Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1253/2025 24.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı X4 və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 manat məbləğində pulun və ödənilmiş 126 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır və pensionerdir. Belə ki, Cavabdeh onun qızı Turanə Məmmədova ilə 2006-ı ildə ailə həyatı qurmuş birgə nikahlarından 3 uşaqları dünyaya gəlmişdir və iddiaçının qızı ilə olan narazılıqlara görə tərəflər ayrılmışlar. İddiaçı qeyd edir ki, Cavabdeh 2022-ci ildə onun qızı ilə birlikdə yaşadığı müddətdə özü üçün avtomobil almaqdan ötrü pula ehtiyacı olduğunu bildirib və borc kimi iddiaçıdan 5.000 manat pul istəyib və iddiaçıdan 5.000 manat pul əldə edib. Cavabdeh iddiaçının ona verdiyi pula VAZ 2106 markalı avtomobil alıb, bundan sonra iddiaçının qızı ilə ailə münasibətləri pozulduqdan sonra 2024cü ilin avqust ayında cavabdeh ona olan borcunun qarşılığında cavabdeh özünə məxsus olan VAZ2106 markalı avtomobili iddiaçının həyətinə gətirib, iddiaçıya olan borcu qarşılığında maşını orada saxlayıb. Lakin həmin avtomobili iddiaçının adına sənədləşdirməyib. İddiaçı cavabdehə avtomobilin ona lazım olmadığını, avtomobili satıb həmin pulu ona qaytarmağını təklif edib. Lakin cavabdeh bununla razılaşmayıb. Hətta buna görə iddiaçının qızı ilə cavabdeh arasında mübahisə baş verib və cavabdeh ona xəsarətlər yetirib, eyni zamanda avtomobili də cavabdehin həyətindən götürüb gedib. Cavabdeh barəsində DİN-nin 102 Xidmət Mərkəzinə məlumat verdikdən sonra polis əməkdaşları cavabdehi rayon ərazisində saxlayaraq Cəlilabad RPŞ-yə aparıblar və cavabdeh İXM 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Cavabdehin fiziki zorakılğına görə Cəlilabad RPŞ-də izahatlar alınan zaman cavabdehə olan borcunu etiraf edib. Həmçinin cavabdeh iddiaçının qızı ilə yaşadığı müddətdə Bakı şəhərində ev tikdirdiyi üçün pula ehtiyacı olduğunu bildirib buna görə də iddiaçı Kapitalbank ASC-nin Cəlilabad filialı ilə bağıladığı 22 noyabr 2019-cu il tarixli GTKR6548339A162 saylı kredit müqaviləsi əsasında 15 ay müddətinə 24,7 faiz olmaqla 1.100 manat məbləğində kredit götürüb və 1.000 manatı cavabdehə verib. Daha sonra iddiaçı Kapitalbank ASC-nin Cəlilabad filialı ilə bağladığı 24 sentyabr 2020-ci il tarixli GTKR6548339A162 saylı kredit müqaviləsi əsasında 60 ay müddətinə illik 24,34 faiz olmaqla 3.640 manat məbləğində kredit götürüb və 3.000 manatı cavabdehə verib. Daha sonra yenidən 14 sentyabr 2022-ci il tarixli GTKR6548339A162 saylı kredit müqaviləsinə əsasında 48 ay müddətinə illik 25 faiz olmaqla 3.645 manat məbləğində kredit götürüb və 3.000 manat cavabdehə verib. İddiaçı hazırda həmin ödənişləri öz aldığı pensiya ilə ödədiyini qeyd edir. İddiaçı cavabdehdən ona olan borcunu dəfələrlə tələb etsə də o buna məhəl qoymur və heç bir əsaslı səbəb göstərmir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəblərdən də iddiaçı ağır vəziyyətə düşüb, ona maddi ziyan dəyib və hüquqları pozulub buna görə də məhkəməyə müraciət etmək qərarına gəlib. İddiaçının bu işlə bağlı şahidləri var və şahidlər məhkəmə icclasına çağırılacaığı təqdirdə bu faktı təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişvə gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan pul alamamışdır və iddia şər, böhtan xarakterlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə sorğusuna əsasən Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən göndərilmiş HK-1-3162 saylı materialın surətindən görünür ki, cavabdeh Məmmədov X1 RPŞ-də izahat verərək, qayınanası İddiaçı 5.000 manat borcu olduğunu və həmin borca görə maşını qayınatası Əhmədağanın həyətinə apardığını qeyd edir. Cavabdeh izahatın onun tərəfindən doğru olduğunu imza ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 3(073)-1046/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikasının İXM 157-ci maddəsi ilə təqssirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X3 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilib və inzibati məsuliyyətdən azad edilib.Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Cavabdeh izahatında qayınanası İddiaçı 5.000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş kredit müqavilələrində konkret olaraq həmin kreditlərin cavabdehlə bağlı olduğu göstərilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Məmmədov X2 Zahra Əliş qızından 5000 manat borca pul götürmüşdür. İddiaçı cavabdehə 12000 manat borca pul verdiyini, cavabdeh tərəfindən qaytarılmadığını iddia edir. Cavabdeh isə Cəlilabad RPŞ-yə verdiyi izahatda, 5000 manat borc götürdüyün qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 12000 manat borcdan əldə edilmiş cavabdehin izahatına əsasən 5000 manat pul ödənilmişdir. Lakin iddiaçı tərəfindən 7000 manat pul cavabdehə ödənilməmişdir. Məmmədov X2 Zahra Əliş qızının 5000 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “7.000 manat məbləğində borcun qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 7000 manat pulu cavabdehə verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.000 (beş min) manat borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 56 (əlli altı) manat (126-70=56) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 56 (əlli altı) manat (126-70=56) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1253/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1253/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver