdehlərin əmlakları evində olduğu üçün o, əşyaları qoruyur, hər hansı fəlakət və ya oğurluq olarsa, əmlaklar onun cavabdehliyində qalacaqdır. Cavabdehlər əmlaklarını könüllü olaraq evindən çıxarmaq istəmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasının məhkəmədən xahiş edir. Cavabdeh3 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nənəsi Nəsibə xanımla iddiaçı arasında ev alğısatqısı olmuşdur. Nəsibə xanım evi almaq üçün iddiaçıya iki dəfə olmaqla, ümumilikdə 2.000-2.100 dollar civarında pul verib. Nəsibə xanım isə o evi digər cavabdehlərin atası üçün, yəni bacanağı üçün almışdır. Lakin onlar iddiaçıya pulu verdikdən sonra evi öz adlarına rəsmiləşdirmək üçün iddiaçı ilə əlaqə saxlamağa çalışsalar da, onu tapa bilməmişlər. İddiaçı da keçən bu müddət ərzində evlə bağlı onlarla ümumiyyətlə əlaqə saxlamayıb. Lakin sonradan digər cavabdehlərin valideynlərinin öldüyünü bildikdən sonra evi öz adına rəsmiləşdirib. Hazırda həmin evdə ona məxsus heç bir əşya yoxdur. Lakin ev cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların ailəsinə məxsusdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə onun nənəsi Nəsibə xanım arasında 1992-ci ildə evin alğı-satqısı ilə bağlı razılıq olmuş, nənəsi və atası evin pulunu 2 dəfə olmaqla hissə-hissə iddiaçıya vermişdir. Daha sonra onlar 1995-ci ildə həmin evə köçmüşlər və orada yaşamağa başlamışlar. Lakin onlar iddiaçıya evin kirayəsi üçün ümumiyyətlə aylıq heç bir məbləğ ödəməmişlər. Hazırda həmin evdə yaşamasa da, həmin evdə böyümüş, məktəbə getmiş, orada da öz evi kimi yaşamışdır. Evdə olan əşyalar isə ona və bacısı Cavabdeh1 məxsusdur. Həmin evə hazırda da arabir gedib-gəlir. Atası bir müddət sonra evi balaca bacısının adına rəsmiləşdirmək istəsə də, iddiaçı ilə əlaqə saxlaya bilməmişlər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmənin 11 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əşyalarının olduğu ev 1992-ci ildə iddiaçı tərəfindən onun atasına və nənəsinə satılmışdır. Lakin həm atası, həm də nənəsi evi öz adlarına rəsmiləşdirməyiblər. Həmin evdə doğulub boya-başa çatmış, öz evi kimi də orada yaşamışdır. Atası sonradan evi öz adlarına rəsmiləşdirmək istəsə də, iddiaçı ilə əlaqə saxlaya bilməmiş, buna görə də evi adına rəsmiləşdirə bilməmişdir. İddiaçıya isə həmin evdə qaldıqları üçün ümumiyyətlə kirayə pulu verməyiblər. Çünki həmin ev özlərinə məxsus olub. Evdə olan əşyalar da ona və bacısına məxsusdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 işin məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 məhkəmə baxışı iclasında gəlməməsini üzrsüz sayıb işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, ev 5, mənzil 3 (Yeni qaydalarla: AZ 4704, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 75,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınıb. Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli arayışda qeyd olunur: «Verilir, ünvan 2i ünvanında yaşayan vət. İddiaçı ondan ötrü ki, həqiqətən ona məxsus ünvan 3 ünvanında yerləşən evinə aid olan xx.xx.1992-ci il tarixli, reyestr 423, kitab səhifə 87 saylı qeydiyyat kitabçasının itməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Neftçala RPŞ-ə ərizə ilə müraciət etmişdir. Tərəfimizdən aparılmış əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin sənədin tapılması mümkün olmamışdır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reystri Xidmətinin 13 saylı ərazi İdarəsinə təqdim etmək üçün verilir». Masallı rayonunda dərc olunan “Yeni Həyat” qəzetinin 23 avqust 2024-cü il tarixli buraxılışında Neftçala şəhərində İddiaçı adına verilmiş 423 reyestr nömrəli, Nizami küçəsi №24, 3 №-li mənzilin (kitabda 87-ci səhifə, 21 yanvar 1992-ci il göstərilmişdir) mülkiyyət hüququna dair sənədlər itdiyi üçün etibarsız sayılması elan edilmişdir. Cavabdehlər tərəfindən təqdim olunmuş Neftçala şəhəri, Nizami küçəsi, ev 34, mənzil 3-də yaşayan X2 tərəfindən yazılmış ərizənin surətində qeyd olunur: “Bu ərizəm ilə notariat kontoruna bildirirəm ki, həyat yoldaşım İddiaçı adına olan Neftçala şəh. Nizami küçəsində 24 saylı evin 3 saylı mənzilinin satılmasına icazə verirəm”. Neftçala şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 29 noyabr 1991ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, 1991-ci ildə tikilmiş 24 nömrəli evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,21 kv.m olan 3 otaqlı mənzil İddiaçı bağışlanıb. Neftçala rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 15 aprel 1991-ci il tarixli 1843 nömrəli orderin kötüyündən görünür ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə (İddiaçı, X2 və X4) birlikdə ünvan 4 ünvanında 3-cü mərtəbədə yerləşən 37,1 kv.m mənzil sahəsini tutmağa ixtiyarı vardır. “Azəriqaz” İB-nin X6 Sahəsi tərəfindən verilmiş abonent kitabçasının surətindən görünür ki, H.Əliyev ünvanında yerləşən mənzilin qaz istehlakçısı X1r. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən «Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər». Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən «Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər». Cavabdehlər bildirirlər ki, sözügedən ev onların (yəni Cavabdeh1 ilə Cavabdeh2) ailəsinə məxsus olmuş, bununla bağlı onların valideynləri ilə iddiaçı arasında evin alğısatqısı olmuşdur. Lakin cavabdehlər bununla bağlı heç bir mötəbər sübut (alğı-satqı müqaviləsi və s.) məhkəməyə təqdim etməmişlər. Əksinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, ev 5, mənzil 3 (Yeni qaydalarla: AZ 4704, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 75,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçının bildirdiklərinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailəsi sadəcə olaraq ona məxsus olan evdə kirayədə yaşamış, evi almaq istəsələr də, bunun müqabilində ona evin dəyərini təşkil edən pul məbləğini verməmişlər. Tərəflərin bildirdiklərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar, yəni 1 ədəd televizor, 1 ədəd qaz peçi, 8 ədəd stul, 4 ədəd çamadan, 1 ədəd sandıq, 2 ədəd taxt çarpayı, 1 ədəd paltar asan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qoşa taxt, 1 ədəd servant, 1 ədəd paltar asqısı, 1 ədəd krosna aparatı, 1 ədəd əl-üz yuyan, 2 çarpayılıq yataq dəsti, 1 ədəd çaynik və 1 ədəd oyuncaq Neftçala şəhəri, H.Əliyev prospekti, ev 5, mənzil 3 (Yeni qaydalarla: AZ 4704, ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus olan mənzildədirlər. Tərəflərin bildirdiklərindən həmçinin görünür ki, sözügedən əşyalar Cavabdeh3 məxsus deyil. Məhkəmə hesab edir ki, bu hal mülkiyyətçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2 və 152.3-cü maddələri ilə müəyyən olunmuş hüquqlarını pozur və iddiaçı eyni Məcəllənin 157.4-cü maddəsinə əsaslanmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq hərəkətlərə son qoymasını tələb etmək hüququna malikdir. Ona görə də iddia qismən təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Göstərilənləri, həmçinin iddianın əsa etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan əşyalar, yəni 1 ədəd televizor, 1 ədəd qaz peçi, 8 ədəd stul, 4 ədəd çamadan, 1 ədəd sandıq, 2 ədəd taxt çarpayı, 1 ədəd paltar asan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qoşa taxt, 1 ədəd servant, 1 ədəd paltar asqısı, 1 ədəd krosna aparatı, 1 ədəd əl-üz yuyan, 2 çarpayılıq yataq dəsti, 1 ədəd çaynik və 1 ədəd oyuncaq Neftçala şəhəri, H.Əliyev prospekti, ev 5, mənzil 3 (Yeni qaydalarla: AZ 4704, ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzildən yuxarıda göstərilən cavabdehlərin öz vəsaiti hesabına çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1100/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1100/2025
16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver