Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1334/2023 19.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçılar Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 Cavabdeh Əlibala qızına qarşı üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb olunmaqla «Torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə onlara Neftçala rayonu, Qaraqaşlı kəndində kənd təsərüffatı məhsulları istehsalı üçün ayrılmış 3,30 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi və torpaq paylarının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.2-c maddəsində nəzərdə tutulan hallardan cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN və 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan, iddiaçının və ya ərizəçinin tələbləri, onların tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı tam və düzgün qeyd olunmamış, ərizəyə üçüncü şəxs kimi Şirvan 13 saylı Ərazi İdarəsi qeyd olunmalı olduğu halda 8 saylı Cəlilabad Ərazi İdarəsi qeyd olunmuş, eyni zamanda iddiaçıların tələbi qanunvericiliklə tənzilmlənən ardıcıllığa zidd olaraq pay bölgüsü müəyyən olunmadan torpaq sahəsinin naturada bölünməsi və payların ayrılması qoyulmaqla yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda ərizəyə əlavə edilən dövlət aktı surət olmaqla iddiaçılar X1 və X2 ata adları dövlət aktındakı ata adı ilə uyğun gəlmir. Bununla yanaşı iddia ərizəsi iş üzrə tərəflərin sayına uyğun tərtib edilməmişdir. surətdir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: iddiaçılar Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 Cavabdeh Əlibala qızına qarşı üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb olunmaqla «Torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1334/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1334/2023
19.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver