Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-322/2023 02.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2200 manat pul məbləğinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02 may 2023-cü il tarixə təyin olunmuş iclasında cavabdeh qismində dəvət olunmuş X2 əslində Cavabdeh olduğu öz deməsinə və təqdim etdiyi (şəxsiyyət vəsiqəsi) sənədə əsasən müəyyən olunmuşdur. Həmin tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqim edərək iddia ərizəsində Cavabdeh adını səhvən “Namiq” kimi qeyd etdiyini, hazırda cavabdehin adının Vəfa kimi oxunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə dair məsələni iddiaçı ilə öz aralarıda həll etdiyini bildirərək işin məhkəmədə baxılmamasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Göstərilənlərə əsasən məhkəmə iddiadan imtinanın qəbul olunmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən «iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa» hakim iş üzrə icraata xitam verir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261 – 264, 266 – 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-322/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-322/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver