Məhkəmə qərarları › İş №2(053)-1238/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1238/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1238/2024 16.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Ərizəçi «Doğum akt qeydinə dəyişiklik edilməsi»nə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1958-ci ildə Neftçala rayonu, İsmilli kəndində anadan olmuş Ərizəçi doğum akt qeydində Latifə adından Gülsurə adına dəyişiklik edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi ərizəçi xx xxxxxx 1958-ci ildə Neftçala rayonu, İsmilli kəndində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanda yaşayır. Subaydır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, özünə aid olan doğum haqqında şəhadətnaməni itirmiş, ondan Türkiyə Cümhuriyyətində nikaha daxil olarkən doğum haqqında şəhadətnamənin əsli tələb olunduğuna görə Maraqlı şəxsnə təkrar şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilmiş, məktubda həmin doğum akt qeydində adının “Latifa” kimi göstərildiyi, ziddiyyət təşkil etdiyindən ona təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığı izah edilmişdir. Hazırda ona məxsus olan doğum akt qeydində Latfə adından Gülsurə adına dəyişiklik edilməsiinə dair qətnamə çıxarılmasını xahiş edir (ərizəsinə özünə aid şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış, paspotun, X1 X2 Belgesinin, orta təhsil haqqında Atestatın, əmək kitabçasının surətləri və Maraqlı şəxs imtina məktubu əlavə edilib). İlk növbədə qeyd olunmalıdır ki, Ərizəçi ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlərində hətta 1958-ci ildə verilmiş orta təhsil haqqında atestatında adı Gülsurə olaraq qeyd edilmişdir. Maraqlı şəxs 26 aprel 2024-cü il tarixli məktubunda isə müraciətinizə cavab olaraq qeyd edilmişdir ki, “barənizdə tərtib edilən doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında qeyd edilən ad ilə (Latifa) şəxsiyyət vəsiqənizdə qeyd edilən ad (Gülsurə) arasında ziddiyyət olduğu üçün təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Sizin doğum haqqında akt qeydinizdə ada dəyişiklik edilməsini təsdiq edən kifayət qədər əsaslar olmadığıı üçün ada qeydiyyat şöbəsinin rəyi əsasında dəyişiklik edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməniz tövsiyyə olunur”. Göründüyü kimi Qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a istinad edərək vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda qeydiyyat şöbəsinin rəyi əsasında qeydiyyat şöbəsi tərəfindən, belə əsaslar olmadıqda isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı əsasında həyata keçirildiyini vurğulamışdır. Digər tərəfdən ərizəçi inzibati orqanın imtinasından şikayət vermək hüququna malik olmasına baxmayaraq aidiyyət qaydalarını pozmaqla Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 37-ci fəslinə nəzər yetirdikdə Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə aid olan 339, 340 və 341-ci maddələrin artıq qüvvədən düşdüyü görünür. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Məhkəmə vurğulayır ki, mübahisəyə müvafiq inzibati oqranın imtinası olduğu təqdirdə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ərizəçi izah edilsin ki, o, inzibati orqanın imtinasından aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar