Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1361/2023 22.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı maraqlı şəxs Neftçala rayon xüsusi notariusu cəlb edilməklə «Miras əmlakın qəbul edilməsi, mirasın bölüşdürülməsinin müəyyən edilməsinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X3 faktiki mirası qəbul etdiyini nəzərə alıb həmin mirası qəbul edən yeganə vərəsə olmaqla ona Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, iddiaçının soyadı Məmmədqasımova, adı Zahilə olduğu halda iddia ərizəsində birinci və ikinci səhifədə “Zahidə” kimi qeyd olunmuş, ərizənin “Xahiş edirəm” hissəsində birinci ərizədə olduğu kimi “Məmmədova Zahidə” qalmış, ərizə yanlışlığıa yol verilməklə “Zahidə” tərəfindən imzalanmışdır. Eyni zamanda miras qalmış əmlakın (evin) hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə olunmamaqla cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 doğum haqqında şəhadətnamələri ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı ərizənin surəti iş üzrə tərəflərin sayına uyğun tərtib edilməmişdir. Həmçinin Neftçala Rayon Məhkəməsinin 2(053)-1191/2023 nömrəli iş üzrə 06 noyabr 2023-cü il tarixli qərardadında qeyd olunan nöqsanlar tam aradan qaldırılmamış, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində tələbin qeyri-müəyyənliklə qoyulması halında düzəliş edilməmişdir. Bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Miras əmlakın qəbul edilməsi, mirasın bölüşdürülməsinin müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1361/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1361/2023
22.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver