Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-322/2025 13.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audi video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 123 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasında işləyir. İşi ilə əlaqədar olaraq çox vaxt Rusiyada olur. Təxminən 2023-cü ilin fevral ayında dostları Sakit və Xəyal ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığı zaman Sakit bankdan kredit götürüb balıçılıqla məşğul olmaq üçün süni göl (damma) düzəldəcəklərini demişdir. Sakit və Xəyalın bankdan kredit götürməmələrini, onda pul olduğunu, nə qədər lazımdırsa pul verəcəyini, balığı satdıqdan sonra borc verdiyi pulu qaytara biləcək olduqlarını onlara demişdir. Sakitlə Xəyal onunla razılaşmışlar. O, təxminən bir ay ərzində bacısı Nümayəndə məxsus kart hesabına ümumilikdə 21.000 manat pul köçürmüşdür. Bacısı Jalə də həmin pulu kart hesabından çıxardıb Xəyala vermişdir. Xəyal da həmin pul ilə Sakitlə birlikdə nohur düzəltmiş və balıq yetişdirmişlər. Sakit və Xəyal onun pulunu 2024cü ilin mart - aprel aylında qaytaracaqlarını demişlər. 2024-cü ilin mart ayında Sakit və Xəyaldan pulunu istəmiş, Xəyal öz payına düşən 10.000 manat pulu gətirib vermişdir. Sakit isə qalan 11.000 manat pulu verməkdən boyun qaçırmışdır. Sakitdən pulunu istədikdə “imkanım yoxdur, verə bilmirəm” demişdir. O, 21.000 manat pulu Xəyalla, Sakitə vermişdir. Xəyal həmin puldan 10.000 manat qaytarsa da, Xəyalı da cavabdeh qismində tanıyır. Həmin pulu hər birinə ayrı - ayrılıqda olmaqla onlara verməmişdir. Xəyal və Sakit hər ikisi qalıq 11.000 manat pulu tam şəkildə qaytarmalıdırlar. O, 11.000 manat pulun Sakit və Xəyaldan alınıb ona verilməsi barədə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Neftçala Rayon Polis şöbəsində Sakit və Xəyala 21.000 manat borc pul verməsini hər ikisi etiraf etmişlər. Onların əməlində cinayət tərkibi olmadığından tərəflər arasında yaranmış mülki mübahisə məsələsinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Baş vermiş hadisə ilə bağlı hər hansı bir cinayət tərkibinin əlamətlərinin müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərə əsasən borcun və dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 10 fevral 2025-ci il tarixdə Cavabdeh ilk iddia üzrə digər cavabdeh X2 qarşı pul tələbinə dair məhkəməyə qarşılıqlı iddia verərək 2(053)-322/2025 saylı mülki iş üzrə iddiaçının tələbinin qismən (10.000 manat həcmində) təmin edilməsini, 20.000 manat pul vəsaitnin qarşılıqlı iddia tələbi üzrə cavabdeh X1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı onunla əsaslandırmışdır ki, mübahisə üzrə ilkin iddia tələbinin hüquqi əsası qismində istinad olunan xüsusatları qismən etiraf edir və bildirir ki, İddiaçı tərəfindən ona X3 ilə balıq saxlama fəaliyyəti üçün süni göl (dialektoloji lüğətdə “damba”) yaradılması məqsədilə ümumilikdə 20.000 (iyirmi min) manat pul vəsaiti borc qismində verilmişdir. Xəyalla aralarındakı razılaşmaya görə həmin məbləğ sözügedən süni gölün yaradılmasına xərclənməli və fəaliyyətin yekununda əldə edilən məbləğ bərabər şəkildə bölünməli idi. Lakin həmin razılaşma əldə olunan qazancın bölünməsinə dair hissədə icra edilməmiş və onun payına düşən 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti X3 tərəfindən tam olaraq mənimsənilmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin olunmaqla 2(053)-322/2025 saylı mülki iş üzrə iddiaçının tələbi qismən təmin edilməli, həmçinin aralarındakı razılaşma üzrə əldə olunan qazancın onun payına düşən hissəsini təşkil edən 20.000 (iyirmi min) manat pul vəsaiti X1 tutulmalı və xeyrinə ödənilməlidir. İşin 14 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı olan qardaşının 20.000 manat pulundan 10.000 manat pulun Xəyal Sadıqov tərəfindən qaytarıldığını, hazırda Xəyalın 1.000 manat borclu qaldığını, hazırda onunla bağlı heç bir tələbinin olmadığını, digər cavabdeh olan Cavabdeh 10.000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını və ilk iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 10.000 manat borcun Cavabdeh alınıb İddiaçı verilməsi kimi oxunmasını xahiş etmişdir. İşin 14 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında ilk iddia üzrə cavabdeh X3 məhkəməyə ərizə təqdim edərək İddiaçı onun bacısı Nümayəndə vasitəsi ilə 20.000 manat borc pul alıb Cavabdeh birlikdə iş görmək üçün verdiyini bildirmişdir. Qeyd etmişdir ki, o, həmin məbləğin 10.000 manatını qaytarmış, qalan 10.000 manat isə Cavabdeh qalmışdır. İşin 14 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizələr təqdim edərək İddiaçı 2023-cü ilin təxminən mart - aprel aylarında X3 vasitəsilə ona 15.000 manat, şəxsən özü balıqçılıq təsərüffatı yaratmaq məqsədilə əlavə olaraq 5.000 manat faizsiz olaraq borc verilmişdir. Həmin 20.000 manat puldan iddiaçıya o, şəxsən pul qaytarmamışdır. Həmin puldan digər cavabdeh Xəyal Sadıqov 10.000 manat iddiaçıya qaytarmışdır. X4 birlikdə iddiaçıya 10.000 manat borcları qalmışdır. Borcu qaytarmağa söz verir. Həmçinin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsini geri götürür. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş İddiaçı gəlməmiş, nümayəndəsini göndərmişdir. İddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın Cavabdeh aid hissədə təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə izahatına uyğun məzmunlu ərizə təqdim edərək iddianı etiraf etdiyini bildirmiş, etirafının qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin mənasına görə cavabdeh qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə bilər. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən “İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddiaçınının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə belə hesab edir ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin əsas etibarilə təmin olunması nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 10.000 (on min) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-322/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-322/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver