Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-12/2023 02.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Ələşrəf oğlunun Cavabdeh iştirakı ilə İddiaçı Ələşrəf oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ələşrəf oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən JN N°0039 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair "Dövlət aktına əsasən ailəsi ilə birlikdə mülkiyyətində olan 12.82 ha. torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 1.90 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ələşrəf oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə ailəsinə, Neftçala rayonunun Mirzəqurbanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq məqsədi ilə 12,82 (on iki hektar 82 sot) ha. torpaq sahəsi pay torpağı olaraq mülkiyyətə verilmişdir. Bu barədə onlara, 02 aprel 2002-ci il tarixli, JN-0039 (kod:********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Lakin uzun illərdir ki, bu torpaq sahəsinin 1,90 hektarından Cavabdeh qanunsuz sahiblənərək istifadə edir. Bu müddət ərzində onlar, Cavabdeh həmkəndliləri olmasını nəzərə alıb, yaranmış problemi qarşılıqlı anlaşma əsasında həll etməyə çalışmışlar. Lakin cavabdehin xoş niyyətinin olmadığını nəzərə alaraq, onlar məhkəməyə qədər pretenziya əsasında məktubla cavabdehǝ eləcə də inzibati ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət edib problemin həllinə nail olmaq istəmişlər. Cavabdeh məktublarını alsa da məhkəməyə müraciət etdiyi günədək heç bir cavab verməmiş və qanunsuz zəbt etdiyi torpaq sahəsindən də çıxmamışdır. Kəndin inzibati ərazi olaraq daxil olduğu Tataraməhlə Bələdiyyəsinin sədri Q.Mehdiyev və Tataraməhlə İƏD üzrə nümayəndəsi E.Əlizadənin imzası ilə ünvanına göndərilmiş eyni məzmunlu cavab məktublarında DƏDKR-PHŞN-nin 13 saylı Şirvan İdarəsinə zəbt olunma faktı aşkarlandığı halda huquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. DƏDKR-PHŞN-nin 13 saylı Şirvan İdarəsinə müraciətindən sonra, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin əməkdaşları kəndə gəlmiş, JN0039 (kod:********) saylı Dövlət Aktı ilə sənədləşdirilmiş 4 parseldən ibarət 12,82 ha torpaq sahəsinin sərhədinin naturada tanıdılması aparılmış və torpaq sahəsinin 1,90 hektarının Cavabdeh tərəfindən zəbt edilməsi aşkarlanmışdır. Buna görə də Cavabdeh Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən JN- 0039 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair "Dövlət aktına" əsasən ailəsi ilə birlikdə mülkiyyətində olan 12,82 ha. torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 1,90 ha. torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, sözügedən torpaq sahəsini iyirmi ildir ki, o əkib becərir. Özünə məxsus torpaq sahəsindən istifadə etməklə, həmin sahəyə xərc çəkmişdir. Hesab edir ki, İddiaçı Ələşrəf oğluna məxsus torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Hazırda da həmin torpaq sahəsindən istifadə edir. Lakin həmin torpaq sahəsi ona bələdiyyə tərəfindən verilmişdir. Bu vaxta kimi İddiaçı Ələşrəf oğlu torpaq sahəsinin ona aid olması barədə ona məlumat verməmişdir. Ekspert rəyinin surətini alıb onunla da tanış olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan JN-0039 saylı, 80708038 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X6, X1, X2, X4, X8, X5 və İddiaçı Ələşrəf oğluna Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Mirzəqurbanlı kəndində 12,82 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Neftçala rayon, Tataraməhlə İƏN-nə və Neftçala rayon Tataraməhlə bələdiyyəsinə ünvanlanmış 31 mart 2022-ci il tarixli və həmin tarixli Neftçala rayonu, Mirzəqurbanlı kənd sakini Cavabdeh ünvanlanmış ərizələrdən görünür ki, Qurbanov X10 rayonu, Mirzəqurbanlı kənd sakini Cavabdeh ailəsinə məxsus 12,82 ha. torpaq sahəsinin 1,90 ha. hissəsindən qanunsuz olaraq istifadə etməsi barədə yuxarıda adları qeyd olunan ünvanlara yazılı müraciət etmişdir. İşdə olan 04 may 2022-ci il tarixli məktublardan görünür ki, Neftçala rayonu X3 Azad Ələşrəf oğluna sözü gedən torpaq sahəsi pay torpağı olduğundan yaranan sərhəd mübahisələrin, yerində kordinatların təyin etmək və yaxud da zəbt edilmiş kimi digər məsələlər barəsində DƏDKR-PHŞN-nın 13 saylı Şirvan idarəsinə müraciət etməyi, müraciət olunduğu zaman yerində baxış keçirildikdə torpaq sahəsinin digər qonşu payçılar tərəfindən zəbt olunduğu aşkar olunduqda və həmin şəxs torpağı təhvil vermədiyi halda bununla bağlı olaraq aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyyə etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2023-cü il tarixli, 10/8839 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İ.Cahangirovun tərtib etdiyi mütəxəssis rəyində, qərardadın birinci sualı üzrə - “Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi və bununla bağlı JN-0039 Kod 80708038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 12.82 ha hektar torpaq sahəsinin JN-39Z saylı 1.90 ha hissəsinin sərhədləri X7 X9 (TEKUİS) əsasən yerində (naturada) müəyyən edildi (yerquruluşu planında əks olunmuşdur)”. Qərardadın ikinci sualı üzrə - “Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi və bununla bağlı JN-0039 Kod 80708038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 12.82 ha hektar torpaq sahəsinin JN-39Z saylı 1.90 ha hissəsinin hamısı Cavabdeh tərəfindən istifadə olunur”. Azərbaycan Respublikası Konstitusiyasının 13 - cü maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111- ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutlması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, JN-0039 Kod 80708038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X6, X1, X2, X4, X8, X5 və İddiaçı Ələşrəf oğluna Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Mirzəqurbanlı kəndində 12,82 hektar torpaq sahəsi verilmişdir. Həmçinin məhkəmə tərəfindən X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilən Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi və bununla bağlı JN- 0039 Kod 80708038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 12.82 ha hektar torpaq sahəsinin JN-39Z saylı 1.90 ha hissəsinin hamısı Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildi. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Ələşrəf oğlunun Cavabdeh qarşı iddia tələbi JN-0039 Kod 80708038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 12.82 hektar torpaq sahəsinin JN- 39Z saylı 1.90 ha hissəsindən çıxarılması təmin edilməli və Cavabdeh İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən çıxarılmalıdır. İşə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi və yerquruluşu planı vermək üçün 117,6 (yüz on yeddi manat altmış qəpik) manat xidmət haqqı tələb olunmuş, İddiaçı Ələşrəf oğlu tələb olunan xidmət haqqı məbləğini xx.xx.2023-cü il tarixdə müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası MPM- nin 107- ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin və yerquruluşu planı verilməsinə görə çəkilmiş 117,6 (yüz on yeddi manat altmış qəpik) manat məbləğində xərc isə Cavabdeh alınıb İddiaçı Ələşrəf oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Ələşrəf oğlunun və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 12,82 ha torpaq sahəsinin zəbt etdiyi JN-39Z saylı 1,90 hektar hissəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis rəyinin və yerquruluşu planının verilməsinə görə çəkilmiş 117,6 (yüz on yeddi manat altmış qəpik) manat məbləğində xərc Cavabdeh alınaraq İddiaçı Ələşrəf oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətinə Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-12/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-12/2023
02.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver