Məhkəmə qərarları › İş №2(053)-1254/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1254/2025

11.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1254/2025 11.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı cavabdeh X1 İdarəsi Neftçala rayon Camal İsmayılov adına Uşaq incəsənət musiqi məktəbinə qarşı «Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi ziyana görə pul» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Neftçala şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələblərinin təmin olunması, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Musiqi Məktəbinin Attestasiya Komissiyasının 17 mart 2025-ci il tarixli qərarının, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Musiqi Məktəbinin direktoru İlqar Rəhimlinin xx.xx.2025-ci il tarixli 28 saylı əmrinin ləğv edilməsi, həmin tarixdən məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb verilməsi və mənəvi zərərə görə 2000 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilməlidir. İddia ərizəsinin qoşma hissəsində mediasiya arayışının əlavə olunduğu qeyd edilsə də ərizəyə iddia ərizəsinin surəti, əmək kitabçasının surətindən bir səhifə, şəxsiyyət vəsiqəsinin surəti və 28 №-li əmrin surəti əlavə edilmiş, lakin mediasiya haqqında sənəd əlavə edilməmişdir. Bununla da İddiaçı məhkəməyə iddia tələbi ilə müraciət etməzdən öncə mediasiya təşkilatına müraciət etməli olduğu halda bu tələbə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələb üzrə mediasiyaya müraciət etməsini təsdiq edən sənəd əlavə olunmadığından ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 İdarəsi Neftçala rayon Camal İsmayılov adına Uşaq incəsənət musiqi məktəbinə qarşı «Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi ziyana görə pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar