Məhkəmə qərarları › İş №2(053)-228/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-228/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-228/2025 30.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum faktının müəyyən edilməsi» nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası Əhmədova (Məmmədova) Mərziyə Həsənəli qızının 1930-cu ildə Salyan rayonunun Oryad kəndində (hazırda Neftçala şəhəri, H.Əliyev prospekti adlanır) doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək anası X3 1930-cu ildə Salyan rayonunun Oryat kəndində (hazırda Neftçala şəhəri Heydər Əliyev prospekti adlanır) anadan olduğunu bildirmişdir. Qeyd edir ki, atası X15 ilə anası Əhmədova (Məmmədova) Mərziyə Həsənəli qızı arasında 08 fevral 1956-cı ildə nikah ( 50 nömrəli akt qeyd tərtib edilmişdir.) qeydə alınmışdır. X12 15 sentyabr 1973-cü ildə vəfat etmişdir. ünvan 1 ünvanında 0.1094 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə ƏMDXDƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış almışdır. Həmin çıxarışda Ərizəçi, X9, Əliyeva Ceyran Həsənǝlı qızının, (səhv olaraq oğlu kimi yazılmışdır) X13 və X16 adları hüquq sahibləri kimi qeyd edilmişdir. Əliyeva Ceyran Həsənǝlı qızı xalasıdır. Onun övladı olmamışdır. Miras qoyanın birinci növbəli vərəsələri olmadığı halda ölənin bacı və qardaşları vərəsə hesab olunurlar. 1930-cu ildə anasına doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Netçala rayon Qeydiyyat şöbəsi 20 noyabr 2024-cü il tarixli məktubda bildirmişdir ki, 1930-cu il təvəllüdlü mərhum ananız Əhmədova (Məmmədova) Mərziyə Həsənəli qızının doğum haqqında arayışın istənilməsi ilə bağlı müraciətinizə baxılmış, lakin haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən iddia etdiyiniz doğum haqqında arayışın verilməsindən imtina olunur. İmtina məktubunda məhkəməyə müraciət etmək hüququnun olması da izah edilmişdir. Anasının doğumu haqqında arayışın verilməsi üçün X26 də müraciəti olmuşdur. Neftçala rayon Dövlət Arxiv 16 iyun 2023-cü il tarixli məktubla cavab verərək bildirmişir ki, mərhum xalanız Əliyeva (Məmmədova) Ceyran Həsənəli qızının (1925) və mərhum ananız X3 (1932) doğum haqqında qeydiyyat kitablarına baxılmış və adı aşkar olunmamışdır. Eyni zamanda X5 aid doğum haqqında arayışın verilməsi üçün X28 filialına müraciət etmiş, onun xx.xx.2023-cü il tarixli ərzəsinə 22 iyun 2023-cü il tarixli məktubla cavab olaraq X28 filialında mühavizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədləri, o cümlədən 1928-1934-cü illər üzrə doğum aktı araşdırıldığı, lakin X3 1930-cu il üzrə Neftçala rayonunda doğum tarixi ilə bağlı hər hansı sənəd aşkar olunmadığı qeyd edilmişdir. Vərəsəlik işinin aparılması üçün müvafiq sənədləri toplamaq məcburiyyətindədir. Bununla bağlı olaraq anasının doğum haqqında şəhadətnaməsini heç cür əldə edə bilmir. Anasının həmyaşıdı olmuş şəxslər yaşamadığından məhkəməyə şahid təqdim edə bilmir. Lakin özünün bacı və qardaşları vardır. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 və X24 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Ərizəçinin iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxxx 1967-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuşdur. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Neftçala rayonu, Həsənəbad qəsəbəsində doğulmuş, atası X15, anası X6r. “Nikah haqqında” Maraqlı şəxs arayışından görünür ki, X15 ilə X7 08 fevral 1956-cı ildə 50 nömrəli nikah bağlamış, nikahdan sonra Mərziyə Məmmədova “Əhmədova” soyadını qəbul etmişdir. Qeyd: Nikaha M.H.Əhmədovanın xx.xx.1973-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.1973-cü ildə 20№-liakt qeydi ilə Neftçala rayon Həsənabad qəsəbə İƏN-də qeydiyyata alınmışdır. “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1973-cü ildə ürək damar çatmamazlığı səbəbindən Neftçala rayonu, Həsənabad qəsəbəsində ölmüşdür. “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.2007-ci ildə ürəyin dayanması səbəbindən Neftçala rayonu, Həsənabad qəsəbəsində ölmüşdür. Azərbaycan Respublikası X28 filialının xx.xx.2023-cü il tarixli, 3-48 DA/9F-2Ə- 355/2023 nömrəli Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, X28 filialında mühafizə olunan salyan rayon qeydiyyat şöbəsinin arxiv sənədləri, o cümlədən 1928-1934-cü illərə aid doğum qeydiyyatı aktları araşdırılmış, lakin sizin mərhum ananız X4 1930-cu ildə Neftçala rayonunda doğum tarixi aşkar olunmadı. Əsəs: Fond №571; siy.№1; iş№20,23,25,26. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-5-67- 20/2-98/2023 nömrəli Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, mərhum xalanız Əliyeva (Məmmədova) Ceyran Həsənalı qızının (1925) və mərhum ananız X1 (1932) doğum haqqında qeydiyyat kitablarına baxıldı və adı aşkar olunmadı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çaxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Ərizəçi adına Neftçala rayonu, Həsənabad qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 26, yeni qaydalarla: AZ4717, ünvan 3 ünvanında daşınmaz əmlakın ümumi sahəsi 89.70 kvadratmetr, torpaq sahəsinin ölçüsü 0.1094 ha olmaqla paylı mülkiyyətə verilmişdir. Xüsusi mülkiyyətdə Ərizəçi, X9, X10, X13 və X16 ümumi birgə payı vardır. Neftçala Rayon Notariat Ofisinin ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sizin xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X8 qalan miras ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətnizə cavab olaraq bildiririk ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün tələb olunan zəruri sənədlər, o cümlədən miras qoyanla qohumluq faktını müəyyən edən heç bir sənəd təqdim olunmamaqla yanaşı, mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən mirasın qəbulunun və mirasın qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı anda baş verir. Vərəsə mirası göstərilmiş müddətdə qəbul etməli və ya buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Qeyd olunun səbələrdən sizə hazırda vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Neftçala Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, XX.XX.1930-cu ildə Salyan rayonu, Oryat kəndində (indiki Neftçala şəhəri, H.Əliyev prospekti) doğulmuş Əhmədova (Məmmədova) Mərziyə Həsənəli qızına Neftçala RPŞ-in QŞVQ-pu tərəfindən şəxsiyyət vəsiqəsi verilməmişdir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxsndən daxil olmuş evlənmə haqqında 60№-li, 1956-cı il tarixli akt qeydindən görünür ki, 1932-ci il təvəllüdlü X15 ilə 1930-cu il təvəllüdlü X11 arasında nikah bağlanmışdır. İşə əlavə eduilmiş məzar daşı fotoşəklindən görünür ki, 1930-cu ildə doğulmuş X14 xx.xx.1973-cü ildə vəfat etmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, X11 1930-cu ildə Salyan rayonunun Oryad kəndində (indiki Neftçala şəhəri, H.Əliyev prospekti) doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 20 noyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 233, 307, 308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. X2 1930-cu ildə Salyan rayonu, Oryad kəndində (indiki Neftçala şəhəri, H.Əliyev prospekti) doğulması faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar