Məhkəmə qərarları › İş №2(053)-311/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-311/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-311/2024 04.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 avqust 1942-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində atası X1 və anası X6 göstərilməklə doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 08 avqust 1942-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, şəxsiyyəti, doğum tarixi və doğulduğu yer isə ona məxsus şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və digər sənədlərlə təsdiq edilir. Qızlıq soyadı Sadıqova olmuş və atası X1, anası isə X2r. Ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən müəyyən edilir ki, o, 08 avqust 1942-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş və hazırda qeydiyyatı Neftçala rayonu Qədimkənd kəndindədir. Qeyd edir ki, ərizəyə əlavə etdiyi nikah haqqında arayışdan müəyyən olunur ki, 23 mart 1962-ci il tarixdə X7 ilə nikaha daxil olmuş və nikahdan sonra ona Rəfiyeva soyadı verilmişdir. Özü Neftçala rayonu ərazisində qeydiyyatda olmasına baxmayaraq, yaşlı olmağı ilə əlaqədar oğlunun himayəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayır. 2023-cü ilin sonlarında müəyyən sənədləşdirmə işləri aparılması zərurəti ilə əlaqədar doğum haqqında şəhadətna lazım olduğundan, həmin sənədi axtarsa da, tapa bilməmiş, bu səbəbdən doğum haqqında şəhadətnaməsini təkrar almaq üçün Yasamal rayonu Qeydiyyat şöbəsinə müraciət etmişdir. Bir müddətdən sonra ona bildirilmişdir ki, doğum haqqında akt qeydinin müəyyən edilməsi üçün Hacıqabul rayonu Dövlət Arxivinə və Neftçala rayonu Dövlət Arxivinə sorğular verilsə də, doğum haqqında qeydi müəyyən edilmədiyindən, ona təkrar doğum haqqında şəhadətnamə verə bilmirlər və o, doğum akt qeydi olmadığından doğum faktının qeydə alınmasının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməlidir. Ərizəçinin nümayəndəsi (oğlu) X11 işin məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun 08 avqust 1942-ci il tarixdə Neftçala rayonunun Aşağı Surra kəndində doğulduğu, yaşayış yerinin isə Neftçala rayonu, Qədimkənd kəndi olduğu göstərilir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 ilə X9 arasında nikah 23 mart 1962-ci il tarixdə 35№-li akt qeydi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Rəfiyeva” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 27 sentyabr 1964cü ildə Neftçala rayonu Qədimkənd kəndində anadan olmuş, atası X7, anası Ərizəçidır. Milli Arxiv İdarəsinin 20 noyabr 2023-cü il tarixli arxiv arayışında qeyd olunur ki, xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq Neftçala rayon Dövlət Arxivi bildirir ki, xx.xx.1947-ci il təvəllüdlü X3 1947-ci il doğum haqqında akt qeydiyyat kitablarında adı tapılmış, (mühafizə olunur:Fond№90 siyahı №1 sax.vah№136 vərəq sayı 90. X4 1942-ci il doğum qeydiyyat kitablarında adı aşkar edilmədi. Milli Arxiv idarəsi Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, Neftçala rayonu Aşağı Surra kəndində doğulmuş xx.xx.1942-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydi üçün Neftçala rayon Dövlət Arxivinə müraciət edilsin. Maraqlı şəxs sənədləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 16 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilir ki, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadılqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən Yasamal rayon qeydiyyat şöbəsi doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini məsləhət görür. Neftçala Rayon Polis Şöbəsinin 26 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1942-ci il tarixdə Neftçala rayonu Aşağı Surra anadan olan, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan Ərizəçi Neftçala rayon polis şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Milli Arxiv İdarəsi Neftçala rayon Dövlət Arxivinin 23 fevral 2024-cü il tarixli arxiv arayışında qeyd olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan 1942-ci il doğum qeydiyyat kitablarına baxıldı, Sadıqova (Rəfiyeva) Solmaz Əliqulu qızının adı aşkar olunmadı. Maraqlı şəxs 15 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 2(053)-311/2024 nömrəli məktubunuza əsasən xx.xx.1942-ci il təvəllüdlü Sadıqova (Rəfiyeva) Solmaz Əliqulu qızının doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məlumat üçün bildiririk ki, 1942-ci ilədək akt qeydi kitabları saxlanma müddətinə aid tələblərə əsasən X15 rayon filialına təhvil verildiyindən Ərizəçi doğumu haqqında akt qeydinin aşkarlanması mümkün olmamışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, Sadıqova (Rəfiyeva) Solmaz Əliqulu qızı 08 avqust 1942-ci il tarixdə Neftçala rayonu Aşağı Surra kəndində doğulub, atası X1, anası isə X8 olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizəçinin müvafiq sənədi başqa qaydada ala bilməməsi onun ərizəsinə Maraqlı şəxs tərəfindən 15 mart 2024-cü il tarixli məktubla və digər qeydiyyat şöbələrinin imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Sadıqova (nikahdan sonra-Rəfiyeva) Solmaz Əliqulu qızının 08 avqust 1942-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulması, atasının X1, anasının isə X8 olması faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar