Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-21/2025 10.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (arvadı) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Torpaq sahəsinin boşaldılması və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «Torpaq sahəsinin boşaldılması və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində giriş-çıxış yollarının açılaraq torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi, bununla bağlı olan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsində yaradılmış maneə Cavabdeh tərəfindən aradan qaldırılaraq həmin torpaq sahəsinə giriş-çıxış yolları açılaraq (torpaq sahəsi boşaldılaraq) ona təhvil verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu X5 İcariyyə Komitəsinin 31 avqust 1994-co tarixli icra protokoluna əsasən ünvan 2 ünvanda 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin protokola uyğun olaraq ona torpaq sahəsi ayrılmış, mərzilənmiş, sərhədləri müəyyən edilmiş və DƏDRX-nin müvafiq texniki pasportu və reyesterdən cıxarışı verilmişdir.Təqdim olunan sənədlərdən görünür ki, Neftçala şəhəri, S Bayramov küşəsi 95B ünvandakı 0,06 ha ölçüdə torpaq sahəsinin mülkiyyətçisidir. Lakin, həmin torpaq sahəsindən istifadə etmək üçün orada qonşuluqda yasayan X3 mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu zəbt etmiş və mülkiyyətində olan torpaq sahəsindən istifadəsini mümkünsüz etmişdir ki, bununla da onun mülkiyyət hüququnu pozmuşdur. O, ağır onkoloji əməliyyat keçirmiş və nəticədə onun səs telləri çıxarıldığından danışıq qabiliyyətindən məhrumdur, yəni söz deyib öz fikrini qarşı tərəfə sözlə başa salmaq imkanı yoxdur. Cavabdeh da onun bu vəziyyətindən sui-istifadə edir. O, dəfələrlə onunla başqa-başqa adamların vasitəsilə (özü danışa bilmədiyinə görə) əlaqə yaratmaq istəmiş və xoşluqla mülkiyyətində olan torpaq sahəsini boşaltmağı həmin sahəyə giriş-çıxış yolunu bağlamaqdan çəkinməyi və torpaq sahəsindən istifadə etmək üçün onun hüquqlarının pozulmasından əl çəkməyi təklif etsə də cavabdeh "man o torpağa sənin girməyinə imkan verməyəcəm, nə icra hakimiyyəti, nə dövlət, nə də qanunun taniyiram, qanun mən özüməm, mənim dediyim kimi olacaq”-deyə cavablar vermişdir. Onun bu hərəkətindən sonra pozulmuş hüququmun qanuni yolla bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (arvadı) X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 13 iyun 20258-ci il tarixli mütəxəssis rəyinə əsasən Neftçala şəhən, Saxavət Bayramov küçəsində yerləşən 600 kv.m torpaq sahasi mülkiyyət növü xüsusi mülkiyyət olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaqlarda yerləşir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyil. Hazırda Neftçala şəhəri, S Bayramov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsi sənəd üzrə İddiaçı Qudrat oğlunun xususi mülkiyyətinə verilmiş torpaq sahəsidir, faktiki kimin istifadəsində olduğu 13 saylı Şirvan Ərazi İdarəsininin səlahiyyətlərinə aid deyil. Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilen 600 ky metr torpaq sahəsinə aid cavabdehin adına heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Mübahisəli 600 kv.m torpaq sahəsi İddiaçı Qudrat oğlunun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** (reyestr № **********08) qeydiyyat nömrəli "Çıxarış"-la xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4965 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-1955/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. 1.Neftçala şəhəri, Səxavət Bayramov küçəsində yerləşən 600 kv.m torpaq sahesi mülkiyyət növü xüsusi mülkiyyət olmaqla, "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyalı torpaqlarda yerləşdiyi müəyyən olunmuşdur.
2. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmə halı mövcud olmadığı müəyyən edilmişdir.
3. Hazırda Neftçala şəhəri, S.Bayramov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsi sənəd üzrə İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. 4.Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən 600 kv.m torpaq sahəsinə aid olmadığı müəyyən edilmişdir.
5. Mübahisəli 600 kv.mert torpaq sahəsi İddiaçı adina Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2024-cü il tarixli ********** (reyestr № **********08) qeydiyyat nömrəli "Çıxarış"-la xüsusi mülkiyyət kimi qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən heyvanlar salınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sözügedən Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsində istifadəsinə maneələr yaratmışdır. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.Belə ki, Neftçala şəhəri, Saxavət Bayramov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə iddiaşı İddiaçı mülkiyyətindədir. İddiaçı adina Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2024-cü il tarixli ********** (reyestr № **********08) qeydiyyat nömrəli "Çıxarış"-la xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilen 600 ky metr torpaq sahəsinə aid cavabdehin adına heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Odur ki, qeyd olunan torpaq sahəsinə cavabdeh tərəfindən iddiaçının istifadə və sahiblik hüquqlarını həyata keçirməsinə maneələrin yaradılması iddiaçının hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsində yaradılmış maneə Cavabdeh tərəfindən aradan qaldırılmalı, həmin torpaq sahəsinə giriş-çıxış yolları açılaraq (torpaq sahəsi boşaldılaraq) İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsində yaradılmış maneə Cavabdeh tərəfindən aradan qaldırılsın. Həmin torpaq sahəsinə giriş-çıxış yolları açılaraq (torpaq sahəsi boşaldılaraq) İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ləman Qasımzadə