Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-331/2023 16.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, onun 2000 (iki min) manat məbləğində pulunu X5 adlı şəxs 2019-cu ilin yanvar ayında dələduzluq yolu ilə mənimsəmiş, həmin pulu həyat yoldaşı X1 yanında aldadaraq almışdır. Qeyd edir ki, Məcidov Röyyal onun həyat yoldaşı Fazilənin qardaşı oğludur. Pulu ondan borc alanda bildirmişdir ki, "Zil" markalı avtomobil alacaq və adamları pambıq yığımına aparacaq. Cavabdeh bildirmişdir ki, özü və həyat yoldaşı işləyir, borcunu artıqlaması ilə qaytaracaqdır. 2019-cu ilin may ayına kimi borcunun geri qaytarılmadığını görüb həyat yoldaşı Faziləni qaynı Eldarın evinə göndərmişdir. Cavabdehin anası Mənzər həyat yoldaşı Faziləni qarşılayıb soruşmudur ki, “niyə gəlmisən? Qardaşın Eldar evdə yoxdur, evə gəlməyəcək, rədd ol, çıx mənim həyətimdən, canınız çıxsın pulu verməyəydiniz” deyərək Faziləni təhqiramiz sözlərlə yola salmışlar. Bu hadisənin üstündən 1 il keçmişdir. Dəfələrlə Röyyala zəng vursa da, telefonunu açmamışdır. Əsəbdən insult keçirmiş, yataq xəstəsinə çevrilmişdir. Yenidən həyat yoldaşı Faziləni Röyyalın evinə göndərmiş ki, borcu hissə-hissə olsa da qaytarsın, ancaq Röyyal onun həyat yoldaşını pis söyüşlərlə təhqir edib, onu öldürməklə hədələmiş və həyətindən qovmuşdur. Keçən müddət ərzində dəfələrlə xəbər göndərməyinə baxmayaraq, Röyyal pulu qaytarmaqdan imtina etmiş, bildirmişdir ki, ona böhtan atırıq pulu faizlə vermişik və buna görə də bizə pulu qaytarmayacaq. Qeyd etdiklərinin nəzərə alınaraq cavabdeh X2 2000 (iki min) manat pulun alınaraq ona verilməsi xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək iddiasını dəqiqləşdirmək istədiyini bildirərək, izahatında göstərmişdir ki, cavabdehdən 2000 manat pulun məbləğinin tutulması ilə bağlı tələb irəli sürsə də hazırda iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdehdən 400 (dörd yüz) manat məbləğində pulun onun xeyrinə tutulmasını, eyni zamanda xəstə olduğu üçün məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxımasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilkin olaraq ondan 2000 (iki min) manat pul tələb etsə də iddia ərizəsinə dəqiqləşmə verərək ondan 400 (dörd yüz) manat pulun tutulmasını xahiş etmişdir. Həqiqətən iddiaçıya 400 (dörd yüz) manat borcu vardır, iddiaçıya olan borcunu 05 may 2023-cü il tarixə kimi ödəməyə söz verir. İddia tələbini etiraf edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsi Neftçala RPŞ-də araşdırılmış, göstərilən xüsusatlar mülki xarakterli və məhkəmə qaydasında baxılmalı olduğundan toplanmış material Neftçala RPŞ-də işə əlavə edilməklə ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə hesab edir ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 400 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti X2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh X2 400 (dörd yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-331/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-331/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver