Məhkəmə qərarları › İş №2(053)-5/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-5/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-5/2023 12.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Mülkiyyət hüququna qarşı maneçilik hərəkətlərinə son qoyulması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 5,60 ha torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi hərəkətlərinin Cavabdeh qadağan edilməsi və cavabdehin zəbt etdiyi 1,53 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(053)-14/2022 nömrəli 10 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Nidamin oğlunun vəsatəti təmin olunmuş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 2023-cü ildə mülki işə (2(053)-05/2023 nömrəsi verilib). 25 iyul 2023-cü il tarixdə 10/3885 nömrəli, 12 iyul 2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-05/2023 nömrəli iş üzrə 25 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdeh ərizə təqdim edərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı İddiaçı 25 (iyirmi beş) manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Eyni zamanda İddiaçı tərəfindən mütəxəssis rəyi və yer quruluşu planının hazırlanmsı üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 126 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Mülkiyyət hüququna qarşı maneçilik hərəkətlərinə son qoyulması və torpaq sahəsindən çıxarılma” tələbinə dair tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddiaçı tərəfindən mütəxəssis rəyi və yer quruluşu planının hazırlanmsı üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 126 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar