Məhkəmə qərarları › İş №2(053)-535/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-535/2024

04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-535/2024 04.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 03 mart 2012-ci il təvəllüdlü uşağı – X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına, həmçinin digər uşağı – X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Neftçala Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat, ümumilikdə iki uşağa görə hər ay 400 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh ilə 04 iyul 2011-ci ildə nikah bağladığını, həmin nikahdan 03 mart 2012-ci ildə X4 və 06 mart 2018-ci ildə X7 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Birgə yaşadıqları müddətdə aralarında yaranmış narazılıq səbəbindən ilk dəfə 2017-ci ilin oktyabr ayında ayrılmışlar. Həmin ərəfədə cavabdehə qarşı nikahın pozulması, həmçinin aliment tələbi ilə ayrı-ayrılıqda məhkəmədə iddia qaldırmış, bir müddət sonra cavabdehlə barışdığı üçün nikahın pozulması tələbinə dair iddiası üzrə işin icraatına xitam verilmişdir. Lakin uşağı Ağahüseyn Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması barədə Neftçala Rayon Məhkəməsi tərəfindən 25 yanvar 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Cavabdehlə barışdıqdan sonra ikinci uşağı X7 dünyaya gəlmiş və bir müddət birgə yaşadıqdan sonra yenidən ayrılmışlar. Ona görə də cavabdehə qarşı nikahın pozulması və aliment tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, nikahları pozulmuş, boşanmadan sonra hər iki uşağının onun yanında qalması müəyyən edilmiş, habelə 06 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Neftçala Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aylıq 80 manat məbləğində müəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qətnamə üzrə verilmiş icra sənədi üzrə icraata icra məmuru tərəfindən xitam verilmişdir. Hazırda iki uşağı ilə birlikdə atasının himayəsində yaşayır. Uşaqlara baxdığı üçün özü heç bir yerdə işləyə bilmir. Heç bir yerdən gəlirinin olmaması, uşaqların getdikcə artan tələbatları onları normal saxlaması üçün kifayət qədər çətinlik yaradır. Cavabdeh isə uşaqlarının maddi təminatı ilə qətiyyən maraqlanmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə ilk övladı Ağahüseyn Əliyevin saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını, eləcə də cavabdehdən digər uşağı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Neftçala Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək uşaqlarından X1 üçün ondan tutulan aliment işi üzrə icra sənədinə iddiaçı ilə barışıdığı üçün icra məmuru tərəfindən xitam verildiyini, digər uşağı X2 üçün isə hazırda 140 manat aliment ödədiyini bildirmişdir. Qeyd edir ki, «166» yükdaşıma xidmətində mebel ustası işləyir və aylıq 370 manat maaş alır. Əlavə heç bir gəliri yoxdur. Ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi imkanı xaricindədir. Qeyd etdiklərini nəzərə alaraq uşaqları X3 və X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün ondan tutulacaq alimentin miqdarının hər ay sabit pul məbləğində olmaqla 250 manat miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 03 mart 2012-ci ildə X4 və 06 mart 2018-ci ildə X7 adlı uşaqlar doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-359/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair» iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 04 iyul 2011-ci il tarixdə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 168 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, 03 mart 2012-ci il təvəllüdlü X3 və 06 mart 2018-ci il təvəllüdlü X5 boşanmadan sonra İddiaçı yanında qalmasının müəyyən edilməsi, habelə 06 mart 2018-ci il təvəllüdlü X5 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Bu barədə 20 oktyabr 2023-cü ildə 76 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Əliyeva» soyadını qəbul edib. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Qeyd olunur ki, iddia tələbinin bir hissəsi tərəflərin birgə nikahından doğulmuş 03 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat olmaqla sabit pul məbləğində alimentin tutulmasından ibarətdir. Məhkəmə iddianın qeyd olunan bu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia müvafiq hissədə qismən təmin olunmalı, uşağın (03 mart 2012-ci il təvəllüdlü X3) əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı 150 manat olmaqla müəyyən edilməlidir. İddia tələbinin digər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə 06 mart 2018-ci il təvəllüdlü X5 2023-cü ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2023-cü illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-359/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının 06 mart 2018-ci il təvəllüdlü X6 aid hissədə artırılmasını mümkün sayır. Eyni zamanda məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 06 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Qeyd olunur ki, iddia ərizəsi məhkəməyə 16 aprel 2024-cü ildə daxil olub. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin müəyyən olunması ilə bağlı hissədə hesablanması və ödənilməsi iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 16 aprel 2024-cü ildən, yeni məbləğin hesablanması və ödənilməsi isə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında rüsum ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini ümumilikdə 3.600 manat miqdarında müəyyən edir (300 X 12 = 3.600). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 56 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin qalan 6 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-359/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən 06 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 06 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin müəyyən olunması ilə bağlı hissədə hesablanması 16 aprel 2024-cü ildən, yeni məbləğin hesablanması və ödənilməsi isə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Cavabdeh 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməli olan dövlət rüsumunun qalan hissəsini təşkil edən 06 (altı) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar