Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-123/2024 15.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızının, Cavabdeh iştirakları ilə iddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızının Cavabdeh qarşı “Evə köçürülmə tələbinə dair” iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızı 18 yanvar 2024-cü ildə iddia ərizəsinə əlavə ərizə göndərərək Neftçala rayonu, Xolaqarabucaq kəndində yerləşən cavabdehin valideynlərinə məxsus, bir hissəsi sonradan inşa edilmiş fərdi evin əsas girişində sağ tərəfdə yerləşən 2 yaşayış otağının onun və iki övladının istifadəsinə verilməsi, ayrılması nəzərdə tutulan iki otağın pəncərəsinin birinin giriş qapısı ilə əvəzləşdirilməsi, ona və övladlarının istifadəsinə verilməsi nəzərdə tutulan hissədən həyətin torpaq sahəsi təcrid olunması və yeni giriş darvazasının quraşdırılması, aparılacaq tikinti işlərinin onun maliyyə vəsaiti ilə aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızı işin məhkəmə hazırlıq iclası zamanı ərizə verərək cavabdehlə aralarında razılaşma olduğundan iddia tələbinə baxılmadan iddia ərizəsini və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş edir. Cavabdeh da həmçinin ərizə verərək işin mahiyyəti üzrə baxılmamasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – iddiaçı Muradova (İmanova) Yaqut Siyasət oğluna qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Muradova (İmanova) Yaqut Siyasət qızının Cavabdeh qarşı “Evə köçürülmə tələbinə dair” ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Muradova (İmanova) Yaqut Siyasət oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-123/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-123/2024
15.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver