Məhkəmə qərarları › İş №2(053)-1651/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1651/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1651/2025 06.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcuna görə ödədiyi 1111,36 manat məbləğində pulun və dövlət rüsumuna görə 32 manatın alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda təqaüdçüdür. Cavabdeh uzun müddətdir ki, tanıyır. O, Cavabdehla Neftçala rayonu, 2-ci Qaralı kənd orta məktəbində işləyərkən tanış olmuşdur. O, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı, Cavabdeh isə hərbi hazırlıq fənnini tədris etmişdir. O, əvvəllər Cavabdeh atası və anasının xahişi ilə onlara bankdan kredit götürərkən zamin durmuş, onlar da vaxtlı-vaxtında krediti ödəmiş və bununla bağlı ona problem yaratmamışlar. 2022-ci ilin iyun ayında Cavabdeh ona müraciət edərək, pula ehtiyacı olduğu üçün "xxxx" ASC-dən kredit götürmək istədiyini və zaminə ehtiyac olduğunu bildirib, ona zamin olmağını xahiş etmişdir. O da inanıb onunla "xxxx" ASC-nin Neftçala filialına getmişdir. Cavabdeh bankdan 8000 manat kredit götürdü, onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilənin bir nüsxəsi ona verilməmişdir. Bir müddət sonra əmək haqqı kartından pul tutulduğunu görüb, bankla maraqlandıqda, ona Cavabdeh kredit borcunu ödəmədiyi üçün pulun onun əmək haqqı kartından tutulduğunu bildirmişlər. Bundan sonra cavabdehlə əlaqə saxlayıb, əmək haqqı kartından pul tutulduğunu bildirib, kredit borcunu ödəməsini tələb etmişdir. Cavabdeh ona narahat olmamağını, krediti ödəyəcəyini və ondan tutulan məbləği qaytaracağını bildirmişdir. O da ona inanmışdır. Lakin növbəti dövrlərdə yenə də əmək haqqı kartından pul tutulmaları omuşldur. Cavabdehden krediti ödəməsini dəfələrlə tələb etməyinə baxmayaraq, hər dəfə ödəyəcəyi barədə vəd verib və müxtəlif bəhanələr gətirib, banka olan kredit borcunu və məndən tutulan pulu qaytarmaqdan boyun qaçırmışdır. Ondan cavabdehin zaminliyi üzrə 05 may 2022-ci il tarixindən 28 sentyabr 2023-cü il tarixinədək 1561,36 manat pul tutulmuşdur. Həmin məbləğdən ona ödəniş edilmiş, hazırda cavabdehin ona ödəmədiyi məbləğ 1111,36 manat təşkil edir. Hazırda kredit borcu tam ödənilib qurtarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki,cavabdehin yerinə onun əmək haqqından 1561,36 manat kredit borcu tutulmuş, həmin boircdan cavabdeh ona bir dəfə 500 manat, bir dəfə də 300 manat qaytarmış,hazırda cavabdehin ona 761,36 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edənCavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ona kredit götürən zaman zamin olmuş, iddiaçının əmək haqqından onun kredit borcuna görə 1561,36 manat tutulmuş, həmin borcdan 500 manat birdəfə,300 manat birdəfə, 100 manat birdəfə və.s ödənişlər etmişdir .Onun hazırda iddiaçıya 500 manata yaxın borcu qalmışdır. Lakin ödəniş edən zaman aralarında hər hansı sənəd tərtib edilməmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025 saylı 114 saylı arayışına əsasən zamın İddiaçı ******************** nömrəli kart hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığından 1561,36 manat Cavabdeh GTGK4877287A164 nömrəli kreditinə zaminlik öhdəliyi əsasən silinmişdir. Həmçinin məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı əsasında "xxxx" ASC-dən əldə edilmiş hesabdan çıxarışa əsasən İddiaçı hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığından 1561,36 manat Cavabdeh GTGK4877287A164 nömrəli kreditinə zaminlik öhdəliyi əsasən silinmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Əsas borclu vaxtında borcunu ödəmədiyindən İddiaçı "xxxx" ASC-də olan hesablarından cəmi 1561,36 manat tutulmuşdur. İddiaçıda özü də qeyd edir ki, həmin 1561,36 manatdan 500 və 300 manat olmaqla, cəmi 800 manat cavabdeh tərəfindən ona ödənilmiş, qalan 761,36 manat isə ödənilməmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, borca iddiaçının hesabına ödəniş edilmiş, məbləğ iddiaçıdan tutulmuşdur, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcun bir hissəsini ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 761,36 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən 761,36 manatdan da 200 manata yaxın ödənişlər edilməsi qeyd edilsə də bunu sübut edən dəlilləri məhkəməyə təqdim edilməmişdir. Ona görə cavabdehin qeyd etdiyi hal nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh GTGK4877287A164 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 761,36 (yeddi yüz altmış bir manat otuz altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh GTGK4877287A164 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 761,36 (yeddi yüz altmış bir manat otuz altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar