Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1807/2025 02.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş 3.000 (üç min) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i olan 150 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-i olan 225 manat, cəmi 3.375 (üç min üç yüz yetmiş beş) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 55 manat pul vəsaitinin, Cavabdeh tutularaq tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dost, tanış münasibətləri olmuşdur.2024-cü ilin mart ayında Cavabdeh iddiaçıdan 3.000 (üç min) manat pul vəsaitini 1 aya qaytarmaq şərti ilə borc istəmiş, iddiaçı isə aralarında olan münasibətlərə inanaraq Cavabdeh 3.000 manat pul vəsaitini vermişdir.1 ay keçdikdən sonra iddiaçı dəfələrlə cavabdehdən borcunu geri tələb etmiş, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən yayınmış, nəticədə borc verilməsinin üzərindən 1 ildən çox keçdikdən sonra xx.xx.2025-ci il tarixdə İddiaçı dələduzluq faktı ilə bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-ə müraciət etmişdir. Lakin PŞ-si tərəfindən işə mülki qaydada baxılmasına dair məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Və cavabdeh iddiaçıya pul vəsaitindən heç bir qəpik də qaytarmamış, pulun qaytarılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə böyük məbləğin geri qaytarılması barədə cavabdehin əlində heç bir sübutun olmaması özülüyündə sonuncunun borcun qaytarılması barədə yalan izahat verməsini deməyə imkan verir.Borcun verildiyi tarixin üzərindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçının pulunu ödəməmiş, iddiaçı ona dəfələrlə zəng etsə də, cavabdeh zəngləri açmamışdır və sadəcə səs yazısı göndərmişdir ki qısa müddətə borcu ödəyəcək. Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, cavabdehə 3000 manat borc vermiş, həmin puldan 680 manatını cavabdeh qaytarmış, qalan hissəsi olan 2320 manatını isə qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan 2500 manat borca pul almışdır, həmin borcdan 700-800 manatını qaytarmışdır, lakin qalan hissəsini maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, borcundan qaytardığı hissəni təsdiq edən hər hansı sübutu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan whatsapp yazışmalarından müəyyən edilir ki, Cavabdeh İddiaçı borcu olduğunu və qaytarcağını bildirmişdir, lakin məbləğlə bağlı hər hansı yazışma mövcud deyil. iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞnə daxil olmuş ərizəsi araşdırılmışdır.AR.MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Eyni zamanda həmin məcəllənin 25.1-ci maddəsinə müvafiq olaraq mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətlərindən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa olsa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa,hemin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Beləliklə ərizəsi əsasında toplanmış material üzrə bir cinayət inzibati xəta hadisəsi qeydə alınmadığından material üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün İddiaçı nümayəndəsi X2 tərəfindən 55 manat dölət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh 3000 manat borc vermiş, həmin borcdan 680 manat ödənilmiş, qalan hissə ödənilməmişdir. İddiaçı cavabdehdən 3.000 (üç min) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i olan 150 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-i olan 225 manat, cəmi 3.375 (üç min üç yüz yetmiş beş) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 55 manat pul vəsaitini tələb edir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı qismən qəbul etdiyini, iddiaçı ona 2500 manat borca pul verdiyini, ondan 700-800 manat ödəniş etdiyin, lakin sübutu olmadığını bildirmişdir Bu baxımdan, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, iddiaçı özü cavabdehin ona olan borcundan 680 manat qaytardığını qeyd edir. İddiaçı cavabdehin ona 3000 manat borcu olduğunu təsdiq edən hər hansı sübut təqdim etmir, lakin cavabdeh iddiaçıya 2500 manat borcu olduğunu etiraf edir. Bu səbəbdən məhkəmə 2500 manadan ödənilmiş 680 manatı çıxaraq cavabdeh 1820 manat pulun tutulması məqsədəmüvafiq hesab edirş Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 1820 manat pul vəsaitini qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə iddia tələbinin 3000 manat borcun Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i olan 150 manat hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, borcun məbləği 1820 manat olduğundan onun Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i 91 manat olduğundan 91 manat tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin məhkəmə iddia tələbinin 3000 manat borcun Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 7,5%-i olan 225 manat hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, borcun məbləği 1820 manat olduğundan onun Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik müəyyən edilərək tutulmalıdır. Belə ki, https://www.cbar.az/infoblocks/corridor_percent?year=2026 linkdə də qeyd edildiyi kimi Mərkəzi Bankın uçot dərəcəsi 2026-cı il üzrə 6.5 % olduğundan,118,30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat borc, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i olan 91 manat, Mülki Məcəllənin 449cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 6,5%-i olan 118,30 manat, cəmi 2029,3 (iki min iyirmi doqquz manat otuz qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,20 manat cavabdehdən tutularaq iddiaçı “İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 17,8 (on yeddi manat səksən qəpik) manat (55-37,20=17,8) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat borc, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 %-i olan 91 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi illik 6,5%-i olan 118,30 manat, cəmi 2029,3 (iki min iyirmi doqquz manat otuz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,20 (otuz yeddi manat iyirmi qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 17,8 (on yeddi manat səksən qəpik) manat (55-37,20=17,8) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1807/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1807/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver