Məhkəmə qərarları › İş №2(053)-1167/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1167/2023

08.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1167/2023 08.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh»nə qarşı «Əmək müqaviləsinə xitam verilərkən ödənilməyən əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin alınması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Cavabdeh»nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 avqust 2022-ci il tarixi üçün ona ümumi 2.591,87 AZN (iki min beş yüz doxsan bir manat, səksən yeddi qəpik) miqdarında ödənilməyən əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi və tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək, əmək müqaviləsi üzrə 01 noyabr 2014-cü il tarixdə Cavabdehndə 01 noyabr 2014-cü il tarixli, 77 №-li Əmr əsasında “İstehsalat təlim ustası” vəzifəsinə işə qəbul edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən ona aylıq 587,14 manat məbləğində əmək haqqının verilməsi nəzərdə tutulmuşdur. 17 sentyabr 2018-ci il tarixdə, 05 №li Əmrlə ödənişli əsaslarla təsis edilmiş “EM-40” ixtisas qrupunda eyni vəzifədə əmək fəaliyyəti davam etdirilmiş və 25 avqust 2022-ci il tarixdə, 02 №li Əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona ümumi 2.591,87 AZN (iki min beş yüz doxsan bir manat, səksən yeddi qəpik) miqdarında ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi üzrə yekun hesablaşmalar aparılmamış, bununla da əmək qanunvericiliyinin tələbləri və əmək müqaviləsi ilə götürülən öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Əmək müqaviləsinə xitam verildiyi tarixdən hazırkı günə qədər dəfələrlə Cavabdehnə mübahisə predmeti olan məsələ ilə bağlı müraciət etsə də, əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədləri ona təqdim edilməmişdir. Mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan Mediasiya prosesində ilkin sessiya zamanı cavabdeh sessiyada iştirak etməmiş və bu barədə ona arayış təqdim edilmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Neftçala Peşa Məktəbi ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 avqust 2022-ci il tarixi üçün ona ümumi 2.591,87 AZN (iki min beş yüz doxsan bir manat, səksən yeddi qəpik) miqdarında ödənilməyən əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi vəzifəsi cavabdeh Neftçala Peşa Məktəbinə həvalə edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh direktoru X1 məhkəmə iclasına gəlməmiş, 24 noyabr 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddianı tam olaraq qəbul etdiyini, işi ilə əlaqədar üzrlü səbəbdən növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əlavə olaraq hazırlıq iclası zamanı 2023-cü ilin sentyabr ayından direktoru olduğu Peşə Məktəbində 2 qrupun, ödənişli və ödənişsiz qrupların olduğunu, iddiaçının müəllim olduğu fənnin büdcədən kənar olduğunu, İradə müəllimənin fənn müəllimi olduğunu bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının əmək kitabçasının iş materiallarına əlavə olunmuş surətindən görünür ki, o, 01 noyabr 2014-cü il tarixdən 25 avqust 2022-ci il tarixədək «Cavabdeh» ndə istehsalat təlim ustası vəzifəsində işləmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 №-li Əmrdə aşağıdakılar qeyd olunur: «1.“Cavabdeh” bölməsində “istesalat təlimi ustası” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 69 nömrəli maddəsinin “3” - İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qisnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər» bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilsin. 2. İşçinin xx.xx.2014 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. 3. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin». “Cavabdeh” nin 27 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilərkən son hesablaşmaların aparılmasına dair yekun cədvəldən görünür ki, cavabdeh “Cavabdeh” nin İddiaçı 2591,87 manat məbləğində əmək haqqı borcu vardır. Cavabdeh”nin direktoru X1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etdiyini bildirmiş və onun təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin mənasına görə cavabdeh qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən “İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı etiraf etmənin hüquqi nəticələrini hər iki tərəfə ətraflı izah etmişdir. Cavabdeh tərəf bildirmişdir ki, iddianın etirafı ilə bağlı fikiri qətidir. İddiaçı isə iddianın etirafının qəbul edilərək məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını təsdiq etməyi mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən «Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır». Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdehndən 2.591.87 (iki min beş yüz doxsan bir manat, səksən yeddi qəpik) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar