Məhkəmə qərarları › İş №2(053)-259/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-259/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-259/2025 07.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1954-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş Ərizəçi doğum faktının təsdiq edilməsi, soyadının Ələkbərova, adının Həqiqət, atasının adının Məmmədrəhim kimi qeyd olunması faktını təsdiq etməklə doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Məmmədrəhim, soyadının Ələkbərova, atasının adının Əşrəf, ana adının qrafasında anasının adının Qəmər, soyadının Ələkbərova, atasının adının isə Səməndər kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 07 aprel 2025-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, sənədin ona məxsus olması faktı ilə bağlı məhkəməyə müraciət etdiyini, hazırda həmin işi məhkəmədən kənar həll etdiyi üçün onun baxılmasına ehtiyac qalmadığını, bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını və iş üzrə ödədiyi dövlət rüsumunun ona verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254,255,261.0.1 – 261.0.3 və 261.0.6 – 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qeyd olunur ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 23 dekabr 2024-cü ildə hökumət ödəniş portalında «Azərbaycan Beynəlxalq Bankı ASC» vasitəsilə 100 (yüz) manat miqdarında dövlət rüsumu ödənilmişdir. («Azərbaycan Beynəlxalq Bankı ASC»; mədaxil qəbzinin nömrəsi: **********). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 114, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən 23 dekabr 2024-cü ildə hökumət ödəniş portalında «Azərbaycan Beynəlxalq Bankı ASC» vasitəsilə 100 (yüz) manat miqdarında ödənilmiş dövlət rüsumu («Azərbaycan Beynəlxalq Bankı ASC»; mədaxil qəbzinin nömrəsi: **********) ərizəçinin özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar