Məhkəmə qərarları › İş №2(053)-52/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-52/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-52/2025 21.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə, Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin bağlanmış icarə müqaviləsinə əsasən onun (iddiaçının) icarəsində olan Neftçala rayonu ərazisində yerləşən 50 hektar torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmaları və orada qanunsuz inşa etdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1245/2024 nömrəli mülki işi üzrə 05 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh4 qarşı olan hissədə baxılmamış saxlanılmış, həmçinin həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfin ərizəsinə əsasən Cavabdeh5 mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı 14 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 adının cavabdehlərin sırasından çıxarılmasını xahiş etmiş, 21 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təmin edilərək, Cavabdeh5 mülki iş üzrə cavabdeh qismində iştirakına xitam verilmişdir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə 21 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1 – 261.0.3 və 261.0.6 – 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 114, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar