Məhkəmə qərarları › İş №2(053)-430/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-430/2024

05.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-430/2024 05.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi (anası) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cəlb olunmaqla “Evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onu azyaşlı uşağı 05 fevral 2010-cu il təvəllüdlü X16 ilə birlikdə Neftçala şəhəri, 7-ci Məhəllədə yerləşən Cavabdeh yaşadığı evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X17 qardaşdır. O, X17 ilə nikahlarını 07 noyabr 2012-ci ildə rəsmiləşdirərək ailə qurmuşdur. X17 ilə birgə nikahlarından 05 fevral 2010-cu il təvəllüdlü X16 doğulmuşdur. X17 10 noyabr 2023-cü il tarixdə ölmüşdür. Mərhum əri ilə münasibətləri ölən günədək çox yaxşı olmuşdur. Cavabdehlə mərhum ərinin münasibətləri əvvəldən yaxşı olmamışdır. 2012-ci ildə X17 yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli 2(053)-207/2012 saylı qətnaməsinə əsasən Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,5 kv. metr yaşayış, 110,1 kv. metr köməkçi sahədən ibarət 183 nömrəli paylı mülkiyyətdə olan yaşayış sahəsinin ümumi istifadədə olan giriş qapısının Cavabdeh tərəfindən tutulmasına son qoyulmuş, X8 ailə üzvləri ilə birlikdə həmin yerdən yaşayış sahəsinə girib-çıxması təmin edilmişdir. O, oğlu ilə birlikdə Hüseynov Azər vəfat edənədək həmin evdə yaşamışdır. Lakin əri öləndən sonra cavabdeh onu uşağı ilə birlikdə həmin evə buraxmır. Onun yaşamağa evi yoxdur. Evdə yaşamaq üçün hər cür şərait vardır. Ona görə də məhkəməyə müraciət edir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırda oğlu ilə atası evində yaşayır. Həmin evə köçürülüb yaşamasını tələb edir. Əri öldükdən sonra payın bölünməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Yuxarıda qeyd edilən mənzilə paylı mülkiyyət hüququ əsasında 1/6 hissəsdə mərhum ərinə məxsus payın ona, övladına və ərinin birinci nikahdan olan qızına münasiətdə bölünməsi ilə bağlı artıq notariusda vərəsəlik işi açılmışdır. Onun bütün cehizləri həmin evdə qaldığı otaqdadır. İşin məhkəmə hazırlıq iclası zamanı Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək qeyd edir ki, Məhkəmənin xx.xx.2024cü il tarixə təyin edilmiş hazırlıq iclası barədə məhkəmə bildirişini xx.xx.2024-cü il tarixdə almış, iddiaçının tələbini bütünlüklə qəbul etmir və buna dair etirazını məhkəməyə təqdim etmişdir. Etirazda göstərilən əsaslarla hesab edir ki, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik deyil, iddia tələbini əsaslandırdığı dəlillər əsassızdır, iddia ərizəsinin hüquqi əsaslandırmasının işlə əlaqəsi yoxdur və qeyd edilənlərə əsasən iddiası təmin olunmamalıdır. Əlavə olaraq qeyd edir ki, iddia ərizəsində qeyd edilən, guya iddiaçının azyaşlı övladı və əri ilə birlikdə sonuncu vəfat edənədək mübahisəli evdə yaşaması faktı həqiqətə uyğun deyil. Belə ki, iddiaçı onun əri və azyaşlı övladı 2012-ci ilin yanvar ayından etibarən mübahisəli evdən köçərək iddiaçının anasına məxsus evdə yaşamışlar və sözügedən fərdi yaşayış evi ilə bağlı mühüm mənafeləri olmamışdır. Həmin tarixdən bəri Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin ümumi təsərrüfatı tam olaraq onun tərəfindən idarə edilmişdir. Onunla birlikdə yaşadıqları müddət ərzində belə onlar fərdi yaşayış evinin qanunla onlar üçün müəyyən olunan paylarından artıq həcmdə istifadə etmiş, yaşamadıqları müddət ərzində isə həmin hissənin iqtisadi əmlak dəyərinin qorunmasına olduqca laqeyd yanaşmışlar. Buna dair müvafiq fotoşəkilləri məhkəməyə təqdim edir. Bundan əlavə iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının hüquqi marağı Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinə azyaşlı övladı ilıə birlikdə köçürülməklə ondan istifadə hüququndan ibarətdiur. Mübahisəli ev paylı mülkiyyət hüququ əsasında 5/6 hissəsi ona, 1/6 hissəsi isə mərhum qardaşı Hüseynov Azərə məxsusdur. Hazırki yaşayış evinin paylı mülkiyyətçisi olaraq iddiaçının ona məxsus hissədən istifadəsinə icazə vermir. Onun razılığı olmadan onun dövlət tərəfindən qeydə alınmış hüquqla ona məxsus evdən istifadə etməsini mülkiyyət hüququna müdaxilə hesab edir. İddiaçı və azyaşlı övladı onun ailə üzvü olmadığından o, ona qarşı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik deyil. Qeyd edir ki, iddiaçının tələbi üzrə hüququ mübahisəli evin 1/6 hissəsinin mülkiyyətçisi olan ərinə münasibətdə mövcud ola bilərdi, hansı ki, o, artıq həyatda yoxdur. Ölən birinin mülkiyyətçi statusundan söhbət gedə bilməz. Odur ki, ölmüş qardaşının adına vərəsəlik işi açılmalı, iddiaçı, onun azyaşlı övladı, miras qoyanın birinci nikahından doğulmuş övladı və o (irsi transmissiya qaydasında) mərhumun qanun üzrə vərəsələri qismində tanınmalı və onun mülkiyyətində olmuş Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi bərabər paylarla aralarında bölünməli idi. Lakin iddiaçı qeyd edilən qaydalara riayət etmədən subyektiv hüquqa malik olmadığı halda birbaşa ona qarşı iddia qaldırmışdır. Əlavə olaraq iddiaçı öz ərizəsinin hüquqi əsaslandırma hissəsində xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə və həmin məcəllənin 70-ci maddəsinə istinad etmişdir. Qeyd edir ki, göstərilən normativlər hazırki iş üzrə situasiyaya tətbiq edilə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə subyektiv hüququ yalnız onun ərinə münasibətdə mövcud ola bilərdi. Beləliklə, evə köçürmə tələbinə dair iddiaçının tələbi onun xüsusi mülkiyyətində olan 5/6 hissəyə ümumiyyətlə şamil edilə bilməz. Onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yalnız mərhum ərinə məxsus 1/6 hissəyə dair mövcuddur. Qeyd edir ki, mərhum qardaşının birinci evliliyindən yetkinlik yaşına çatmış bir qızı, ikinci ailəsindən də bir oğlu vardır. O, onlara kompensasiya şəklində pul verə bilər. 2023-cü ildə qardaşı Azər vəfat etmiş, 2012-ci ildən etibarən bir il yaşayıb kommunal xərcləri ödəməyib evdən iddiaçının anasının evinə köçmüşlər. Bütün kommunal xərcləri özü ödəmişdir. Evi bağlayıb getmişlər, həmin evdə 13 ildir ki, yaşayış yoxdur. Qeyd edir ki, qardaşının qızına kompensasiya verəcəkdir. Hər formada onu razılaşdırmağa çalışmışam. Birinci ailə kompensasiyaya razıdır. Qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin 14 may 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iddiaçı cavabdehin təklif etdiyi şərtlərlə razılaşmadığını, yalnız ona kompensasiya verilərsə razılaşa biləcəyini, oğlunun 15 yaşı olduğunu, cavabdeh tərəf ona bir otaqlı ev alacağı təqdirdə onunla razılaşacağını, 2012-ci ilin yanvar ayına kimi mübahisəli evdə yaşadığını, 14 ildir ki, həmin evdə yaşamadığını, 6 aydan sonra notariusdan sənəd alacağını, əgər ona tələb etdiyi formada kompensasiya verilərsə tələbindən imtina edəcəyini bildirmişdir. Eyni tarixli məhkəmə hazılrlıq iclasında cavabdeh iddiaçıya 3.000 manat kompensasiya verə biləcəyini, həmin məbləğdən artıq pul verə bilməyəcəyini qeyd edərək mərhum qardaşına məxsus 1/6 hissədə paylarına düşən hissəyə iddiaçının köçməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunma barədə məhkəmə 10 may 2024-cü il tarixdə vəsatət verən X15 evə köçürülmə tələbinə dair 2(053)-430/2024 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və vəsasət onun etibarnamə üzrə nümayəndəsi (anası) X9 tərəfindən imzalanmışdır. Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş, işin məhkəmə hazırlıq iclası 06 iyun 2024-cü il tarixə təxirə salınmış, X12 rəsmi qaydada məlumat verilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi qərara alınmışdır. İşin məhkəmə hazırlıq və baxış iclasında iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X12 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin nümayəndəsi X10 övladının tələbə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə 06 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı iddiaçı iddia tələbini müdafiə edərək yaxın günlərdə köçmək isdədiyi evə getdiyini, otağını təmizləmək istədiyini, cavabdehin isə ona imkan vermədiyi bildirmişdir. Həmçinin cavabdeh həqiqətən də iddiaçının öz otağına baxmağa gəldiyini etiraf edərək, iddiaçının ona məxsus evdə gəlib yaşaya biləcəyini, onun evə giriş-çıxışına icazə verəcəyini, lakin onun qaz, işıq və suyundan istifadə etməyəcəyini bildirərək iddia tələbini qəbul etdiyini bildirmiş və bunun sübutu kimi məhkəməyə 06 iyun 2024-cü il tarixdə ərizə təqdim etmişdir. Eyni tarixdə keçirilmiş hazırlıq iclası və məhkəmə baxılşı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13mn nümayəndəsi X10 iddiaçı və cavabdehdən heç birinin tərəfində olmadığını, uşağın atasından qalan payını tələb etmək iqtidarında olduğunu, qızına düşən paydan kompensasiya təklifi ilə razılaşacağını, paylar bölünəndə qızı Ləmanın da öz payını tələb edəcəyini qeyd edərək hazırda iddiaçının iddia tələbinə etiraz etmədiyini bildirmişdir. 20 iyun 2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə göstərilənlərin onun iradəsini ifadə etmədiyini və hüquqi savadsızlığı nəticəsində ərizəni yazdığını, odur ki, həmin ərizənin etibarsız hesab edilməsini, məhkəməyə təqdim etdiyi iddiaya etirazda göstərilən dəlillərin nəzərə alınmasını və iddia tələbinin rədd olunmasını xahiş etmiş və işin 24 iyun 2024-cü il tarixə təyin olunmuş hazlırlıq iclası zamanı ərizənin məzmununa oxşar məzmunlu izahatlar verərək hazırda notariusda vərəsəliklə bağlı proseslər getdiyini, payların bölünməsi başa çatdıqdan sonra iddiaçının evə köçə biləcəyini, hazırda iddia tələbi ilə razılaşmadığını, mərhum qardaşı Azərin vərəsələrinə 3 nəfərə hazırda 5.000 manat verə biləcəyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Eyni zamanda cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının onun yaşadığı evə köçmək hüququna malik olmadığını, onun həmin evdə yaşamaq istəmədiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi X10 evə köçürülmə tələbinə dair işi məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materialına əlavə edilmiş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə Neftçala şəhərində doğulmuş və hazırda da Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatdadır. İş materialına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(53)-207/2012 nömrəli iş üzrə 31 may 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı yaşayış sahəsinə giriş-çıxışın tutulmasına son qoyulması tələbinə dair iddiası təmin edilməklə, Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış, 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li paylı mülkiyyətdə olan yaşayış sahəsinin ümumi istifadədə olan giriş qapısının Cavabdeh tərəfindən tutulmasına son qoyulması və X8 ailə üzvləri ilə birlikdə həmin yerdən yaşayış sahəsinə girib-çıxmasının təmin edilməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən 183 №-li, 3 otaqlı fərdi yaşayış evi əvvəllər mülkiyyət hüququ əsasında X1 məxsus olmuş, 2007-ci ildə vəfat etmiş Mirtaciyə Hüseynova sağlığında evi oğlu Cavabdeh vəsiyyət etmiş, bu ev hazırda məcburi pay hüququ ilə Azər Hüseynovun, habelə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Salyan Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə Azər Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Məhkəmədə həm də müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan 3 otaqlı evin sahəsi 18,4 kv metr və 22,5 kv metr olan otaqlarında Cavabdeh arvadı, uşaqları və atası ilə birlikdə, sahəsi 29,6 kv metr olan otağında isə Azər Hüseynov 2010-cu ildən arvadı və uşağı ilə birlikdə yaşamışdır. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı arasında nikah 07 noyabr 2012-ci il tarixdə 363 nömrəsi ilə qeyd edilmişdir. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X16 05 fevral 2010-cu ildə Neftçala şəhərində doğulmuşdur. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X17 10 noyabr 2023-cü ildə “Asfiksiya” səbəbindən Neftçala şəhərində ölmüşdür. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Salyan Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan rayon Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanındakı fərdi yaşayış evinə Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. 21 may 2024-cü il tarixli, 168 №-li Neftçala rayon Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, sizin xx.xx.2024-cü il tarixli 2(053)- 430/2024 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3ndan qalan miras ilə əlaqədar açılmış vərəsəlik işinə dair sənədlərin sutətləri sizə göndərilir. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 836 №-li vərəsəlik arayışının surətindən görünür ki, arayış X12 verilmişdir ondan ötrü ki, həqiqətən onun atası X3 xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun sonuncu daimi yaşayış yeri Neftçala şəhəri, məhəllə 7 ünvanı olmuşdur. X2 atası və anası vəfat etmişdir. X17 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. Arvadı - xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, oğlu 05 fevral 2010-cu il təvəllüdlü X16 və qızı xx.xx.2005-ci il təvəllüdlü X15. Yuxarıda qeyd olunanlardan başqa digər vərəsələri yoxdur. X3 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq arvadı İddiaçı və qızı X15 qəbul etmiş, vəfatında dəfn xərcini özü çəkmiş, kommunal xərcləri də ödəməklə təsərrüfatı da onlar idarə edirlər. 836 №-li məktuba əlavə olunmuş İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədə (**********149) qeyd olunmuşdur ki, “xx.xx.2023-cü ildə mənim Neftçala şəhəri, məhəllə 7 ünvanında yaşayan ərim və yetkinlik yaşına çatmayan oğlum X11 atası X17 ölmüşdür. Mirasın tərkibi: 10CB075 dövlət nömrə nişanlı avtomobil ondan irs qalmışdır. Ondan irs qalmış mirası qəbul edirəm. Məndən başqa aşağıdakı vərəsələri vardır:1.X15”. Eyni zamanda Notariat ofisinə X15 eyni məzminlu ərizə ilə müraciət etmişdir. 06 iyun 2024-cü il tarixli, 186 №-li Neftçala rayon Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, sizin xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq X5 miras qalan əmlaka dair açılmış vərəsəlik işinə aid notariat ofisində saxlanılan sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə sizə göndərilmişdir. Hazırda vərəsələr notariat ofisinə müraciət edərək Azər Hüseynovdan miras qalan fərdi yaşayış evindəki payına düşən hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirlər. Notariat haqqında Qanunun tələbinə əsasən məhkəmədə iş həll olunanadək notariat hərəkətlərinin aparılması dayandırılmalıdır. Odur ki, vərəsəlik işinin rəsmiləşdirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəmənin icraatında olan vərəsəlik işinə dair işin nəticələri barədə məlumat verməyinizi Sizdən xahiş edirik. Neftçala Rayon Məhkəməsi tərəfindən 11 iyun 2024-cü il tarixdə Neftçala rayon notariat ofisinə məlumat xarakterli məktub göndərilərək bildirilmişdir ki, İddiaçı Cavabdeh qarşı tələbi “Evə köçürülmə” ilə bağlıdır. Beləliklə, məhkəmədə tərəflərin izahatları, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X17 nikahlarını 07 noyabr 2012-ci ildə bağlamışlar. Onların birgə nikahlarından 05 fevral 2010-cu ildə Mahmud adlı bir uşaqları doğulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, X8 X9 ilə birinci nikahından 30 iyun 2005-ci ildə X15 dünyaya gəlmişdir. Lakin tərəflər arasındakı bu nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. X20 yetkinlik yaşına çatmışdır. İddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçmək istədiyi Neftçala şəhəri, 7-ci məhəllədə 0,11 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı, 70,5 kv metr yaşayış və 110,1 kv metr köməkçi sahədən ibarət 183 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh, 1/6 hissə isə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 06 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. İddiaçı 2012-ci ildən etibarən Neftçala Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsinə əsasən ailə üzvləri eyni zamanda payçı əri X17 ilə birlikdə yaşayış sahəsinə giriş-çıxışları təmin edilməklə bir il həmin evdə yaşamış, cehizləri də hazırda həmin evdə qalmaqdadır. Qardaşlar arasında əvvəldən davam edən gərgin münasibətlər X17 vəfat etdikdən sonra da onun ailə üzvləri ilə də davam etmiş, Cavabdeh iddiaçının evə gəliş-gedişinə mane olmuşdur. Həmçinin qardaşlar arasında münasibətlərin gərgin olması Neftçala Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsi ilə də müəyyən olunur. Həmçinin müəyyən olunur ki, İddiaçı X17 ilə rəsmi nikah bağlamamışdan əvvəl faktiki ailə münasibətlərində olmuş, onların faktiki nikahlarından 05 fevral 2010-cu ildə X16 dünyaya gəlmiş, iddiaçı ailə üzvləri ilə birlikdə 2012-ci ildə mübahisəli mənzilə giriş-çıxış üçün icazə almaq məcburiyyətində qalmış və bununla bağlı 31 may 2012-ci il tarixli, 2(53)- 207/2012 saylı qanuni qüvvədə olan qətnamə mövcuddur. Hazırda iddiaçının cehiz əmlakı da həmin evdədir. Azər Hüseynov öldükdən sonra cavabdeh iddiaçının ərindən qalmış paylı mülkiyyətə gəliş-gedişinə şərait yaratmamış, iddiaçı və uşağını evə buraxmamışdır. Beləliklə, iddiaçının mübahisəli mənzilə dair münasibətləri 2012-ci ildən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. 01 oktyabr 2009-cu ilədək, o cümlədən, mübahisəli münasibətin yarandığı 2012-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən “Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır». Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Beləliklə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi mülkiyyətçinin arvadını və uşaqlarını mülkiyyətçinin ailə üzvləri sırasına bilavasitə aid etməklə, onların mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarını təsbit edir. Bununla yanaşı, 01 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 228.1, 228.2 və 228.5-ci maddələrinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər", "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır". Göründüyü kimi MM-nin 228-ci maddəsi də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin arvadını onun ailə üzvləri sırasına bilavasitə aid etməklə onun mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququnu birbaşa təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış etmişdir ki, "Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır". İddiaçı X8 arvadı olmuşdur. Evlilik dövründə iddiaçı bir müddət mübahisəli mənzildə yaşamış, əri X17 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra da yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa cəhd etsə də cavabdeh buna mane olmuşdur. Hazırda isə iddiaçının onunla birlikdə evə köçürülməsini istədiyi oğlu Murad yetkinlik yaşına çatmamışdır. Beləliklə, iddiaçının həmin mənzildən faktiki mülkiyyətçi ilə bərabər istifadə etmək hüquqları yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı, oğlu - yetkinlik yaşna çatmayan X16 ilə birlikdə Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən MN seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X8 adlarına verilmiş 183 nömrəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar