Məhkəmə qərarları › İş №2(053)-16/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-16/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-16/2024 27.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X6 və X19 qarşı «qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X6 və X19 qarşı iddia ilə məhkəməyə müraciət edərək mərhum X10 ilə anası X8 miras qalmış xx.xx.2000-ci il tarixdə KOD 80700057, JN 0085 reyestr nömrəsi ilə Neftçala rayonu Xəzər kəndində yerləşən torpaq sahəsindəki paylarına və mərhum X10na məxsus Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 25 nömrəli qərarı ilə ayrılmış 502.01 kv.m həyətyanı torpaq sahəsinə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun Neftçala rayonu Xəzər kəndində ailə üzvləri ilə ümumi birgə mülkiyyətində yerləşən torpaq sahəsi vardır. X10 28 fevral 2022-ci ildə, anası X27 isə 06 iyun 2004-cü ildə vəfat etmişdir. Vərəsələrdən Cavabdeh mirası faktiki qəbul etməmişdir. Mirası faktiki olaraq o qəbul etmiş, digər vərəsələr Cavabdeh istisna olmaqla miras paylarından imtina etmişdir. X10 ilə anası X11 yeddi uşağı olub. X12, X13, X14, X28, X20 (xx.xx.1979-cu ildə vəfat edib), o və Cavabdeh. Miras kimi xx.xx.2000-ci ildə KOD 80700057, JN 0085 reyestr nömrəsi ilə Neftçala rayonu Xəzər kəndində yerləşən torpaq sahəsində X10 ilə anası X27 daxil olmaqla o, arvadı X35 və oğlu X29 birgə mülkiyyətində 27,07 ha torpaq sahəsi və Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 25 nömrəli qərarı ilə ayrılmış 502.01 kvm hǝyǝtyanı torpaq sahəsində qeydiyyata alınmışdır. Bu barədə Neftçala rayon Notariat kontoruna müraciət etmiş, Notariat ofisinə vərəsələrdən Cavabdeh dəvət edilməklə mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyinə görə məhrum edilməsi məsələsini müzakirə etməklə pay bölgüsü aparılmasına köməklik göstərilməsi və razılıq olmadığı halda imtina qərarının verilməsi xahiş edilmişdir. Cavabdeh notariat ofisinə gəlməmiş və buna görə də razılıq əsasında torpaq sahəsinin adına keçirilməsi mümkün olmamışdır. Notariat ofisi müraciətini qeydə almış və xx.xx.2023-cü il tarixdə 94 saylı məktub vermişdir. Təkcə özü faktiki mirası qəbul etmişdir. İmanova Pikǝxanım Yadulla qızı, X13, X14, X28 isə paylarından imtina etdikləri, X20 ata anasından əvvəl vəfat etdiyi üçün - xx.xx.1979-cu ildə vəfat edib, Cavabdeh qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün mirasdan məhrum edilməklə və bütün bunlar nəzərə alınmaqla ata və anasının payına qanun üzrə tam vərəsəlik hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən göstərilən əsaslarla bağlı 09 dekabr 2023-cü il tarixi texniki səhv kimi aradan qaldırılmış, X7 doğum barədə arayışı alınmış və Cavabdeh doğum barədə məlumatın verilməsindən Neftçala rayon qeydiyyat şöbəsinin imtinası əldə edilmiş və 05 nömrəli arayışda göstərilən X7 qeyd olunması həmin arayışda əhatə edildiyindən ikinci arayışda göstərilməsinə zərurət yaranmamışdır. İddia ərizəsinə bu barədə iki vəsatət əlavə edilməklə X7 həmin arayışda qeyd olunmamasına açılqlama verilməsi və Cavabdeh doğum barədə məlumatının verilməsi üçün Neftçala rayon qeydiyyat şöbəsinə sorğu göndərilməsi xahiş edilmişdir. Təqdim edilmiş bütün sənədlərin surəti notarial qaydada təsdiq edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı işin 16 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi, Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı mərhum X10 ilə anası X8 miras qalmış xx.xx.2000-ci il tarixli, KOD 80700057, JN 0085 reyestr nömrəli Neftçala rayonu, Xəzər kəndində yerləşən 27,07 ha torpaq sahəsindəki paylarına və iddiaçının mərhum X10na məxsus Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 25 nömrəli qərarı ilə ayrılmış 502,01 kvm. həyətyanı torpaq sahəsinə tam olaraq qanun üzrə vərəsəlik hüququ tanınmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh və üçüncü şəxslər gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki iddia qismən təmin olunmalıdır. “Evlənmə haqqında” şəhadətnamədən görünür ki, X42 ilə İbişova (nikahdan sonra – Xəlilova) Tamam Ələskər qızı arasında 09 iyul 1949-cu ildə nikah bağlanıb. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən və arayışlardan görünür ki, X42 ilə X15 ümumi ailə münasibətlərindən 01 iyul 1953-cü ildə X9, 22 fevral 1958-ci ildə X20, 19 iyun 1960-cı ildə X16, 01 sentyabr 1962-ci ildə X30, 24 iyul 1964-cü ildə X31, xx xxxxxx 1968-ci ildə Cavabdeh və xx xxxxxx 1972-ci ildə İddiaçı doğulmuşlar. “Ölüm haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X36 31 dekabr 1979cu ildə, X27 05 iyun 2004-cü ildə, X42 28 fevral 2022-ci ildə vəfat etmişdir. «Nikahın bağlanması haqqında» şəhadətnamələrin surətindən görünür ki, X32 ilə Xəlilova (nikahdan sonra – İmanova) Pikəxanım Yadulla qızı 02 sentyabr 1972-ci ildə, X45 ilə Xəlilova (nikahdan sonra – Vəlişova) Fizəngiz Yadulla qızı 18 avqust 1981-ci ildə, X21 ilə Xəlilova (nikahdan sonra – Atakişiyeva) Arifə Yadulla qızı, 11 avqust 1982-ci ildə, X33 ilə Xəlilova (nikahdan sonra – Qasımova) Akifə Yadulla qızı 26 iyun 1989-cu ildə nikah bağlamışdir. İşdə olan JN- 0085, 80700057 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X26, X27 və onun ailə üzvləri İddiaçı, X23 və X37 Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Xəzər kəndində 27,07 hektar torpaq sahəsi verilmiş və torpaq aktı qeydiyyat kitabında 28 mart 2000-ci ildə, X/K-85 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan A seriyalı, 384399 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünü Neftçala rayonu Xəzər kənd sakini X24 adına Neftçala rayon Aqrar İslahatı Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə 502,01 kv.metr sahəni həyətyanı torpaq sahəsi ilə bağlı tərtib etmişdir. Neftçala Rayonu İcra Hakimiyyəti başçısının Xəzər kənd İƏDÜN tərəfindən 09 yanvar 2023-cü ildə verilmiş 04 və 05 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı anası X27 05 iyun 2004-cü ildə vəfat etmiş, hər ikisinin yaşayış yeri Neftçala rayonu Xəzər kəndi olmaqla əri X42 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhumun aşağıda adları qeyd olunan vərəsələri qalmışdır. Qızları: İmanova (Xəlilova) Pikəxanım Yadulla qızı, Vəlişova (Xəlilova) Firəngiz Yadulla qızı, Atakişiyeva (Xəlilova) Arifə Yadulla qızı, Qasımova (Xəlilova) Akifə Yadulla qızı, oğlanları: X20, (xx.xx.1979-cu ildə vəfat edib) Cavabdeh və İddiaçı. Mirası faktiki olaraq İddiaçı qəbul edib, dəfn xərcini çəkmişdir. X1 ünvan ünvanladığı reyestrdə 8İ-9416 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…anam- X27 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. X1 ünvan ünvanladığı, reyestrdə 8İ-9417 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…atam- X42 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. X2 ünvan ünvanladığı, reyestrdə 8İ-9422 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…anam- X27 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. X2 ünvan ünvanladığı, reyestrdə 8İ-9423 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…atam- X42 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. X17 ünvan ünvanladığı, reyestrdə 8İ-9421 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…anam- X27 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. X17 ünvan ünvanladığı, reyestrdə 8İ-9418 nömrəsi ilə 27 dekabr 2022-ci ildə qeydə alınmış ərizəsində aşağıdakılar qeyd olunur: “…atam- X42 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədim yoxdur…”. Bununla yanaşı X3 Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı, reyestrdə 8İ-22325 nömrəsi ilə 26 dekabr 2022-ci ildə qeydə alınmış digər ərizəsində aşağıdakılar qeyd olunur: “…xx.xx.2022-ci il tarixdə atam-X42 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm…”. X3 Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı, reyestrdə 8İ-22326 nömrəsi ilə 26 dekabr 2022-ci ildə qeydə alınmış digər ərizəsində aşağıdakılar qeyd olunur: “…xx.xx.2004-cü il tarixdə anam-X27 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm…”. Neftçala rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 94№-li Salyan rayon vəkil bürosuna ünvanlanmış məkubunda qeyd olunur ki, hüquqlarını təmsil etdiyiniz Neftçala rayonunun Xəzər kəndində yaşayan İddiaçı xx.xx.2022-ci ildə ölmüş X10 və xx.xx.2004-cü ildə ölmüş anası X8 miras qalmış əmlakı qanun üzrə vərəsə olaraq qəbul etməsinə, mübahisə edən digər vərəsə ilə aralarında pay bölgüsü aparılmasına köməklik göstərilməsinə dair notariat ofisinə göndərdiyiniz sənədlərə və müraciətinizə cavab olaraq bildirilir ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə miras qoyanın öldüyü gün və ya bu barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün açılır. Eyni zamanda MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün müddət buraxıldıqda vərəsə müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Göstərilən müddətdə vərəsə mirasın qəbulu üçün notariat ofisinə ərizə vermədikdə mirası qəbul etdiyini, mirası vaxtında qəbul olunması faktının müəyyən edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, mirası qəbul etməsini təsdiq edən digər zəruri sübutları təqdim etməklə təsdiq edə bilər. MM-nin 1291-ci maddəsinin tələbinə görə isə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında razılıq əldə edilməsi mümkün olmadıqda, ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Bununla yanaşı miras qoyanlarla qohumluq münasibətlərini təsdiq edən sənədlər, vərəsəlik işinin həlli üçün digər zəruri sənədlər tam əhatə olunmalıdır. Göstərilənləri nəzərə almanızı xahiş olunur. Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin tarixdə hazırki iş üzrə icraat vərəsəlik işi ilə bağlı mübahisələrə baxılması haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. Neftçala Rayon Məhkəməsinin 1(053)-10/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən olunur ki, xx xxxxxx 1972-ci ildə Neftçala rayonu, Xəzər kəndində doğulmuş İddiaçı Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Eyni zamanda hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı, 17 oktyabr 1994-cü il tarixdən rəsmi nikah əsasında ər-arvad münasibətində olmaqla ondan maddi və mənəvi cəhətdən faktiki olaraq asılı vəziyyətdə olmuş arvadı X25 1995-ci ilin yay aylarından başlayaraq istintaqla dəqiq müəyyən edilməmiş tarixlərdə ailə münaqişəsi zəmində, aralarında baş vermiş mübahisə zamanı Neftçala rayonunun Xəzər kəndində yerləşən yaşadıqları evdə Qızqayıd Xəlilovaya qarşı nalayiq ifadələr işlədib, ləyaqətini mütəmadi alçaldaraq və bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq zor tətbiq edib, amansız rəftar etməklə istifadə etdiyi siqaretin közlərini bədən səthinə basmaqla siqaret közünün bədənə basılması nəticəsində əmələ gəlməyə xarakterik döş qəfəsinin ön səthinin, sağ baldırın yuxarı 1/3 hissəsinin ön səthinin çapıq toxumaları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə əzab və işgəncə vermiş, həmçinin 07 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində həmin yaşadığı evinin həyətində ailə münaqişəsi zəminində əli və ayağı ilə Qızqayıd Xəlilovanın bədəninin müxtəlif nahiyələrinə vuraraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid sol qaşüstü nahiyənin yarası, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə aid sol bazunun, sag budun yuxarı 1/3 hissəsinin bayır səthinin qançırları ilə müşayət olunan xəsarətlər yetirməklə mütəmadi olaraq amansız rəftarı, ləyaqətini mütəmadi olaraq alçaltması, təhqir olunması, əzab və işgəncələrə məruz qalması nəticəsində Qızqayıd Xəlilovada ölümündən əvvəlki dövrdə frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halının yaranması ilə əlaqədar sonuncunu özünü öldürmə həddinə çatdırması səbəbindən yaşadığı evində yataq otağında aşkar olunmuş 1 ədəd kağız parçasına “Ajdın demirdin sen olmasan јaxşı јaşaјaram indi јaşa mən də kedirəm bu dunјadan Şүkүr balalarım beјik kişdir ALA qorsun opirəm balalarım һeçinə eləmij mənçin bidənə baс̧turun Mənə bəs eləјər” məzmunlu yazıları yazıb, yataq otağında döşəyin altında aşkar olunmuş 1 ədǝd kağız parçasına “əzizim valalarım məndən inҹməјin kedin јaşaјın daj mən dezəmirəm şykir anım açıqdip” məzmunlu yazıları yazıb imza etməklə, əynindəki şalvarının sol cibində aşkar olunmuş 1 ədəd kağız parçasına “əzizim valalarım məndən inçməјin kedin јaşaјın ALA xoşvəx elasin daj mən dezəmirəm şukur anım açıqdir” məzmunlu yazıları yazıb imza etməklə 10 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evin hayətində yerləşən metal borudan təsərrüfat ipi ilə özünü asaraq intihar etmişdir. X24 və X11 başqa vərəsələrinin olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1 və 1333.2-ci maddələrinə əsasən «Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir», «Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». İşin faktiki halları ilə müəyyən olunur ki, istər X42, istərsə də X27 vəsiyyətnamə qoymamışlar. Bu halı, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisə ilə bağlı qanun üzrə vərəsəlik qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinin tələblərinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələrdir. Eyni Məcəllənin 1160-cı maddəsinə əsasən «Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir». İşin faktiki halları ilə müəyyən olunur ki, X27 öldüyü vaxt onun əri (birinci növbədə vərəsəsi) X18 olmuşdur. Azərbaycan Respublikası MM-nin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir», «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». İddiaçı tərəfin bildirdikləri ilə müəyyən olunur ki, İddiaçı X27 və X24 ölümündən sonra miras əmlakı qəbul etmişdir. Beləliklə, İddiaçı mübahisəli əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ata-anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu hal, işin məhkəmə baxışı zamanı mübahisələndirilməyib. Göstərilənləri (həmçinin Azərbaycan Respublikası MM-nin 1160-cı maddəsinin tələblərini), habelə X27 və X24 öldüyünü, vərəsələrdən X1, X2, X17 və X3 miras əmlakı faktiki qəbul etmədiyini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini, Cavabdeh məhkəmə iclasına gəlməsə də birinci növbə vərəsə olaraq miras əmlakdan imtina etmədiyini, İddiaçı mərhum X27 və X22 qalan mirası faktiki qəbul edərək birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X27 və X24 ölümündən sonra onların Neftçala rayonu, Xəzər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarına İddiaçı sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ata-anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşin faktiki halları ilə həmçinin müəyyən olunur ki, X11 və X24 öldüyü məqamda onun birinci növbə vərəsələri X12, X14, X28, X13, Cavabdeh və İddiaçı olublar. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən «Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər…». Cavabdeh vərəsəliyə çağırıldığını bildiyi halda o, həm anası X8, həm də X10ndan miras qalmış əmlakı qəbul etməmiş və qəbul etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası MM-nin 1268.1-ci maddəsinə əsasən «Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz». Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən «Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın». Məhkəmə ilk növbədə qeyd edir ki, Neftçala rayon notariat ofisinin notariusu iddiaçıya müraciəti əsasında ata və anasından miras qalmış əmlakı qanun üzrə vərəsə olaraq qəbul etməsinə, mübahisə edən digər vərəsə ilə aralarında pay bölgüsü aparılmasına dair köməklik göstərilməsindən imtinasını vərəsələr arasında mübahisə olması və müvafiq sənədlərin təqdim edilməməsi ilə əsaslandırmışdır. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərildiyinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı etirazını bildirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh vərəsəlikdən imtina olunması ilə bağlı iradə ifadə etməməsi və susması onun vərəsəlikdən imtinası kimi qəbul edilə bilməz. Bununla bağlı aşağıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə bu məsələyə münasibət bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməklə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki halları ilə yanaşı Azərbaycan Respublikası MM-nin 1268.1-ci maddəsinin tələblərini də nəzərə alır. Beləliklə, mərhum X11 və X24 Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Xəzər kəndində 27,07 hektar torpaq sahəsindəki paylarının hər birinə aid 1/5 hissəsinin vərəsəsi kimi İddiaçı, 1/5 hissəsinin vərəsəsi kimi Cavabdeh hesab olunmalıdır. Həmçinin mərhum X11 və X24 ümumi birgə nikahlarından doğulmuş uşaqları (birinci növbə vərəsələrdən) X12, X14, X28 və X13 notariat qaydasında verdikləri ərizələrində miras əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini bildirsələr də miras əmlakdan hansı vərəsənin xeyrinə imtina etdiklərini bildirməmişlər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X11 və X24 ümumi birgə nikahlarından doğulmuş uşaqları (birinci növbə vərəsələrdən) X12, X14, X28 və X13 notariat qaydasında verdikləri ərizələrində miras əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini bildirsələr də miras əmlakdan hansı vərəsənin xeyrinə imtina etdiklərini bildirmədiklərindən onların və eyni zamanda X11 və X24 Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş Neftçala rayonu, Xəzər kəndində 27,07 hektar torpaq sahəsində mövcud olmuş hər birinin payı 3/6 hissədə İddiaçı, 3/6 hissədə Cavabdeh arasında bərabər bölünməlidir. Eyni zamanda məhkəməyə mərhum X26 Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 25 nömrəli qərarı ilə ayrılmış 502.01 kv.metr həyətyanı torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən həmin torpaq sahəsinə dair miras paylarının müəyyən edilməsi mümkün deyil, bu səbəbdən də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Xəzər kəndində 27,07 hektar torpaq sahəsinə münasibətdə mərhum X8 və X22 miras qalmış torpaq sahəsindəki paylarında İddiaçı 3/6 (altıda üç) hissədə, Cavabdeh 3/6 (altıda üç) hissədə qanun üzrə vərəsəlik hüququ tanınsın. Hazırkı qətnamə Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Xəzər kəndində 27,07 hektar torpaq sahəsinə münasibətdə mərhum X8 və X22 miras qalmış torpaq sahəsindəki paylarında İddiaçı 3/6 (altıda üç) hissədə, Cavabdeh 3/6 (altıda üç) hissədə hüquqmüəyyənedici sənədin alınması üçün əsas hesab edilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə apellyasiya şikayəti verilməmişdirsə, qətnamə qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar