Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1714/2025 06.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Neftçala Rayon Notariat Kontorunu cəlb etməklə “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Neftçala Rayon Notariat Kontoru cəlb etməklə “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1930-cu ildə Neftçala rayonunun Böyük Oryat kəndində (hazırda Nefçala şəhəri, H. Əliyev prospekti adlanır) anadan olmuş Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızının, 1925-cı ildə Neftçala rayonu Böyük Oryat kəndində ( hazırda Neftçala şəhəri, H. Əliyev prospekti adlanır) doğulmuş Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə qohumluq münasibətlərində (bacısı) olma faktının müəyyən ediləməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı 1930-cu ildə, xalası Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı 1925- ci ildə Salyan rayonunun Oryad kəndində (hazırda Neftçala şəhəri, H. Əliyev prospeki adlanır) doğulmuşdur. Əliyeva (Məmmədova) X28 kənd sakini olmuş, mərhum X41 xx.xx.1943-cü ildə nikaha daxil olmuş və onların birgə nikahından övladları olmamışdır. Anası Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı xx.xx.1973- cü ildə vəfat etmiş, "Pirətəvan" qəbirsanlığında dəfn olunmuşdur. Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı xx.xx.2007ci ildə vəfat etmiş, "Pirətəvan” qəbirsanlığında dəfn olunmuşdur. Xalası Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının hayat yoldaşı X41 xx.xx.1984-cü ildə vəfat etmiş, onun vəfatından sonra xalası Ceyran onlarla bir yerdə yaşamışdır. Neftçala rayonu, Həsənalsad qəsəbəsi, M.Ə. Rəsulzadə küçəsi, ev 26 (Yeni qaydalarla AZ4717 ünvan 1 ünvanında yerləşən onun mülkəyyətində olan evin altında yerləşən evə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Həmin Çıxarışda hüquq sahibi kimi xalası Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının adı da qeyd edilmişdir. Qanun üzrə vərəsəlik hüququ yarandığına görə, mirasın qəbulu ilə əlaqədar müvafiq sənədləri toplayaraq, Neftçala rayon notariat ofisinə müraciət etmişdir Orada sənədlər araşdırılarkən müəyyən olundu ki, onun Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə qohumluq münasibətlərinin təsdiq edin asas sənəd olan doğum haqqında şəhadənaməsi yoxdur. Neftçala rayon notariat ofisi tərəfindən 13 noyabr 2025-ci il tarixli 385 nömrəli imtina məktubu verilmişdir. Həmin imtina məkrubunda bildirilir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün miras qoyanın vərəsələrinin dair müəyyənləşdirilməli, zəruri sənədlər, o cümlədən qohumluq faktını təsdiq edən sənədlər toplanmalıdır. Verdiyi məlumata görə miras qoyan onun mərhum anası xx.xx.1973-cü il tarixdə vəvat etmiş X5 bacısıdır. Lakin onun miras qoyanla qohumluq faktını təsdiq eda heç bir sənəd yoxdur. Bununla əlaqədar Qeydiyyat şöbəsinə müraciət etməyi tövsiyə edilir. Yuxarıda qeyd olunanları nəzərə almaqla qanunda nəzərdə tutulan qaydada məsələni həll etdikdən sonra təqdim olunmalı sənədləri, o cümlədən qohumluq faktlarını təsdiq edən sənədlər də əlavə edilməklə qanunvericiliyin tələblərinə uyğun sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-il 2651 nömrəli arayışdan da görünür ki, Neftçala şəhəri. Heydər Əliyev prospekti, (keçmiş Böyük Oryat kəndi) ünvanında doğulmuş və yaşamış mərhum Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə mərhum Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı onlara yaxın qohum və qonşularum bildirməsinə görə doğma bacıdırlar. Neftçala rayon Həsənabad qəsəbə sakinləri X20, X9 və X3 iştirakı ilə və Həsənabad qəsəbə İƏDÜN- si tərəfindən təsdiq edilmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki. Neftçala rayonu. Həsənabad qəsəbəsi sakini olmuş mərhum xx.xx.2007-ci il tarixində vəfat etmiş Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının, xx.xx.1984-cü il tarixində vəfat etmiş Neftçala rayonu Həsənabad qəsəbəsi sakini olmuş mərhum X41 ilə xx.xx.1943-cü ildə bağlanmış birgə nikahından övladları olmamışdır. Neftçala şəhər H. Əliyev prospektində yaşayan X32, X33 və həmin ünvanda yaşayan X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən 1925-ci il təvəllüdlü Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı və Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı doğma bacıdırlar. Məmmədov Həsənalı və atası Məmmədov İman doğma qardaşıdır. X2r.X4r. Neftçala rayonunun keçmiş Böyük Oryat kəndində qonşuluqda yaşaysn qeyd olunan şəxs onun əmisi qızı və doğma bacıdırlar. Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının və Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızının qəhmluq münasibətində olmasını başqa cür təsdiq etdirə bilmədiyi üçün məhkəməyə müraciət edir. Daha sonra Ərizəçi xx.xx.2026-cı il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının xalası olması barədə qohumluq faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Neftçala Rayon Notariat Kontoruna məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Neftçala rayon Notariat Ofisinin notariusu Səadət Nəcəfovanın xx.xx.2025-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina haqqında məktubuna əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün miras qoyanın vərəsələrinin dair müəyyənləşdirilməli, zəruri sənədlər, o cümlədən qohumluq faktını təsdiq edən sənədlər toplanmalıdır. Verdiyi məlumata görə miras qoyan X47 Əhmədovun mərhum anası xx.xx.1973-cü il tarixdə vəvat etmiş X5 bacısıdır. Lakin onun miras qoyanla qohumluq faktını təsdiq eda heç bir sənəd yoxdur. Bununla əlaqədar Qeydiyyat şöbəsinə müraciət etməyi tövsiyə edilir. Yuxarıda qeyd olunanları nəzərə almaqla qanunda nəzərdə tutulan qaydada məsələni həll etdikdən sonra təqdim olunmalı sənədləri, o cümlədən qohumluq faktlarını təsdiq edən sənədlər də əlavə edilməklə qanunvericiliyin tələblərinə uyğun sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Ə-239/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, - 1925-ci il tarixdə anadan olmuş X6 doğum haqqında arayşın istənilməsi barədə ərizəyə baxlılmışdır. Akt qeydinin aşkar edilməsi məqsədilə Neftçala rayon qeydiyyat şöbəsinin habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama parılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Göstərilənlərə əsasən iddia etdiyiniz doğum haqqında arayışın verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, müraciətə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi doğum faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. -Neftçala şəhər İƏDN-nin verdiyi xx.xx.2025-ci il tarixli 2651 saylı arayışa əsasən həqiqətən Neftçala şəhəri Heydər Əliyev prospekti (keçmış Böyük Oriyat kəndi) ünvanında doğulmuş və yaşamış mərhum Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə mərhum Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı onlara yaxın qohum ve qonşularının bildirməsinə görə doğma bacıdırlar. -Neftçala rayonu Həsənabad qəsəbə İƏDÜN-də təsdiq edilmiş xx.xx.2025-ci il tarixli A.B.Nuriyev, P.S. Əhmədova və Z.M. Əskərov tərəfindən tərtib edilmiş akta əsasən eftçala rayonu, Həsənabad qəsəbəsi sakini olmuş mərhum xx.xx.2007-ci il tarixində vəfat etmiş X11, xx.xx.1984-cü il tarixində vəfat etmiş, Neftçala rayonu Həsənabad qəsəbəsi sakini olmuş, mərhum X41 ilə, xx.xx.1943-cü ildə bağlanılmış birga nigahlarından övladları olmamışdır. -Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən 1925-ci ilin doğum aktları Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün mərhum xalası X11 doğum aktı haqqında cavab vermək imkan xaricindədir. -ƏMDX DƏDKR PHŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli **********48-10301 reyestr nömrəli çıxarışa əsasən AZ4717, Neftçala rayonu Həsənabad qəsəbəi, X38 küçəsi giriş 42 ( ünvan 5 ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi, X14, X11, X15 və X18 mülkiyyətindədir. -qəbrin fotoşəkilinə əsasən X22 xx.xx.2007-ci ildə ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarxli, arayışına əsasən Ərizəçi xx.xx.1967-ci ildə Neftçala şəhərində anadan olmuş, atası X19, anası X7r. -Neftçala rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarxli, arayışına əsasən X12 1930-cu ilə Neftçala şəhərində anadan olmuşdur. -Neftçala rayonu Həsənabad qəsəbə İƏN-nin verdiyi xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1973-cü ildə ürək damar çatmamazlığı səbəbindən ölmüşdür. -Neftçala rayonu Həsənabad qəsəbə İƏN-nin verdiyi xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.2007-cü ildə ürəyin dayanması səbəbindən ölmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X33 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı bacı olmuşlar. Onlar onun əmisi qızları olmuşdur. Belə ki, onun atası İman ilə onların atası Həsənalı qardaş olmuşlar. Əmisi qızlarından Ceyran evlənmiş , lakin övladı olmamışdır. O, 2007-ci ildə vəfat etmiş X11 Ərizəçi xalası olması faktını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X32 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızı ilə Əhmədova (Məmmədova) Mərziyə Həsənalı qızı bacı olmuşlar. Onlar onun əmisi qızları olmuşdur. Belə ki, onun atası İman ilə onların atası Həsənalı qardaş olmuşlar. Əmisi qızlarından Ceyran evlənmiş , lakin övladı olmamışdır. O, 2007-ci ildə vəfat etmiş X11 Ərizəçi xalası olması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsində əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2 ci maddəsinə əsasən "İkinci növbədə ölənin bacısıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaş uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ qalmasınOnlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyinina çatası payını barabər olaraq alırlar" Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də müəyyən olundu ki, Ərizəçi X8 oğludur. Eləcə də mülki işin sənədləri ilə müəyyən olundu ki, X1 Mərziyə Həsənalı qızının bacısıdır, Ərizəçi isə X11 bacısı oğludur. ƏMDX DƏDKR PHŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli **********48-10301 reyestr nömrəli çıxarışa əsasən AZ4717, Neftçala rayonu Həsənabad qəsəbəi, X38 küçəsi giriş 42 ( ünvan 5 ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi, X14, X11, X15 və X18 mülkiyyətindədir. X22 xx.xx.2007-ci ildə vəfat etmiş və onun heç bir övladı yoxdur. Bu hal iş materialları ilə və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Ərizəçi X22 ilə qohumluq münasibətlərində olmağı faktını qanun üzrə vərəsəlik hüququnu almaq üçün və miras qalmış Neftçala rayonu Həsənabad qəsəbəi, X38 küçəsi giriş 42 ( ünvan 5 ünvanda yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapdığı üçün ərizə təmin edilməli, xx.xx.2007-ci ildə vəfat etmiş Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının Ərizəçi xalası olması barədə qohumluq faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə vəfat etmiş Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının Ərizəçi xalası olması barədə qohumluq faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1714/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1714/2025
06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver