Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-622/2024 02.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.885 manat məbləğində pulun, eyni zamanda ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 avqust 1972-ci il tarixdə Quba rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. İş üzrə Cavabdeh həyat yoldaşı X3 vasitəsi ilə tanımışdır. Cavabdeh Quba rayonunda yerləşən bazar ərazisində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olmuşdur. Həmçinin o, Qusar rayonu ərazisində yerləşən hərbi hissələrin birində hərbçi işləyirdi. X11 mütəmadi olaraq kənd təsərrüfatı məhsulları aldığından Cavabdehla münasibəti yaranmışdır. Cavabdeh onlarla münasibəti yarandıqdan sonra o, mütəmadi olaraq onların yaşadığı evə gəlib-getməyə başlamışdır. Həmin səfərlərin birində Cavabdeh Quba rayonu Yenikənd kəndində yerləşən atasının evinə gələn zaman evdə təmir işlərinə hazırlıq getdiyini görmüşdür. Cavabdeh onlara Quba rayonunda təmir-tikinti materiallarının baha olduğunu, Neftçala rayonunda isə həmin tikinti materiallarının nisbətən ucuz olduğunu, onlara lazım olan tikinti materiallarını Neftçala rayonundan alıb gətirəcəyini bildirərək, hissə-hissə müxtəlif vaxtlarda ondan 2.885 manat məbləğində pul almışdır. Lakin o, pulları aldıqdan sonra heç bir təmir-tikinti materiallarını alıb onlara gətirməmişdir. O, bu barədə Cavabdeh bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirərək nə təmir-tikinti materialları alıb gətirmiş, nədə ki, aldığı pulları ona qaytarmışdır. Məhz buna görə o, məcburiyyət qarşısında qalıb, aidiyyatı üzrə Sumqayıt Hərbi Prokurorluğuna şikayət etmiş və bununla bağlı araşdırma aparılmasına baxmayaraq Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hazırda Cavabdeh 2.885 manat məbləğində pulunu geri qaytarmamışdır. Məcburiyyət qarşısında qalıb, iş üzrə Cavabdeh 2.885 (iki min səkkiz yüz səksən beş) manat pulunun və 59 (əlli doqquz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, 07 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək 28 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, keçiriləcək növbəti məhkəmə iclaslarında onun iştirakı olmadan işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda işin 07 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı iddia ərizəsinə uyğun məzmunlu izahat verərək əlavə olaraq qeyd etmişdir ki, Cavabdehla aralarında tikinti materialları ilə bağlı razılmadan sonra onun kartına 2.600 manat pul göndərmişdir. Göndərilən pulların bəzilərinin qəbzləri vardır. Ümumilikdə cavabdehə 2.875 manat məbləğində pul vermiş, sonra onu tapa bilməmişdir. 13 mart 2023-cü ildə Cavabdeh ona zənd edərək 100 manat pul istəmiş və bildirmişdir ki, mişar daşları alıb gətirir. İki gün sonra ona zəng edib soruşduqda bildirmişdir ki, yük maşını xarab olub, mişar daşlarını başqa yük maşınına yükləyir. Bununla bağlı Cəfərin atasına zəng etmiş, o da Cəfərin borcunu özü ödəyəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh çox adamları bu yolla aldadıb. Cəfərə 1.000 manat evin damı üçün, 635 manat evin pol taxtası üçün, 415 manat “naves”in (talvar) taxtası üçün, 120 manat evin qapısı üçün, 320 manat stol, tumbuçka, işıq materialları su üçün boçka və sair üçün, 275 manat sement və mişar daşlarının yol pulusu üçün, 120 manat əlavə olaraq özünə borc kimi pullar vermişdir. Verdiyi pullardan 1.350 manatın qəbzi vardır. Həmin qəbzləri məhkəməyə təqdim edə bilər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə hazırlıq iclasları zamanı cavabdehin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən edilmiş və həmin ünvana bildiriş və iddia ərizəsinin surətləri göndərilərək, həmin sənədlərin cavabdehə təqdim edilməsi, onun iddia tələbinə münasibəti və iddianı qəbul edib-etməməsi barədə izahatının alınaraq məhkəməyə göndərilməsi rəhbərlikdən xahiş edilmişdir. 10 iyul 2024-cü ildə daxil olmuş 24 iyun 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, həbs edilmiş şəxs Cavabdeh Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirli ilə əvəz edilərək məhkəmə zalından azad edilmiş, bu səbədən Neftçala Rayon Məhkəməsinin bildirş və iddia ərizəsinə cavab göndərmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş SMS bildirişinin çatdırılması haqqında məlumatlardan görünür ki, cavabdehin istifadəsində olan telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlar çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki-Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Sumqayıt Hərbi prokurorunun köməkçisi X5 icraatında olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Cavabdeh Məmməd oğlunun qanunsuz hərəkətlər etməsi faktı ilə bağlı toplanmış 20/54C-23 nömrəli materialla müəyyən edilmişdir ki, vətəndaş İddiaçı və X4 05 iyun 2023-cü il tarixdə və 22 iyun 2023cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Cavabdeh onlardan müəyyən məbləğlərdə pul alaraq geri qaytarmaması barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladıqları ərizələri 03 iyul 2023-cü il və 17 iyul 2023-cü il tarixlərində Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuşdur. Ərizə üzrə izahatı alınmış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Cavabdeh Məmmed oğlu izahatında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən zaman həmin hərbi hissədə ona qarşı bir sıra qanunsuz hərəkətlərə yol verilməsi barədə məlumatlar vermiş, onun izahatında göstərmiş olduğu məlumatlar cinayət xarakterli olduğundan həmin məlumatlar “törədilmiş və hazırlanan cinayətlərin qeydiyyatı” kitabına 20/54C-23 nömrə altında qeydiyyata alınaraq həmin tarixdə araşdırmanın davam etdirilməsi ona həvalə edilmiş və tərəfindən araşdırması aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmət etməyə başlamamışdan əvvəl, yəni təxminən 2021-ci ilin əvvələrində yaşadığı Quba rayonunda yerləşən bazarda vətəndaş X3 adlı şəxslə tanış olmuş və onunla mehriban münasibətləri yaranmışdır. Bundan sonra Adil Qurbanov 2021-ci ilin təxminən iyun ayından 2022-ci ilin dekabr ayının sonlarınadək Cavabdeh təxminən 26.000 manat məbləğində pulu tanışlarından faizə götürərək borc vermiş, müəyyən məbləğləri isə öz şəxsi vəsaitindən Cavabdeh borc olaraq vermişdir. X13 Məmmədova vermiş olduğu təxminən 26.000 manat pulun 14.500 manatını sonuncunun kart hesabına göndərmiş, geri qalan pullari isə Cavabdeh şəxsən vermişdir. Lakin Cavabdeh Adil Qurbanovdan borc olaraq almış olduğu ümumilikdə 26.000 manat məbləğində pulu qaytarmadığından, həmçinin Adil Qurbanov həmin pulları tanışlarından faizə götürərək Cavabdeh verdiyindən, sonuncu isə faizləri ilə birlikdə borcunu qaytarmadığı üçün almış olduğu 26.000 manat məbləğində pulun faizləri 2021-ci ilin iyun ayından 2023-cü ilin mart ayınadək artaraq 53.600 manat olmuşdur. Bu səbəblə Cavabdeh 12 mart 2023-cü il tarixdə Adil Qurbanova yazılı iltizam verərək həmin iltizamda sonuncudan borc olaraq aldığı 53.600 manat məbləğində pulu 2024-cü ilin dekabr ayınadək qaytaracağını qeyd etmişdir. Buna baxmayaraq Cəfər X6 borcunu qaytarmamışdır. Cavabdeh Adil Qurbanovdan almış olduğu pulların müəyyən məbləğlərini hərbi qulluqçu olmadığı dövrdə, müəyyən məbləğlərini isə hərbi qulluqçu olduğu dövrdə, yəni 2022-ci ilin iyun ayından sonra almışdır. Bundan başqa Cavabdeh Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N saylı hərbi hissəsinin kəşfiyyatçı heyət nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək X1 həyat yoldaşı-İddiaçı ümumilikdə 2.885 manat pulu borc olaraq almış, lakin geri qaytarmamışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh 2020-ci il tarixdən Quba rayonunun 5 Sot Dəvədabanı massivi adlanan ərazisində ailəsi ilə birlikdə kirayədə qaldığını, həmin müddətdə fərdi usta işlədiyini, tikinti və təmir işləri gördürməyə ehtiyacı olan şəxslər olduqda ödəniş əsasında həmin şəxslərin tikinti və təmir işlərini görərək maddi ehtiyaclarını qarşıladığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Quba rayonunda, bazarda X4 ilə tanış olmuş, onların evlərinə getmiş, Adil Qurbanov onu həyat yoldaşı İddiaçı ilə tanış etmişdir. Adil Qurbanovla aralarında təmir-tikinti işləri ilə bağlı ödəniş əsasında razılaşmaları olmuşdur. Adil Qurbanov ona 2021-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayının sonlarınadək ümumilikdə təxminən 26.000 manat pulu borc olaraq vermiş, lakin o, Adil Qurbanova borcunu geri qaytarmamışdır. Adil Qurbanov ona vermiş olduğu pulları faizə dostlarından götürərərk ona borc verdiyi üçün həmin pulların faizləri də artmış, bu səbəblə o, 12 mart 2023-cü il tarixdə Adil Qurbanova yazılı iltizam verərək həmin iltizamda Adil Qurbanova ona torpaq sahəsi alması üçün vermiş olduğu 18.000 manatı əvəzləşdirmək istəmişdir. O, Adil Qurbanova olan borcundan 360 manat və 600 dollar qaytarmışdır. Həmçinin o, Adil Qurbanovun arvadı İddiaçı 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək ümumilikdə 2.885 manat məbləğində pulu borc olaraq aldığını, həmçinin Adil Qurbanovu və İddiaçı təsərüffat qurması və ya tikinti materialları alması adı ilə aldadaraq hər hansı məbləğdə pullarını ələ keçirmədiyini bildirmişdir. Aparılmış araşdırma ilə tam olaraq sübuta yetirilmişdir ki, Cavabdeh təxminən 2021-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayının sonlarınadək müxtəlif tarixlərdə vətəndaş X2 ümumilikdə 26.000 manat məbləğində pulu borc olaraq almışdır. Qeyd olunanlar X1, İddiaçı, Cavabdeh və X7 izahatları, ərizələr, qəbzlər, yazılı iltizam, məhkəmə-fonoskopik ekspertizasının rəyi, sənədlər və sair sübutlarla təsdiq olunmuşdur. Odur ki, Cavabdeh 2021-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayının sonlarınadək müxtəlif tarixlərdə vətəndaş X2 ümumilikdə 26.000 manat məbləğində pulu borc olaraq alması əməlində hər hansı cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək vətəndaş İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 2.885 manat məbləğində pulu borc olaraq almışdır. Qeyd olunan faktla bağlı izahatı alınmış Cavabdeh izahatında tikinti materialları almasını vəd verib aldadaraq İddiaçı hər hansı məbləğdə pulunu elə keçirmədiyini, tikinti materialları mağazasına olan borclarını qaytarmaq üçün İddiaçı borc alaraq həmin borclarını qaytardığını bildirmişdir. Araşdırma zamanı alınmış izahatlarla qeyd olunan tarixlərdə həqiqətən Cavabdeh Quba rayonunu ərazisində yerləşən “Depo inşaat” tikinti materialları mağazasına borcunun olduğu və həmin borcların sonuncu tərəfindən ödənilməsi müəyyən edilmişdir. Odur ki, Cavabdeh İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 2.885 manat məbləğində pulu borc olaraq alması əməlində hər hansı cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə Cavabdeh İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 2.885 manat məbləğində pulu borc olaraq alması əməlində hər hansı cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində Azərbaycan Reüspublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh adına olan “Kapital Bank”a məxsus 416973******5912 kart nömrəsinə müxtəlif tarixlərdə 320 manat, 635 manat, 120 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat və xx.xx.2023-cü ildə 75 manat olmaqla, cəmi 1.350 manat mədaxil edilmişdir. Cavabdeh də toplanmış 20/54C-23 saylı materilla bağlı aparılmış araşdırma zamanı bu məbləğləğlərlə birlikdə 2.885 manat pulu İddiaçı borc olaraq aldığını izahatında qeyd etmişdir. Cinatəy işinin rədd edilməsi haqqında qərardan və iddiaçının bildirdiklərindən müəyyən olunur ki, tərəflər arasında olan razılaşmadan görünür ki, Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 2.885 manat məbləğində pulu tikinti materialları almasını vəd verib almış özünün tikinti materialları mağazasına olan borclarını qaytardığını bildirmişdir. Artıq iddiaçı onun yalan vədlərini anlamış və cavabdehdən pulunu istəmiş, təmirlə bağlı narazılıqlarını ifadə etmiş, cavabdeh onu pulunu qaytaracağına arxayın etmiş, lakin verdiyi sözə əməl etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən cavabdehin kart hesabına köçürülmüş məbləğin cəmi 1.350 manat təşkil edir. Həm iddiaçı tərəfin, həm də cinayət işinin rədd olunması haqqında qərarda cavabdehin bildirdiklərindən həmçinin görünür ki, o İddiaçı əri Adil Qurbanova da 26.000 manat məbləğində borcu vardır. İddiaçı hazırda cavabdehin ona 2.885 manat məbləğində borcu olduğunu bildirdiyinə baxmayaraq bu halları işin məhkəmə baxışı zamanı tam sübuta yetirə bilməmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilənlərlə, cavabdehin iddiaçıdan təmir-tikilini işləri üçün müxtəlif tarixlərdə pul istəməsi və iddiaçı tərəfindən cavabdehə aid kart hesabına müxtəlif tarixlərdə 320 manat, 635 manat, 120 manat, 100 manat, 100 manat və 75 manat olmaqla ümumilikdə 1.350 manat məbləğində pulların kömürülməsi müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1.350 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi 60 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği istisna olmaqla 1.350 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın qismən təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 33,50 manat cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.350 (min üç yüz əlli) manat məbləğində pul və 33,50 (otuz üç manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-622/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-622/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver