Məhkəmə qərarları › İş №2(053)-133/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-133/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-133/2023 01.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 10 sentyabr 1948-ci ildə atası X6 və anası X7 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə imtina olunmuşdur. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin ki, 27 fevral 2023-cü il tarixli qərardadı ilə 17 yanvar 2023-cü il tarixli qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-682/2023 nömrəli 10 aprel 2023-cü il tarixli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-133/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il və 27 fevral 2023-cü il tarixli qərardadları ləğv edilmiş və ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə «doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının» müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində və müvafiq şikayətində atası X2 doğum haqqında şəhadətnaməsində valideynlər haqqında məlumatların göstərildiyi hissədə ata adının fərqli yazıldığını, yəni həmin şəhadətnamədə atası Seyidhəsənin ata adının “X12” kimi göstərildiyi halda, sonuncuya məxsus nikah haqqında şəhadətnamədə ata adının “Seyidqulu” kimi yazıldığını qeyd etmişdir. Ərizəçinin qeyd etdiyi hallar ərizəyə əlavə edilmiş İE seriyalı 710996 nömrəli doğum haqqında şəhadətnamənin və İE seriyalı 205481 nömrəli evlənmə haqqında şəhadətnamənin surətləri ilə təsdiq olunur. Beləliklə ərizəyə əlavə olunan müvafiq sənəd surətindən X2 xx.xx.1948-ci ildə doğulduğu (yuxarıda qeyd olunduğu kimi, doğum haqqında şəhadətnamədə X2 atasının adı X12, anasının adı X3 göstərilib), bununla bağlı Xıllı rayonu, Seyidlər, Uzunbabalı kənd sovetliyi tərəfindən 21 sentyabr 1948-ci ildə akt qeydləri kitabında 14 nömrəsi ilə qeydiyyat aparıldığı və İE seriyalı 710996 nömrəli doğum haqqında şəhadətnamə verildiyi görünür. Göründüyü kimi X2 doğumu qanunla müəyyən edilmiş qaydada qeydə alınmış, bu qeydəalınma əsasında verilmiş doğum haqqında şəhadətnamə mövcuddur. Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməsinin əsl səbəbi müxtəlif sənədlərdə X2 ata adının fərqli yazılması ilə bağlıdır ki, bu fərq vərəsəliklə bağlı məsələlərin həllində problemlər yaradır (bəzi sənədlərdə X2 atasının adı «X12», bəzilərində isə «X6» olmaqla göstərilib). Qeyd olunur ki, X10 adlı şəxs də eyni qaydada məhkəməyə müraciət edərək (görünür ki, X4 Mirzamir Seyidhəsən oğlu ilə qohumdur) X5 11 avqust 1946-cı ildə, atası X6 və anası X7 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə hazırkı iş üzrə ərizə ilə eyni tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olmuş və 2(053)-134/2023 nömrəsi ilə qeydə alınmışdır. Bu ərizənin də icraata qəbul edilməsindən Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə imtina olunub. Ərizəçi X1 Rayon Məhkəməsinin həmin qərardadından şikayət vermiş, Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə həmin şikayət təmin edilməyərək, onun işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 683/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Hazırkı, yəni 2(053)-133/2023 nömrəli işin yuxarıda göstərilən 2(053)-134/2023 nömrəli işdən mahiyyət etibarilə fərqlənmədiyini nəzərə alaraq məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-683/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadında göstərilənləri qeyd etməyi zəruri sayır. Həmin qərardadda aşağıdakılar göstərilir: “Birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina etmiş, imtinanın səbəbini, ərizəçinin məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt kimi təsdiq edilməsi tələb olunan doğum haqqında şəhadətnamənin mövcud olmasına istinad etmiş və hesab etmişdir ki, sənədin mövcudluğu həmin halın yenidən müəyyən olunmasını istisna edir. Məhkəmə həmçinin ərizəçiyə MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. ... Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, ərizəçinin şikayətini isə əsaslı hesab etmir. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi doğum faktının müəyyən edilməsini, onun babalarından miras qalmış əmlak üzrə hüquqlarını reallaşdırmaq üçün lazım olduğunu əsas gətirsə də, əsas kimi həmin əmlaklar barədə sübutları deyil, qeydiyyat idarəsi tərəfindən doğum haqqında şəhadətnamənin kökünün olmaması barədə sübutu ərizəsinə əlavə edir. Ərizəçinin qənaətinə görə doğum faktının müəyyən olunması yuxarıda qeyd olunduğu kimi babasından qalan miras əmlakların eyni şəxsə aid olmasını, istəyirsə onda o, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə verməklə hüququnu bərpa edə bilər. Əks təqdirdə ərizəçiyə inzibati orqan olaraq onun babasının ata qrafasından atasının adının düzgün yazılmadığını iddia edirsə onda o, həmin aktlarda aparılmış qeydin düzəldilməsini inzibati orqandan tələb edə bilər, çünki qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yox əgər ərizəçiyə babasının doğum haqqında şəhadətnamənin kökünün olmamasını və onun bərpasını iddia edirsə, onda ərizəçi hazırkı tələblə deyil, yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə verməklə bərpa oluna bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin tələb etdiyi doğum faktının müəyyən olunması barədə ərizəsindən həmin faktın mövcud olması və mövcud olan faktın yenidən müəyyən olunmasının mümkün olmaması əsası ilə ərizənin qəbulundan imtina etmişdir”. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-683/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadında müvafiq məsələlərə ətraflı izah verilmişdir ki, bu izah mahiyyətcə hazırkı işin hallarına da uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Ərizəçi ərizəsini yolverilməz sayır və hesab edir ki, onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar