Məhkəmə qərarları › İş №2(053)-1654/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1654/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1654/2025 03.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən əldə etdiyi gəlirə görə 16.000 manat və dövlət rüsumunun görə ödənilmiş 138 manat məbləğində pul vəsaitinin tutularaq onun (iddiaçının) xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 28 yanvar 2026-cı il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, hazırda işə mahiyyəti üzrə baxılmasına ehtiyac olmadığını bildirib mülki işin baxılmadan iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qeyd olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq 14 oktyabr 2025-ci ildə 138 (yüz otuz səkkiz) manat miqdarında dövlət rüsumu ödəyib ("xxxx" ASC. Əməliyyat İD: **********; qəbzin nömrəsi: 24747; terminal nömrəsi: K0100424). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş 138 (yüz otuz səkkiz) manat miqdarında dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası geri qaytarılsın. İddiaçı tərəfindən 14 oktyabr 2025-ci ildə 138 (yüz otuz səkkiz) manat miqdarında dövlət rüsumu ("xxxx" ASC. Əməliyyat İD: **********; qəbzin nömrəsi: 24747; terminal nömrəsi: K0100424) iddiaçının özünə ("xxxx" ASC-nin Hüseyn Cavid filialı; Kod: 201531; CİF: 1827614; Valyuta: AZN; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2X; Hesablaşma hesabı: AZ85AİİB********************; Təyinatda mütləq göstərilməli: FƏXRİYYƏ MƏMMƏDOVA MÜSEYİB QİZİ; Kart hesabı: ********************) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar