Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-532/2024 06.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 4.800 (dörd min səkkiz yüz) manat məbləğində borc pulun və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunur ki, iddiaçı 07 may 2024-cü il tarixdə məhkəməyə teleqram göndərib. O, həmin teleqramda məhkəmənin hazırlıq iclasında maddi imkanı ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirib hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Teleqramda cavabdehin adı Cavabdeh əvəzinə tamamilə fərqli - X1 göstərilmişdir. Həmçinin cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmişdir. Ona görə də məhkəmə hazırlıq iclası 06 iyun 2024-cü il tarixə saat 11.30-a təxirə salınmışdır. 06 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasına tərəflər gəlməmişlər. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər 07 may 2024-cü il və 06 iyun 2024-cü il tarixlərinə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, nümayəndələrini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən «işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-532/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-532/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver