Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-25/2024 11.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Səfalət oğluna qarşı «Zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək ailə üzvlərinin sayının çoxluğu və yaşadıqları evin darısqal olması səbəbindən ona Neftçala şəhərində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması üçün 2007-ci ildə Neftçala Bələdiyyəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müraciətinə Neftçala Bələdiyyəsi tərəfindən baxılmış və həmin Bələdiyyənin 29 noyabr 2007-ci il tarixli, 11 saylı iclas prortokolundan çıxarışa əsasən ona fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin satış qiymətinin 240 manat məbləğində olması müəyyənləşdirilmiş və həmin məbləğ onun tərəfindən Neftçala Bələdiyyəsinə ödənilmişdir. Bundan sonra qeyd etdiyi kimi, Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Bələdiyyənin əməkdaşı Şahid tərəfindən ona təqdim edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə təxminən 50 maşınadək əlavə torpaq daşıtdırmaqla sahəni hamar və istifadəyə yararlı vəziyyətə gətirmişdir. Yaxın zamanlarda orada inşaat işlərinin aparılması məqsədilə torpaq sahəsinə baş çəkdikdə görmüşdür ki, torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin sahəyə tikinti materialları yığılmışdır. Cavabdehlə görüşərək ona öz etirazını bildirsə də, bunun müsbət nəticəsi olmamışdır. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Məsələ ilə bağlı Neftçala Bələdiyyəsinə də şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq ona mübahisə ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişlər. Hesab edir ki, qanunla qorunan mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh bir ildən çoxdur ki, ona mənəvi təsir göstərir. Torpağı zəbt olunub. Cavabdeh tərəfindən təzyiqə məruz qalıb. Ekspertizanın rəyi ilə razı deyil. Çünki o, bələdiyyə tərəfindən torpaq almışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Şahid qismində dindirilməsini xahiş edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamını cavabdeh qismində dindirilmiş Cavabdeh Səfalət oğlu iddianı qəbul etməyərək, İddiaçı Xəvair oğlu ilə heç bir qərəzliliyinin olmadığını, sadəcə həmin sözügedən torpaq sahəsinin Xeybər adlı şəxsə məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı Xeybərin rəsmi sənədləri vardır. Həmçinin bildirir ki, Xeybərlə öz aralarında bu torpaq sahəsi ilə bağlı şifahi razılıq əsasında alq-satqı etmişlər. Onda həmin torpaq sahəsinə aid rəsmi sənədlər yoxdur. Növbəti məhkəmə iclasında torpağa aid sənədlərin əslini məhkəmədə sübut kimi təqdim edəcəkdir. O, Xeybər adlı şəxsin məhkəmə iclasına dəvət olunmasını xahiş edtməklə yanaşı göstərilənlərin nəzərə alınaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Səfalət oğlu gəlməmiş, məhkəməyə göndərdiyi ərizə və teleqramda məhkəmənin 09 və 11 iyul 2024-cü il tarixləri üzrə təyin olunmuş iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə növbəti məhkəmə baxışı iclaslarında işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin 09 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, özünə torpaq alarkən İddiaçı ilə birlikdə eyni vaxtda almışdır. Bir dəfə ora gələndə Emin adlı şəxs demişdir ki, “gəl sənin üçün sənəd düzəldək”. Orada sonradan bələdiyyə işçisi kimi tanıdığı Emin demişdir ki, Vüqar adlı şəxs onun torpağını zəbt edib. Qeyd edir ki, Fədai həkimin orada evi yoxdur. Onun qonşuluğunda ev tikilmişdir. İşin 11 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Cavabdeh Səfalət oğlu ilə aralarında torpaq mübahisəsi vardır. Onun da torpağını Cavabdeh zəbt edib. Onun özünə aid torpaq sahəsi artıq sənədləşdirmə mərhələsindədir. Cavabdeh onun ona aid torpaq sahəsinə torpaq töküb orada özbaşına işlər görmüşdür. Vüqara bir dəfə bildirmişdir ki, 3.000 manata torpağı istəyirsə götürsün. O, razılaşmadı. O, əlində sənəd olmadan onun torpağına sahiblənmək istəyir. Üç, dörd gün bundan əvvəl Vüqar ona zəng edib bildirmişdir ki, məhkəmədə de ki, torpaq onundur. Onunla işləri olmasın. Mübahisə edilən torpaq sahəsinin yerini bilir. İşin 11 iyul 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, həmin ərazidə İddiaçı iki yeri var. Şimal hissədə iki yer, cənub hissədə bir yer olmuşdur. X4 qonşuluğunda İddiaçı yer götürmüşdür. İddiaçı orada 6 ha torpaq sahəsi vardır. İddiaçı həyətinin üzərindən elektrik naqilləri keçir. Həmin 6 ha torpaq sahəsinin harada yerləşdiyini bilir. Vüqar adlı şəxsə yer verməmişlər. İddiaçı aid torpaq sahəsinə daşı Vüqar tökmüşdür. Məhkəmə iddiaçını və Cavabdeh Səfalət oğlunu dinləyib, toplanmış sənədləri tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İddiaçının məhkəməyə bildirdiklərindən və təqdim etdiyi sənəd surətlərindən görünür ki, mübahisələndirdiyi torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə onun adına rəsmiləşdirilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-815/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2804 nömrəli Məhkəmə tikinti-texniki ekspetizasının rəyinin nəticə hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin X1 mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdir: Qərardadın birinci sualı üzrə “Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsi Neftçala bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüşdür. Qərardadın ikinci sualı üzrə İddiaçı mübahisələndirdiyi torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyil. Qərardadın üçüncü sualı üzrə Üçüncü sualı cavablandırmaq 13 saylı Şirvan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Qərardadın dördüncü sualı üzrə Cavabdeh Səfalət oğlunun zəbt olunduğu iddia edilən 600 kv.m torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud olmadığı müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə İddiaçı mübahisələndirdiyi 600 kv.m torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı iclas protokolundan Çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir”. Qərardadın altıncı sualı üzrə Mübahisəli torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmiş və plan tərtib edilərək mütəxəssiz rəyinə əlavə olunmuşdur. İddia tələblərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının Neftçala şəhərinin inzibati ərazisində, M.Ə.Sabir küçəsində yerləşən 600 m2 torpaq sahəsinə münasibətdə dövlət tərəfindən tanınan hüququ sənədi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdır. Həmin torpaq sahəsi Neftçala Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh Səfalət oğlunun zəbt olunduğu iddia edilən 600 kv.m torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud deyil. İddiaçı mübahisələndirdiyi 600 kv.m torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli ,11 saylı iclas protokolundan Çıxarışla fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Ona görə də Cavabdeh Səfalət oğlunun iddiaya qarşı gətirdiyi əsasların məzmunundan asılı olmayaraq iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Məhkəmə onu da qeyd edir ki, iş üzrə ekspertiza tədqiqatı iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar məhkəmənin təşəbbüsü ilə təyin olunmuşdur. İddianın rədd olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın dəyəri iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 223, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Səfalət oğluna qarşı «Zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq dövlət nəfinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-25/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-25/2024
11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver