Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-467/2024 11.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və evin naturada bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşaqları – 30 sentyabr 2011-ci il təvəllüdlü X11, 18 iyun 2013-cü il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1i ünvanında yerləşən və Cavabdeh faktik sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi, o cümlədən həmin fərdi yaşayış evində yaşama ilə əlaqədar məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş sahələrin bir yataq otağı, bir qonaq otağı və bir mətbəx olmaqla, naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh onun keçmiş əridir. Belə ki, cavabdehlə 12 sentyabr 2010-cu ildə rəsmi nikah bağlamış, lakin ailə münasibətləri alınmadığına görə Neftçala Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ümumi ailə münasibətlərindən 30 sentyabr 2011-ci ildə X11, 18 iyun 2013-cü ildə X4 və 08 fevral 2017-ci ildə X12 adlı uşaqları doğulub. Yuxarıda göstərilən qətnamə ilə uşaqların boşanmadan sonra onun (iddiaçının) yanında qalmaları müəyyən edilmişdir. Bununla yanaşı, cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, bu iddiası ilə bağlı Neftçala Rayon Məhkəməsi tərəfindən 11 dekabr 2023-cü ildə qətnamə, 05 fevral 2024-cü ildə qərardad və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 03 aprel 2024-cü ildə qətnamə qəbul olunmuşdur. İddiaçı həmçinin bildirir ki, cavabdehlə ailə qurduqdan sonra faktik olaraq cavabdehə məxsus olan və ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, uşaqları da məhz həmin evdə yaşadığı dövrdə doğulmuşlar. Qeydiyyatları da bu ünvanadır. Lakin spirtli içki aludəçisi olan cavabdehlə ailə münasibətləri pozulduqdan sonra göstərilən ünvandan qovulub. Sonuncu dəfə cavabdeh onu balta ilə hədələmişdir. Bu səbəbdən evdən çıxıb uşaqları ilə birlikdə bacısının Bakı şəhərində yerləşən evində yaşamaq məcburiyyətində qalıbdır. Bir müddət "xxxx" MMC-də xadimə işləyib və aylıq 350 manat əməkhaqqı alıb. Hazırda işsizdir. Cavabdehin ödədiyi aliment məbləği isə hətta uşaqların saxlanması üçün belə kifayət etmir. Uşaqları ilə birlikdə qeydiyyatda olduğu ünvanda yerləşən və mərhum qayınanası ilə qaynının adına rəsmiləşdirildiyinə baxmayaraq, faktik olaraq cavabdehə məxsus olan evə köçüb, orada yaşamaq istəyir. İddiaçı bildirir ki, qayınatası o, gəlin köçməzdən xeyli əvvəl vəfat edib. Mübahisəli evə mərhum qayınanasının razılığı ilə köçmüş və ona təxminən 2 il ərzində qulluq etmişdir. Cavabdehin iki qardaşı və iki bacısı var. Cavabdehin qardaşları Rusiya Federasiyasında yaşayırlar. Həmçinin onların hər birinin Bakı şəhərində və Neftçala rayonunda ayrıca evləri var. Cavabdehin bacıları da fərqli ünvanlarda yaşayırlar. Bildirir ki, bacısına məxsus evdə daimi yaşaması mümkün deyil. Belə ki, orada yaşaması həm onun üçün, həm də bacısı və digər ailə üzvləri üçün çətinliklər yaradır. Mübahisəli ev isə faktik olaraq cavabdehə məxsusdur. Göstərilən səbəblərə görə mübahisəli evə uşaqları ilə birlikdə köçüb orada yaşamaq istəyir. Cavabdeh isə buna mane olur. İddiaçı yuxarıda göstərilənlərlə yanaşı bildirir ki, mübahisəli ev 2 yataq otağı, 2 qonaq otağı, 1 böyük və 1 kiçik mətbəxdən ibarətdir. Hazırda cavabdehlə münasibətlərinin kəskin olması səbəbindən onların eyni sahələrdən istifadə etməsi mümkün deyil. Ona görə də onun və uşaqlarının yaşayacağı sahələr naturada ayrılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməyib. O, məhkəmənin hazırlıq iclasında iddianı qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ev 1963-cü ildə inşa olunub. Həmin ev onun valideynlərinə məxsus olub. X7 17 yanvar 1993-cü ildə, anası X6 isə o (cavabdeh), iddiaçı ilə ailə qurduqdan sonra, yəni 02 iyun 2012-ci ildə vəfat ediblər. Evin mülkiyyət sənədi yoxdur, lakin onun yerləşdiyi torpaq sahəsinə dair mərhum anasının və hazırda sağ olan Etibar adlı qardaşının adına şəhadətnamə mövcuddur. Həqiqətən də ailə qurduqdan sonra həmin evdə anası, iddiaçı və uşaqları ilə birlikdə yaşayıblar. İki qardaşı və iki bacısı var. Onların başqa yaşayış yerləri olduğuna baxmayaraq, yay mövsümündə gəlib müvəqqəti də olsa mübahisəli evdə yaşayırlar. Rusiya Federasiyasında yaşayan Etibar adlı qardaşının isə Azərbaycanda ümumiyyətlə yaşayış yeri yoxdur və o, Rusiya Federasiyasından qayıdıb həmin evdə ailəsi ilə birlikdə qalmaq istəyir. İstər ev, istərsə də evə aid torpaq sahəsi qardaş-bacılar arasında vərəsəlik qaydasında bölünməyib. Cavabdeh bildirir ki, iddiaçı ilə münasibətləri kəskin olduğuna görə onun evə köçürülməsi gələcəkdə münaqişələrin yaranmasına səbəb ola bilər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz (ərizə) təqdim edib. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-1106/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli və 2(053)-236/2024 nömrəli iş üzrə 11 mart 2024-cü il tarixli qətnamələri, 2(053)- 1106/2023 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qərardadı, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-595/2024 nömrəli iş üzrə 03 aprel 2024-cü il tarixli qətnaməsi və s. iş materialları ilə iddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2010-cu ildə nikah bağlandığı, həmin nikahdan 30 sentyabr 2011-ci ildə X11, 18 iyun 2013-cü ildə X4 və 08 fevral 2017-ci ildə X12 adlı uşaqların doğulduğu görünür. İddiaçı ilə cavabdehin nikahı Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2024 nömrəli iş üzrə 11 mart 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, ümumi nikahdan doğulmuş uşaqların boşanmadan sonra ananın yanında qalmaları müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinə əsasən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulur. «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə (JN-083A; kod ********) müəyyən olunur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarına əsasən 0,11 ha torpaq sahəsi ünvan 1 sakinləri X3 və X13 mülkiyyətinə ayrılıb (torpaq sahəsinin üzərində fərdi yaşayış evi və s. tikililər mövcuddur). İş materiallarına əlavə edilmiş “Ölüm haqqında” şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, cavabdehin X7 17 yanvar 1993-cü ildə, anası X6 isə 02 iyun 2012-ci ildə vəfat etmişlər. İddiaçı ilə cavabdehin məhkəməyə bildirdiklərindən sonuncunun sağ olan iki qardaşının və iki bacısının olduğu görünür (cavabdehin qardaşı və qeyd olunan torpaq sahəsinin iki mülkiyyətçisindən biri olan X13 “Doğum haqqında şəhadətnaməsi”nin surəti məhkəməyə təqdim edilməyib). Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin altındakı torpaq sahəsi ötən dövrün qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququ ilə cavabdehin anası X3 və qardaşı X13 adlarına rəsmiləşdirilmiş, bununla əlaqədar sonuncuların adına «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir. X1 mülkiyyətinə rəsmiləşdirilmiş hissəsinin onun ölümündən sonra vərəsələr arasında bölünməsi halı iş materialları ilə müəyyən olunmur. Tərəflərin bildirdiklərindən görünür ki, mülkiyyətçi X5. Torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin və s. tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halı iş materialları ilə müəyyən olunmur. Cavabdeh bildirir ki, istər torpaq sahəsi, istərsə də üzərindəki fərdi yaşayış evi və s. tikililərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində hazırda qüvvədə olan qaydalara uyğun rəsmiləşdirmə aparılmamış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. İşin digər mübahisəsiz hallarından görünür ki, iddiaçı cavabdehlə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçmüş və ailə münasibətləri pozulanadək uşaqları ilə birlikdə orada yaşamışdır. 5 saylı Bakı «ASAN xidmət» mərkəzi tərəfindən 16 fevral 2024-cü ildə verilmiş «yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxx 1976-cı ildə ünvan 1ində doğulub və 12 sentyabr 2005-ci il tarixdən ünvan 1ində qeydiyyatdadır. Qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasındakı nikahın 12 sentyabr 2010-cu ildə bağlandığı nəzərə alındıqda müvafiq qeydiyyatın iddiaçının ata evinə və ya mübahisəli evə aid olub-olmaması sual yaradır (qeydiyyatla bağlı məsələyə aşağıda qiymət veriləcək). Yuxarıda göstərilən arayışda iddiaçı ilə cavabdehin uşaqları qeydiyyatda olan digər şəxslər kimi göstəriliblər. Məhkəmə İddiaçı mübahisəli ünvan üzrə qeydiyyatı ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci abzasına əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər». Beləliklə, yaşayış yeri üzrə qeydiyyat özü-özlüyündə yaşayış sahəsindən istifadə hüququnun mövcud olmasına dəlalət etmir. Yəni, İddiaçı ünvan 1i ünvanı üzrə qeydiyyatda olması faktı (hətta onun qeydiyyatı həqiqətən mübahisələndirdiyi fərdi yaşayış evinədirsə də belə) onun mübahisələndirilən fərdi yaşayış evinə hər hansı hüququnun əmələ gəlməsi ilə nəticələnməyib. Mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olmamasından irəli gələn məsələlərə qiymət verərkən məhkəmə ilk növbədə onun altındakı torpaq sahəsinin mülkiyyətdə olduğunu qeyd edir. Mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa olunmuş tikiliyə hüquqların əldə olunmasına (rəsmiləşdirilməsinə) isə, hətta tikinti özbaşına olsa belə, qüvvədə olan mülki qanunvericilik müvafiq şərtlərlə yol verir (məsələn, Azərbaycan Respublikası MM-nin 238.3-cü maddəsinə əsasən “Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər...”. Eyni Məcəllənin 180.3-cü maddəsinə əsasən “Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun...”). Yuxarıda göstərilənləri, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət məsələləri ilə bağlı xeyli sayda Qərarlarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına baxmayaraq, onunla bağlı qanuna əsaslanan mülkiyyət hüququ gözləntisi mövcud olduğuna görə hazırkı işdə mülkiyyət kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evindən mülki-hüquq münasibətlərindən irəli gələn istifadə hüququna (məhdud əşya hüququna) malik olubolmaması məsələsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən «Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın», «Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir…». Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında yazılı razılaşma imzalanmalı və şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə X6 və X15 arasında belə bir yazılı razılaşma olmayıb, onun mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbdır. Göstərilənlərə əsasən iddiaçı mübahisəli fərdi yaşayış evindən mülki-hüquq münasibətlərindən irəli gələn hər hansı hüquqa malik deyil. İddiaçının mübahisəli fərdi yaşayış evinə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn hüququ da yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən «Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər», «Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər…». Göründüyü kimi mülkiyyətçinin ailə üzvləri (arvadı (əri), uşaqları və valideynləri) həmçinin digər qohumları yalnız bu şərtlə yaşayış sahəsindən istifadə etmək hüququna malik olurlar ki, mülkiyyətçi ilə birlikdə yaşayış sahəsində yaşasınlar (ora köçürülsünlər). İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi evə 2010-cu ildə gəlin köçmüş və müəyyən müddət ərzində orada yaşamışdır. Lakin, bu hal mövcud şəraitdə iddianın təmin olunması üçün əsas vermir. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçiləri olan X3 və X13 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan ailə üzvləri (arvadı (əri), uşaqları və valideynləri) sırasına daxil deyil. İddiaçı əri olmuş Cavabdeh ilə bağlı məsələyə gəldikdə məhkəmə qeyd edir ki, o (cavabdeh), iddiaçı ilə ər-arvad münasibətlərinin yarandığı 12 sentyabr 2010-ci il tarixində mübahisəli fərdi yaşayış evinə və altındakı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququna malik olmayıb. Cavabdeh hazırda da mülkiyyətçi deyil (eyni zamanda onun X3 vərəsəsi kimi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququ əldə etməsi iş materiallarından görünmür). Şəxsi yaşayış sahəsinə köçürmək hüququ isə yalnız mülkiyyətçiyə mənsubdur. Bu səbəbdən iddiaçının mübahisəli evdə keçmiş əri ilə birlikdə yaşaması (evə keçmiş ərinin razılığı ilə köçməsi) ona Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda istinad olunan müddəalarından irəli gələn hüquq verməyib. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçilərin «digər qohumu» da sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında belə qənaətə gəlmişdir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarını nəzərdən keçirdikdə görünür ki, iddiaçı qayınanası X2 (sağlığı dövründə) və qaynı X8 özünün saxlanılmasını tələb etmək hüququna malik olmayıb. Beləliklə, iddiaçının mübahisəli evə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn istifadə hüququ da mövcud deyil. İddiaçının istifadə hüququnun olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun mübahisəli evə köçürülməsi mümkün deyil. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, iddianın mövcud vəziyyətdə təmin olunması torpağın mülkiyyətçisi X13, habelə X3 mümkün vərəsələrinin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə bilər. Məhkəmə vurğulayır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsini tələb edir. Yuxarıda qeyd olunduğu kimi, Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2024 nömrəli iş üzrə qətnaməsi ilə uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları qət edilib. Uşaqların qüvvədə olan məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında qalmalı olduqlarını, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinin mümkün olmadığını və işin s. faktik hallarını, o cümlədən uşaqların köçürülməsi üçün hər hansı başqa hüquqi əsasın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia uşaqların evə köçürülməsi hissəsində də rədd edilməlidir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmçinin hesab edir ki, iddianın digər hissədə, yəni evin naturada bölünməsi hissəsində təmin olunması da mümkün deyil. Göstərilənlərə əsasən iddia bütövlükdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və evin naturada bölünməsi» tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onun özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-467/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-467/2024
11.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver