Məhkəmə qərarları › İş №2(053)-12/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-12/2024

20.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-12/2024 20.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Daşınmaz əşyanın qanunsuz sahiblikdən geri tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, Neftçala rayonunun Boyat kəndində yerləşən mülkiyyət hüququna dair JN-0072 №-li Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 5.24 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi və ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-343/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qərardadı ilə Mühəndis-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 10 may 2024-cü il tarixdə 2(053)-343/2023 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki işə 2024-cü ildə yeni (2-(053)-12/2024) nömrə verilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-12/2024 nömrəli iş üzrə 13 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi Nümayəndə işin məhkəmə baxışına hazırlanması zamanı ərizə verərək hazırda iddia tələbindən imtina etdiyini, öz xahişi ilə ərizəsinin baxılmamasını və ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, eyni zamanda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – İddiaçı qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «Daşınmaz əşyanın qanunsuz sahiblikdən geri tələb edilməsi» tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar