Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-376/2024 13.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000 manat məbləğində pulun, eyni zamanda mediasiyaya və məhkəməyə xərcləmiş olduğu 110 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, o, 2019-cu il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan Cavabdeh Abşeron rayon Masazır qəsəbəsində təsadüf nəticəsində görmüş və qiyabi olaraq tanımışdır. 19 iyun 2019-cu il tarixdə Cavabdeh Masazır kəndi ərazisində özünə həyətyanı sahədə tikilmiş ev axtarışında olmuşdur. O, Həmidəyə bildirmişdir ki, evini satır. Cavabdeh onunla evin qiymətini 18.000 (on səkkiz min manata) almaqla razılaşmışdır. Cavabdeh evin bütün tikilişinə baxan zaman o, video çəkiliş etmiş, cavabdeh evin tikilişində heç bir narazılıq etməmişdir. Cavabdeh sözügedən evi kreditlə, yəni hissə-hissə ödəməklə satmışdır. Cavabdeh evin pulundan cəmi 15.000 manat ödəniş etmiş, son olaraq 12 avqust 2022-ci il tarixdə isə 268 manat ödəniş olmuşdur. Həmin vaxtdan bu gün, sabah deyərək evin 3.000 manat pulunu ödəməkdən boyun qaçırır. O, məhkəməyə qədər pulunun 3.000 manatını ödəməkdən imtina etdiyinə görə Cavabdeh barəsində müxtəlif instansiyalara müraciət etmişdir. Ona həmin orqanlar tərəfindən cavab verilərək bildirilmişdir ki, sizin müraciətiniz mülki məsələ olduğundan bu barədə məhkəməyə müraciət etməlisiniz. O da X5 qarşı 3.000 manat pulunun ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. O, Masazır kəndinin ərazisində yerləşən 1.5 ha torpaq sahəsinin üzərində olan 50 kv. ölçüdə 3 otaqlı evi 18.000 manata satanda Cavabdeh 15 iyun 2019cu il tarixə qədər hər ay 400 manat ödəməklə 30 ay ərzində bu məbləği ödəyəcəyinə söz vermişdir. Bu barədə iltizam verərək imza da etmişdir. Buna baxmayaraq axrıncı ödənişləri, sonuncu 15.000 manatı 12 avqust 2022-ci il tarixdə 268 manat ödəməklə ona 3000 manat borclu qalmışdır. Həmin tarixdən bu günə qədər bir manat olsun belə ona pul ödənişi etməyib. Cavabdeh ona hər dəfə ödəniş edən zaman o, ağ kağız üzərində qeydlər aparmış, qeyddə ay, gün, il və ödənilən pulun miqdarını qeyd etmişdir. Həmin qeydləri iddia ərizəsinə əlavə etmişdir. Tələblə bağlı cavabdehin ünvanına Mediasiya təklifi göndərmiş, təklifinə heç bir cavab verilməmişdir. ünvan iasiya təşkilatına müraciət etmiş, cavabdeh iclasda iştirak etməkdən imtina etmişdir. Əlavə olaraq qeyd edir ki, hər ay cavabdehin ona verdiyi (cavabdehin anasına məxsus) kartla pul çıxarmışdır. Sonuncu dəfə cavabdehin əri içkili halda ona demişdir ki, kartı bloklayacaq. Borc məbləği 3.000 manat qaldıqda isə kartı bloklayıb, ona olan borcu ödəməkdən imtina etmişdir. O vaxta kimi cəmi 15.000 manat ödəniş edilmişdir. Cavabdeh pulu ödəməkdən imtinanı evin təmirsiz olduğu ilə əlaqələndirmişdir. Onda olan videogörüntüdə isə cavabdeh evin vəziyyəti ilə razılaşaraq ilkin olaraq 3.700 manat ödəniş etmiş və heç bir narazılıq bildirməmişdir. Həmin videogörüntü məhkəməyə təqdim etdiyi diskdə əks olunmuşdur. Torpaq sahəsi kənd təsərüffatına aid olmaqla 1,5 sotdan ibarətdir. Ev isə təmirli olmayıb. Həmçinin orada yaşayış olmamışdır. Cavabdeh tam şəkildə pulu olmadığını, razılaşdıqları məbləği hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Notariusda alqı-satqı müqaviləsi bağlanmışdır. Hissə-hissə 15.000 manatı ödədikdən sonra vaxt da istəmişlər, sonra da ərarvad hər ikisi pulu verməkdən imtina etmişlər. Evin damını dəyişdirdiklərini bildirmişlər. Aralarında heç vaxt razılaşma olmamışdır ki, evdə dəyişiklik olarsa bu ona ödəniləcək məbləğə təsir edəcək. Videogörüntüdə də bu məsələ əksini tapmışdır. Cavabdehin və onun ərinin xahişinə əsasən ilkin ödənişdən dərhal sonra onlara inanaraq və etibar edərək evi cavabdehin adına sənədləşdirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əri ilə birlikdə sözügedən evi almış, 18.000 manatla razılaşmışlar. İddiaçıya olan bütün borcunu ödəmişdir. Hazırda ona heç bir borcu qalmayıb. Ailə üzvləri ilə həmin evdə yaşayır. İddiaçıya sonuncu ödənişi kartla etmişdir. Həqiqətən də borcla bağlı ödənişlərdə gecikmələri olub. Evin pulunu hissə-hissə ödəmişlər. Ödədiyi 18.000 manatla bağlı əlində sənəd yoxdur. Lakin iddiaçıya borclu da deyildir. Pulu gecikdirdiyinə görə iddiaçı ondan faiz borcu tələb edir. Bütün borcları əri Fətulla iddiaçıya qaytarmışdır. O, iddiaçıya pul verməmişdir. Evin damını dəyişəndə iddiaçı özü demişdir ki, sərf olunan pulu borcdan çıxacaqdır. Bununla bağlı video görüntülər vardır. İddiaçı evi onlara bərbad vəziyyətdə vermişdir. Ona borcu yoxdur. Məhkəmə mübahisəsindən əvvəl cavabdeh və əri iddiaçıya ödədiyi puldan halallığa görə əlavə olaraq 1.500 manat ödəməyi təklif etsə də iddiaçı bu təkliflə razılaşmamışdır. Sonuncu dəfə iddiaçının tələb etdiyi 2.800 manatı ərinə vermişdir ki, sonuncu borcu bağlasın, lakin həmin pulun iddaçıya əri tərəfindən verilib-verilməməsini bilmir. Pulu ərinə verdikdən bir müddət sonra sonuncu ona demişdir ki, iddiaçı ilə aralarında digər məsələnin həlli ilə bağlı razılaşma olduğundan evin borcuna aid həmin pulu İddiaçı verməmişdir. Qeyd olunan məbləğin iddiaçıya verilməsi ilə bağlı hər hansı bir sübutu yoxdur. Çünki əri qeyd olunan məbləğin iddiaçıya vermədiyini ona bildirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. İşin məhkəmə baxışı zamanı iddiaçı ərizə təqdim edərək hazırda iddia ərizəsində dəqiqləşdirmə apararaq 2.400 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş üzərində Cavabdeh məxsus “şəxsiyyət vəsiqəsi”nin surəti əks olunmuş əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh, X2 1,5 sotun içində 50 kv.m. 3 otaqlı yarım tikili aldım. Danışıqmıza görə 18.000 min manata.evi aldım. 4.000 min man.verdim. iyun ayının 15. 2.000 mnat verəcəm İyun ayından başlayaraq Hər ayın 25, 400 mat İddiaçı verəcəm. Aldıqım evdə çəkliş oldu, çəkliş ola-olada danış” X3 imza (Seriya ********) İş materiallarına əlavə edilmiş üzərində Cavabdeh məxsus “şəxsiyyət vəsiqəsi”nin surəti əks olunmuş eyni əlyazmada həmçinin Yusibov Faiq tərəfindən kiril əlifbası ilə yazılmış yazının məzmunundan görünür ki, X1 Həmidə Həmid qızına 1,5 sotun içində 50 kv 3 otaqlı evi 18.000 manata satdığını, 4.000 manat alıb 2.000 manatını 06.15.19-cu il tarixə qədər verəcəyini bildirib və 06.15.19 tarixdən ayda 400 manat 30 ay verəcəy hələki narazılığı olmadığını qeyd etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş əl qeydlərindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək ümumilikdə cavabdeh tərəfindən 41 dəfə ödənişlər aparılması iddiaçı tərəfindən A4 formatda kağızda qeyd edilmiş və məhkəmə iclasında hər bir qeydə və məbləğə münasibətdə cavabdeh onları tam olaraq təsdiqləmişdir. Həmin qeydlərə əsasən ödənilmiş məbləğin cəmi 15.088 manat təşkil edir. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən görünür ki, “qeydlər”də göstərilən X3 tərəfindən yazılaraq imzalanmış “Mən Cavabdeh, X2 1,5 sotun içində 50 kv.m. 3 otaqlı yarım tikili aldım. Danışıqmıza görə 18.000 min manata.evi aldım. 4.000 min man.verdim. iyun ayının 15. 2.000 mnat verəcəm İyun ayından başlayaraq Hər ayın 25, 400 mat İddiaçı verəcəm. Aldıqım evdə çəkliş oldu, çəkliş ola-olada danış” X3” sözləri cavabdehin əri tərəfindən (öz xətti ilə) yazılıb. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən həmçinin görünür ki, “qeyd”də əks olunan imza da cavabdehin ərinə məxsusdur. Cavabdeh iddiaçının gecikdirilmiş borca görə “sələm” istədiyini, iddiaçıya verilməsi məqsədi ilə ərinə verdiyi 2.800 manat məbləğində pulun həqiqətən də iddiaçıya çatdırılıbçatdırılmadığını bilmədiyini qeyd edərək hazırda ona borcu olmadığını bildirdiyinə baxmayaraq bu halları işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. İddiaçı da cavabdehin və ərinin 2.800 manatla bağlı heç bir ödəniş etmədiyini, sübutları varsa təqdim etməsini bildirmişdir. Cavabdeh iddiaçıya pul məbləğinin özü tərəfindən deyil əri tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “DVD” diskə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Ümumi çəkiliş müddəti 2 dəqiqə 14 saniyə davam edir. Qeyd edilən evdə iddiaçı tərəfindən aparılan videoçəkiliş zamanı iddiaçı və cavabdeh, habelə cavabdehin əri arasında olan danışıqlarda qeyd edilən evin tərəflər arasında 18.000 manata razılaşdırılması və pulun hissə-hissə ödənilməsini əks etdirən danışıqlar müəyyən edildi. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən “Qeydlər”lə, cavabdehin iddiaçıdan yarım tikilini 18.000 manata, ilkin olaraq 4.000 manat, sonra isə iyun ayının 15-də 2.000 manat verməklə və iyun ayından başlayaraq hər ayın 25-də 400 manat cavabdehin əri İddiaçı ödəyəcəyi ilə razılaşdığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olduğu borcun 2.400 manatlıq hissəsini qaytarması halı sübuta yetirilmiş hesab olunmamalıdır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıdan 18.000 manata yarım tikilini 4.000 manat ilkin ödəniş etməklə razılaşsalar da faktiki olaraq ilkin ödəniş kimi 3.700 manat ödəmiş, daha sonra hissə-hissə ödəmək şərtilə almış, siyahıya əsasən 15.088 manat məbləğində pul iddiaçıya qaytarılmış, 2.912 manat miqdarında borc isə ödənilməmiş qalmışdır. Cavabdeh hər hansı formada həmin məbləği qaytarmamışdır. İddiaçı qarşı tərəfin maddi imkansızlığını nəzərə alaraq iddia tələbinə dəqiqləşdirilmə edərək cavabdehdən 2.400 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2.400 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 50,40 manat məbləğində pul ödəyib. Lakin iddiaçı ərizəyə dəqiqləşmə verərəkən iddia tələbinin həcminin azaldılmasını istəsə də mediasiya və məhkəmə xərclərini tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 2.400 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (50,40 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-376/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-376/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver