Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-629/2024 07.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» Cavabdeh1 qarşı isə «Mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 43.000 (qırx üç min) manat maddi zərər məbləğinin cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi 08 may 2024-cü ildə məhkəməyə daxil olmuş, 10 may 2024-cü il tarixli qərardadla işin icraatı mümkün hesab edilmişdir. İşə 2(053)-629/2024 nömrəsi verilmişdir. Eyni zamanda İddiaçı Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək böhtan xarakterli ittihamları və təhqirləri ilə əlaqədar Cavabdeh1 tərəfindən ona dəymiş 15.000 (on beş min) manat mənəvi ziyanın cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi 27 may 2024-cü ildə məhkəməyə daxil olmuş, 31 may 2024-cü il tarixli qərardadla işin icraatı mümkün hesab edilmişdir. İşə 2(053)-685/2024 nömrəsi verilmişdir. İddiaçı 2(053)-629/2024 saylı işin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsində dəqiqləşdirmə aparılmasına zərurət olduğunu, ərizədə texniki səhv olaraq “xahiş edirəm” hissədə 43.000 AZN göstərsə də əslində 55.095 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-685/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(053)-685/2024 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(053)-629/2024 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işə 2(053)-629/2024 nömrəsinin verilməsi qərara alınmışdır. İddiaçı 08 may 2024-cü ildə daxil olmuş ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olmuş, tədricən onunla səmimi münasibətləri formalaşmışdır. Bu münasibətlər çərçivəsində Fidan mağaza işlətməsi və onu da əldə olunacaq qazanca şərik edəcəyi vədi ilə ilk dəfə ondan 500 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmiş, eyni zamanda aldığı pulu geri qaytarmamışdır. Daha sonra şəhid ailəsi üzvü olaraq mənzil növbəliliyi ilə bağlı guya X23 işləyən Nərmin adlı tanışı (həmin şəxsi işarə etdiyi fotoşəkil işə əlavə olunur) vasitəsilə təminatını zaman baxımından sürətləndirəcəyini və ona Bakı şəhərinin mərkəzi yerlərindən birində mənzil verilməsini təmin edə biləcəyini vəd etmiş, bunun qarşılığında isə əvvəlcə 5000 manat, sonradan daha 15.000 manat pul lazım olduğunu bildirmiş və bunun üçün onunla "xxxx" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, GTKR4675413A299 № li müqavilə əsasında götürülən 20.000 manat dəyərində olan kredit məbləğindən real olaraq yararlanmışdır. Əlavə olaraq qeyd edir ki, bəhs olunan kredit məbləği həmin bankla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrlə, "xxxx" ASC ilə isə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında cari kreditin bağlanması ilə yenilənmişdir. Sözügedən proseslərin gedişində Fidan həmçinin ərinin heyvandarlıq sahəsində xüsusi biliklərə malik olduğunu bildirərək onu iribuynuzlu heyvan təsərrüfatı ilə məşğul olmağa, bunun üçün 8.700 manat dəyərində 7 baş davar almağa sövq etmiş, lakin buna nail olduqdan sonra həmin heyvanları sataraq pulunu tam şəkildə mənimsəmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar Cavabdeh1 verdiyi vədləri icra etməməsini müxtəlif bəhanələrlə əsaslandırmış, ona təqdim etdiyi pul məbləğlərini və kredit ohdəliklərini borc olaraq qəbul etdiyini və ona qaytaracağını bildirmişdir. Bu istiqamətdə o, qayınanasına və digər şəxslərə məxsus bank kartlarını ona təhvil vermiş, lakin sonradan həmin kartları bloklamışdır. Beləliklə, cavabdehin və ərinin qanunsuz hərəkətləri nəticəsində ona nağd şəkildə alınan pul vəsaitləri və bağladığı kredit müqavilələrinin ümumi dəyəri həcmində, bütövlükdə 57.095 (əlli yeddi min doxsan beş) manat maddi ziyan dəymiş, həmin ziyanın sadəcə 2.000 (iki min) manatı kompensasiya olunmuşdur. Qeyd edilənlərlə bağlı Cavabdeh1 əməllərinin dələduzluq motivi ilə törədildiyini düşündüyündən bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, müraciətinə mahiyyəti üzrə baxılmamış, tərəflərin izahatları, təqdim edilən səs yazıları və yazışmalar, eyni zamanda şahid ifadələri əsasında toplanmış material üzrə heç bir prosessual hərəkət həyata keçirilməmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 55.095 (əlli beş min doxsan beş) manat maddi zərər məbləği cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 tutulmalı və xeyrinə ödənilməlidir. İddiaçı 27 may 2024-cü ildə daxil olmuş ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olmuş, tədricən onunla səmimi münasibətləri formalaşmışdır. Həmin münasibətlər fonunda cavabdeh müxtəlif yollarla ona ümumilikdə əlli min manatdan çox maddi ziyan vurmuş, həmin ziyanla bağlı tərəfindən Neftçala Rayon Məhkəməsinə müraciət olunmuş və sözügedən iş hazırda icraatdadır. Əlavə olaraq qeyd edir ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Fidanı qeyri-rəsmi nizamlayıcı tədbirlərlə təqib edərək ondan aldığı pul məbləğlərini qaytarmağı tələb etmiş, bununla bağlı sonradan onun özü ilə yanaşı əri Rüfətlə də telefon əlaqəsi saxlamışdır. Cavabdeh1 göstərilənlərlə əlaqədar ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə səsli mesaj yollayaraq ünvanına olduqca təhqiramiz ifadələr işlətmiş, onu heç bir əsası olmayan və heç bir fakta istinad edilməyən, yalan olduğunu bilə-bilə əxlaqsızlıqda ittiham etmiş, bununla da onun şərəf və ləyaqətini ləkələməklə yanaşı şəhid olmuş həyat yoldaşının xatirəsinə də hörmətsizlik nümayiş etdirmişdir. Bütün bunlar nəticəsində daxilən ağır sarsıntılar keçirmiş və mənəvi ziyan çəkmişdir. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Təhqirlərə məruz qalan şəxs olaraq onun əlahiddə ictimai statusu və cəmiyyətdəki nüfuzu, eyni zamanda şəhid övladının əbədiyaşar xatirəsinə edilən həqarətlərin xüsusi olaraq yolverilməzliyi nəzərə alınaraq bildirir ki, dəymiş mənəvi zərər məbləği 15.000 manat məbləğində müəyyən olunmalıdır. Hesab edir ki, böhtan xarakterli ittihamları və təhqirləri nəticəsində ona dəymiş 15.000 (on beş min) manat mənəvi ziyan Cavabdeh1 tutulmalı və xeyrinə ödənilməlidir. İddiaçı işin məhkəmə baxışı zamanı hər iki iddianı müdafiə edərək bildirmişdir ki, 2021-ci ilin dekabr ayında qoşulduğu sürücülük kurslarında Cavabdeh1 ilə tanış olduqdan sonra aralarında isti münasibət yarandığından ilkin olaraq ona 500 manat Cavabdeh1 məxsus dükanda gəlir əldə etmək məqsədi ilə pul vermiş, sonra isə onun verdiyi vədlərlə əlaqədar 20.000 manat "xxxx"dan kredit götürüb 15.000 manatını Fidanın göndərdiyi taksi sürücü Elmanın vasitəsilə Cavabdeh1 göndərmiş, sonradan zəng edib pulu qəbul etdiyini Fidandan soruşmuş, o da həmin məbləği qəbul etdiyini bildirmişdir. Sonra isə iri buynuzlu heyvanlar alıb saxlanması ilə əlaqədar Cavabdeh1 təklifi ilə razılaşaraq sonuncunun kiçik qardaşı Məhəmmədə heyvan almaq üçün 3.000 manat pulu özünün yaşadığı evin küçə darvazasında, şəhid yoldaşına aid bulağın yanında vermişdir. Cavabdeh Fidanın kiçik qardaşı Məhəmmədin kartına isə hissə-hissə 450+400 manat pul köçürmüşdür. Sonra "xxxx" ASC-nın qarşısında, avtomobilin salonunda Fidana 5.000 manat vermişdir. Sonra Fidanın sifarişi ilə Azər adlı taksi sürücüsünə 3.000 manat vermişdir ki, Fidana çatdırsın. Pulu verdikdən sonra Fidanla əlaqə saxlamış, Fidan Azərin pulu ona çatdırdığını bildirmişdir. Sonradan Fidanın digər vədlərinə inanıb onun təklifi ilə ikinci dəfə "xxxx" ASCdən xx.xx.2022-ci il tarixdə əvvəlki kredit müqaviləsi üzrə borcu ödəyib yeniləməklə 27.450 manat kredit götürüb, 17.000 manat pulu bağlamış, qalan pul məbləğinin üzərinə uşaqlarına aid puldan və atasından aldığı borc məbləğindən qoyaraq 8.700 manatı hissəhissə heyvan alıb Fidanın təsərüffatında saxlamaq üçün Fidana göndərmişdir. Heyvanları Salyan rayonu, Ərəb Qardaşbəyli kəndində yaşayan Ələkbər adlı şəxsdən almış, gedib özləri Fidanla heyvanlara baxmışlar. Sonra Fidanla 2022-ci ilin aprel ayında ikinci krediti bağlayıb yeniləmək məqsədilə, həmin bankdan 28.930 manat pul götürmüş, əvvəlki borcu bağlamışdır. Qalan məbləğdən Fidan əri üçün 3.000 manat istəmişdir ki, ərinin banka borcu var onu bağlasın. Pulu götürdükdən sonra Fidana 3.000 manat "xxxx"ın yanında şəxsən özünə vermiş, 5.000 manatını da evində aparıb Fidana vermişdir. Birinci krediti aldıqdan sonra 2.000 manat pulu da Fidana dükanı genişləndirmək üçün telefonunda olan “Birbank” tətbiqi ilə cavabdehin göndərdiyi karta köçürmüşdür. Ümumiyyətlə bu məbləğdən Fidanın əri iş üzrə cavabdeh olan Cavabdeh2 4 ay 500 manat olmaqla, cəmi 2.000 manat pul ödəyib. Bununla bağlı polis şöbəsinə müraciət etmiş, şəhid ailəsi olduğunu bildirmişdir. Onlar polis şöbəsinə dəvət olunmuş, izahatları alınmış, şahidləri dindirilmiş, oradan çıxdıqdan sonra bir yerdə əyləşib razılığa gəlmişlər ki, cavabdehlər evlərini onun adına rəsmiləşdirsinlər. Əvvəl razılaşmış, sonra görmüşdür ki, cavabdehlər onu aldadır. Cəmi verdikləri 2.000 manatı çıxmaqla cavabdehlərin ona 43.000 manat borcu vardır. Son dəfə telefonla danışıqları olmuş, Cavabdeh1 bildirmişdir ki, 2023-cü ilin mart ayında bankdan pul götürüb ona olan borcu tam qaytaracaqlar. Müraciət etdiyi polis şöbəsi tərəfindən də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də o, həmin qərarla razı deyil, bununla bağlı Salyan Rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayəti təmin edilməmişdir. Verilən suallara cavab olaraq bildirir ki, pul verdiyi taksi sürücüləri Elman, Azər və Fidanın kiçik qardaşı Məhəmməd Salyan Rayon Polis Şöbəsində dindirilmişdir. İlk əvvəl cavabdeh Fidan 450+400 manat olmaqla 2 ay bankın krediti üçün ona köməklik etmiş, sonra isə ödənişi dayandırmışdır. O da məcbur qalıb bankın ödənişlərini davam etdirmişdir. İlk 500 manat məbləğində pulu ona kömək məqsədilə vermişdir. Dükanda əldə olunan gəlirdən ona pul verilməyib. Özünə məxsus "xxxx" kartından Fidana 5.000 manat köçürmə etmişdir. Fidan ona qaynanası X2 adına olan kartı və digər iki şəxsə aid olan plastik kartlar vermişdir. Cavabdeh Rüfətin anasının kartından 1 il ərzində əvvəl 80 manat, sonra isə 100 manat pul götürmüşdür. Bu pul ümumi borcdan əlavədir. Çünki Fidanın xahişi ilə o, 2.000 manat tanıdığı şəxsdən faizə pul götürmüş, Fidan ödəniş etmədiyi üçün həmin məbləği faizi ilə birlikdə lotareya oynayıb qaytarmışdır. Maddi ziyanla əlaqədar iddiasında qeyd etdiyi pul məbləğini cavabdehlərdən müştərək qaydada iştəməsinin səbəbi borcun və heyvanların pulunun Cavabdeh2 öz öhdəsinə götürməsidir. İşdə dəqiqləşdirmə aparılması barədə ərizəsi vardır. Heyvan almaq üçün Rüfətə arvadı Fidanın iştirakı ilə 8.700 manat vermişdir. Bunun 3.000 manatını Azərdən göndərilmiş, 3.000 manatı Məhəmmədə verilmiş, 2.700 manat da əlavə verilmişdir. Ona Fidan tərəfindən verilmiş plastik kartlarla bağlı "xxxx"da məlumatlar vardır. Cavabdeh1 kartı onda olsa da, həmin kartdan pul çıxarmamışdır. Bunun səbəbi həmin kartada pulun olmamasıdır. Fidanın anası Qələmnaz adlı şəxsin kartı qısa vaxt ərzində onda olmuşdur. Cavabdeh Fidanın qaynanası Rəfiqənin kartından əvvəllər 80 manat, sonra 100 manat, axrıncı dəfə 500 manat pul çıxarmışdır. Bu pulu da Fidan üçün tanıdığı şəxsdən götürdüyü 2.000 manatın faizinə vermişdir. Cavabdehlərə 2022-ci ildə 300 manat da bələdiyyədən torpaq almaq üçün pul vermişdir. Verilən pullar bank faizləri ilə birlikdə 55.000 manat olmuşdur. Cavabdeh Fidana inanıb 15.000 manat pulu taksi vasitəsilə ona göndərmişdir. Şikayəti əsasında Neftçala RPŞ-də ilkin araşdırma olmuş, sonra isə araşdırma materialı Salyan RPŞ-yə göndərilmişdir. Cavabdeh2 mübahisədən əvvəl borcundan 2.000 manat ödəyib. Sonradan ödəniş etməmişdir. Sonra o, 45.000 manatdan hər ay 500 manat ödəməyə razılığ vermiş, həmçinin o, 80.000 manata olan evinin onun adına rəsmiləşdirməyi təklif etmişdir. Sonra onlar sənəd düzəldə bilmədiklərini bildirmiş və 1 il vaxt keçmişdir. Bundan sonra başa düşmüşdür ki, cavabdehlər onu aldadırlar. “Whatsapp” sosial şəbəkəsi ilə yazışmalarında 29.800 manat cavabdehlərin borcu olduğu öz əksini tapmış, faizlərlə birlikdə 45.000 manat borc təşkil etmişdir. Yuxarıda qeyd etdiyi kimi 1 il vaxt keçdikdən sonra Cavabdeh2 borcunu tələb edərklən o, Fidanın borcu olduğunu və yenidən ondan onlar üçün kredit götürməsini xahiş etmiş, o isə bu təklifdən imtina etmişdir. Salyan RPŞ-da şikayəti əsasında şahidlər dindirilmişdir. Qeyd etdiyi faktlarla bağlı bütün sübutları təqdim etmişdir. Cavabdehlərdən sadəcə haqqını istəyir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarında evi borc əvəzinə rəsmiləşdirmək istədiklərini bildirmiş cavabdehlər sonradan fikirlərindən yayınmış, sonuncu dəfə evin sənədi olmadığını bildirmişlər. O, cavabdehlərə qeyd etdiyi məbləğləri verdikdən sonra Fidan özünə “Mercedes ML” markalı avtomobil almışdır. Alınmış heyvanlar balaları ilə birlikdə 11 baş olub. Heyvanlar 2 ay onların tövləsində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin heyvanlar cavabdehlər tərəfindən satılıb. Heyvanları Rüfətdən soruşduqda bildirmişdir ki, onları naxıra göndərib. Şəhid ailələrinin rifahının yüksəldiləməsi məqsədilə verilən mənzil növbəliliyinin tezləşdirilməsi məsələsində də cavabdeh Fidan onun etibarından sui-istifadə etmişdir. Bildirir ki, əgər cavabdehlər 42.000 manat verərlərsə onlarla razılaşa bilər. Həmçinin cavabdeh Fidandan 15.000 manat mənəvi ziyana görə pul tələb edir. Çünki Fidan səs yazılarında onun əxlaqsızlıq etdiyini bildirmiş və şəhid olmuş həyat yoldaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Hazırda aralarında barışıq yoxdur. Maddi ziyanla bağlı ərizəsinə dəqiqləşmə təqdim edəcəkdir. Hər iki iddia tələbinin təmin edilməsini xahiş edir. Sonuncu dəfə Salyan RPŞ-dən çıxdıqdan sonra Rüfət və Fidanla restoranda bir yerdə əyləşib 45.000 manatla razılığa gəlmişdir. Orada Rüfət bildirmişdir ki, həmin 45.000 manat pulu ödəməyi öz öhdəsinə götürür. O isə onlara notariusa gedib dediklərini rəsmiləşdirməyi təklif etmişdir. Onlar isə bu təkliflə razılaşmamışlar. Sonuncu dəfə 45.000 manatlıq razılaşmadan sonra 2.000 manat ödəniş etmişlər. Bu pul məbləğinin heyvanlarla heç bir əlaqəsi yoxdur. Heyvanlara aid pul ona qaytarılmayıb. Qeyd olunanların nəzərə alınmasını, cavabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 42.000 manat məbləğində maddi ziyanın və mənəvi ziyanla bağlı 15.000 manat məbləğinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı işin 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında ərizə təqdim edərək cavabdehlərə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsinə dair iddia tələbi üzrə hazırda ərizəsində dəqiqləşdirmə apararaq iddia tələbinin məbləğinin azaldılaraq cavabdehlərdən 42.000 (qırx iki min) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Cavabdeh1 işin 06 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddanı qismən qəbul edərək iddiaçı ilə sürücülük kursunda 5 ayın içində tanış olduğunu, bu münasibətlərin dost münasibətlərinə çevrildiyini, mərhum atasının işlədiyi dövrlərdə vəzifəli şəxs olduğunu, atasından qalma malı-mülkü olduğu, hazırda 3 təşkilatın kadrlar üzrə mütəxəssisi olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda yaşadığı kənddə şəxsi dükanı vardır. İddiaçı ilə münasibətləri yaranan ilk vaxtlarda Ülkər ona 500 manat pulu dükana onun üçün mal gətirib satmaq üçün vermişdir. Dükan əvvəl 60 kv.metr olmuş, sonra dükanın artırılması üçün 5.000 manat vəsait xərcləmişdir. Dükan 120 kv. metrə qədər artırılmışdır. İddiaçının qeyd etdiyi ev alınmasının tezləşdirilməsi məsələsi ilə onun bağlılığı yoxdur. Ev məsələsi ilə bağlı iddaçı başqa bir şəxsə qarşı şikayətçi olmuşdur. İddiaçı onunla iş birliyi qurmaq niyyəti ilə ona verdiyi pul məbləğinin əvəzində borcunu qaytara bilmədiyi üçün özünə məxsus mağazanı ona vermək istəmişdir. İddiaçı ondan və əri Rüfətdən 42.000 manat maddi ziyan və 15.000 manat mənəvi ziyan tələb etdir. İddiaçı onun qadaşı Məhəmmədə 5.000 manat deyil 1.850 manat dükanın artırılması üçün pul vermiş, pulu verəndə də faizə, borca vermişdir. Təbii ki, aralarında iş birliyi ilə əlaqədar razılaşma olmuş və bu razılama ilə əlaqədar 1.400 manat Ülkərin rəfiqəsi Natavan xanım tərəfindən ona pul göndərilib. Ortaq qurduqları mağaza üçün materiallar alınıb. İddiaçının Elman adlı taksi sürücüsündən 15.000 manat göndərməsinə gəldikdə isə Elman ona bir dəfə zərfdə pul gətirib, amma orada 15.000 və ya 10.000 manat olmayıb, hardasa 5.000 manat pul olub. Taksi sürücüləri Elman, Azər gəlib ifadə verə bilərlər. İddiaçı ona 3.900 manat, 3.400 manat, 3.000 manat, taksi sürücüsü Elman vasitəsilə 5.000 manat və qardaşı Məhəmmədə 1.850 manat pul vermişdir. İddiaçı böyük məbləğdə pullarla bağlı yalan izahat verir. Ona verilən pulları öz qeydləri olan dəftərdə yazmışdır. İddiaçının heyvan almaq fikri olmuş, hətta onunla birlikdə Ələkbərin həyətinə gedib onunla heyvanlarına baxmış, lakin heyvan almamışlar. Həmkəndlisi Ələkbər gəlib ifadə versə ona aydın olar ki, ondan nə vaxt heyvan almışlar. Əgər heyvan alınıbsa, alınan heyvanlarla bağlı ona pul verilməmişdir. İddiaçı qeyd edir ki, verdiyi məbləğlər və heyvan üçün verilən pullar aralarında olan yazışmalarda vardır. Amma o, həmin yazışmaları oxumamışdır. ***- ***-**-** nömrəsi onun istifadəsindədir. Artıq bu məsələnin üstündən üç il keçib deyə olanları yaxşı xatırlamır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə1 işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, məhkəmə hazırlıq iclaslarında iddiaçının verdiyi izahatlarla bağlı Cavabdeh1 tərəfindən iddiaçıya verilmiş 4 nəfərə aid plastik kartlardan hansı məbləğdə pul vəsaitlərinin çıxarılmasının müəyyən edilməsi məqsədilə sorğu verilməsi haqqında vəsatəti təmin olunmuşdur. Həmçinin Neftçala və Salyan RPŞ-də aparılmış araşdırma materiallarının tələb olunması ilə bağlı vəsatəti təmin olunmuşdur. Əlavə olaraq qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 9.000 manat pul məbləği olmuş, həmin məbləğdən 2.000 manatı iddiaçıya qaytarılmışdır. Qalan məbləğləri qəbul etmirlər. İddiaçı tərəfindən 12 ay ona verilmiş kartlardan pul çıxarılıb. İddiaçı cavabdeh Fidanın qaynanası Qələmnazın kartından 1.500 manat pul çıxarıb. Ümumilikdə 4.500 manat pul qaytarılmış, cavabdehlərin qaytarılmamış 4.757 manat borcları qalmışdır. Bankdan götürülən pul məbləğlərini qəbul etmirlər. İddiaçı göstərdiyi məbləğlərlə bağlı sübut təqdim edə bilməmişdir. Onun qeyd etdiyi məbləğlərlə bağlı razılığa gələ bilməzlər. X16 və X3 aid kartlardan 2021-ci ilin dekabr ayından pul vəsaitləri çıxarılmışdır. Heyvanlarla bağlı tərəflər arasında razılaşma olmamışdır. İddiaçı qeyd edir ki, cavabdehlər onun pullarından yararlanaraq özlərinə “Mercedes” markalı avtomobil almışlar. Lakin Fidanın istifadə etdiyi avtomobillər rentkara məxsus olmuşdur. İddiaçı bildirir ki, Fidan səs yazışmalarında onu və şəhid olmuş ərini təhqir etmişdir. Bunlar tamamilə yanlışdır. Cavabdeh1 Salyan RPŞ-da verdiyi izahatında mağazaya görə onların arasında razılaşma olduğunu, Ülkər tərəfindən ona fevral ayında 2.400 manat, 04 mart 2023-cü ildə 3.900 manat, xx.xx.2023-cü ildə Fidanın qardaşı Məhəmmədə pul verildiyini qeyd etməklə həmin pulların faizlə verildiyini bildirmişdir. Ümumilikdə tərəflərin arasında 19.100 manat məbləğində pul münasibətləri olmuşdur. Bundan əlavə Fidana iddiaçı tərəfindən pul verilməyib. Cavabdeh1 qaynanasına məxsus kartı iddiaçıya vermiş, sonra da kart bloklanmışdır. 5 ay 600 manatdan Qələmnazın kartından pul çıxarılmışdır. Cavabdeh kimi tanınmış Cavabdeh2 özü iddiaçıya 4 ay 500 manatdan pul ödəmiş,12 ayda Rüfətin anasının kartından iddiaçı cəmi 1.200 manat olmaqla pul çıxarmışdır. İzahatlardan da görünür ki, iddiaçı pul məbləğlərini faizlə cavabdehə vermişdir. Hesablamalara görə 8.600 manat borcdan qaytarılıb. İddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Cavabdeh1 qarşı iddia tələbinə münasibətdə iddia ilə qismən razıdırlar. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatlar bir-biri ilə üst-üstə düşmür. Heç bir rəqəm deyilənlərə uyğun gəlmir. Onun göstərdiyi rəqəmlər şişirdilmişdir. Cavabdehlər hər ay iddiaçıya verdiyi puldan qaytarmışlar. İddiaçının Salyan RPŞ-də və Neftçala rayon prokurorluğunda verdiyi izahatların heç birində borc məbləğləri eynilik təşkil etmir. Cavabdehlərin verdiyi pulun məbləği cəmi 21.000 manat təşkil edir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarla bağlı ödənilən məbləğ 19.100 manat təşkil edir. İddiaçı pul verib faiz götürmüşdür. SMS yazışmalar var. Bu səbəbdən iddia tələbi Fidana qarşı qismən təmin olunmalı, cavabdeh Rüfətə qarşı olan iddia tələbi isə rədd olunmalıdır. Kartlardan da pullar çıxarılıb. 19.100 manatdan 8.600 manat ödənilib. İddiaçının mənəvi ziyan tələbi isə əsassız olduğundan rədd olunmalıdır. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın Fidana aid hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İşin 08 oktyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında Cavabdeh2 ilkin olaraq iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının həyat yoldaşı Fidanla dost münasibətləri olmuşdur. Əlavə olaraq qeyd edir ki, onların kənddə özlərinə məxsus 30 kv. metrlik dükanları olmuş, arvadı Fidanla iddiaçı Ülkər öz aralarında razılaşıblar ki, dükanı genişləndirsinlər. O isə bu işə iradını bildirmişdir. X32 fikrinin qəti olduğunu görüb onlara mane olmamışdır. O, bu proseslərdə iştirak etməmişdir. Sonra həyat yoldaşı Fidan insult keçirmişdir. İddiaçı onlara gələrək bildirmişdir ki, faiz borcu var onu təcili qaytarmaq lazımdır. Ülkər bu barədə onun özünə də zəng edib demişdir. Onların iş birliyi ilə bağlı xərclədikləri məbləğlərdən onun xəbəri olmamışdır. Nə də Ülkər ona Fidana verdiyi pulların məbləği barədə ilkin olaraq məlumat verməmişdir. Sonda Ülkər ona bildirmişdir ki, Fidanın ona 35.000 manat borcu vardır. O, Ülkərə bildirmişdir ki, Fidan xəstədir, üç dəfə insult keçirmişdir. Danışa bilmir, sağalıb ayağa qalxsın o da Fidanın ona olan borcunu qaytarmasına kömək edəcəkdir. X18 borcunun məbləğindən əvvəllər xəbəri olmamışdır. Ülkərə olan borcunu Fidan özü dəqiq deyə bilər. Onlar Ülkərə təklif etmişlər ki, evlərini 65.000 manata satışa çıxarıb ona olan 30.000 manat borcu qaytaracaqlar. O, Ülkərə razılaşmalarına əsasən ayda 500 manat olmaqla 4 ay ödəniş etməklə 2.000 manat ödəmiş, sonra bildirmişdir ki, özünün də borcları var deyə razılaşdıqları 30.000 manat borcdan ayda 200-300 manat olmaqla hissə-hissə borclarını qaytarsın, lakin Ülkər bununla razılaşmamışdır. Onlar Ülkərə olan 30.000 manat borca görə evi satmaq qərarına gəlmişlər. Bu razılaşma Ülkərin Salyan RPŞ-ya etdiyi şikayətlə əlaqədar polis şöbəsində izahat verib çıxdıqdan sonra baş tutmuşdur. Onlar Ülkərlə 45.000 manatla deyil 30.000 manat borc məbləği ilə bağlı razılaşmışlar. Hal-hazırda da Ülkərlə razılaşdığı 30.000 manat pulun qaytarılmasına etirazı olmadığını, həmin məbləğdən isə razılaşdıqları tarixdən sonra 2.000 manat tərəfindən iddiaçıya ödənildiyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri və cavabdehlərin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Mülki Prosessual Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdehlər tərəfindən sübuta yetirilməlidirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, GTKR4675413A299 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında kredit müddəti 35 ay, illik faiz dərəcəsi 15%, kreditin məbləği və valyutası 20.000 manat olmaqla kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, GTKR4828017A299 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında kredit müddəti 48 ay, illik faiz dərəcəsi 28%, kreditin məbləği və valyutası 27.450 manat olmaqla gündəlik tələbat krediti müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, GTKR5029584A299 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında kredit müddəti 48 ay, illik faiz dərəcəsi 21%, kreditin məbləği və valyutası 28.930 manat olmaqla gündəlik tələbat krediti müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ******* №-li fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı Bəhrən qızı arasında şəxsi ehtiyacların ödənilməsi məqsədi ilə 24 ay müddətinə, illik faiz dərəcəsi 13.5% olmaqla 12.600 manat məbləğində kreditin verilməsi haqqında istehlak krediti müqaviləsi bağlanmışdır. İş materiallarına iddiçı tərəfindən Cavabdeh1 adına olan "xxxx"a məxsus 4169 7414 6917 5721 nömrəli, Rafiqə Əliyevanın adına olan "xxxx"a məxsus 6768 6755 8020 7155 nömrəli, Cavabdeh2 adına olan "xxxx"na məxsus 5167 5133 4640 5244 nömrəli plastik kartların ksero surətləri əlavə edilmişdir. İşdə olan 005019 saylı, xx.xx.2021-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. İddiaçı tərəfindən iş materiallarına sübüt kimi əlavə edilmiş ***-***-**-** nömrəsi ilə qeydiyyata alınmış “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında hər hansı formada münasibətlər formalaşmış, sonradan Ülkər Fidana iş materialının 51-52-ci səhifəsində “Sənə görə balalarım pensiyadan olacaq.nə olmalıdı ki bundan artıq” məzmunlu yazı yazmış, Cavabdeh1 isə cavabında “olmayacaqlar, men eger haaram yiyen olsaydım başqa cür olardı, pul gözləyirəm, faiz danışmışam sabax axşama kimi biri günə kimi getirəcək” yazmış, bundan sonra Ülkər “onsuz sənin borcunu səninlə yarı verirdim, indi də belə” yazısına Fidan “beledeki mən onu düzəldib tək canım olsa da verəcəm, bankın kağızlarını at mene” deyə yazmışdır. Eyni ilə həmin səhifələrdə Ülkərin “Səhərə pulu düzeld gəlim götürüm” mesajına Fidan “sen lazim deyilsən senedleri gösterek ne deseler sonra sen gel geçirdek menim adıma, canagda burda bide menim basimda pardadi lenet olsun o qune ki bizim yoolarimiz kesisdi, kas hemin qunu men masinda tike tike olaydim, men banki adima keçirdmeye ceht edirem basqa senle hec bir problem yasamag fikrim yooxdu, sen senedi at, telmanla ele mende danismisam, at mene nese deyirem men?, menim adamim var, ödenis men edecem ayda odeyiremde canim cixsada odeyecem” mesajını yazmışdır. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmaların 52-ci səhifəsində xx.xx.2022-ci il tarixli yazışmalarda Fidan “ulker evde deyilem gedim yigacam, kartini at mene”, xx.xx.2022-ci il tarixli yazışmada Fidan “ulker salam, bu kartina pul atacam” yazmışdır. Eyni səhifədə Ülkər Fidana “Amma 6 ayda cəmi bircə dəfə 900 manat kredit ödəmisən,5 ayda cəmi iki dəfə yari odəmisən, 3 aydi artıq mənim kartimi soyur bank.gorək bu ay necə olacaq” yazmışdır. Yazışmaların 54-cü səhifəsində Ülkər Fidana “Kisi qizi soz vermisən əməl etməlisən, Mən sənə vermisəm, Heyvanlarimi, İcazəsiz satmisan istəyirəm, Mən səndən basqa heç kimi tanimiram, Necə aydi da fırladirsan, Kredit in də faizin də pulunu hazirla” Fidan isə cavabında “Yoooxumdu, olanda verecem, olsa vererdim, Olanda rufet seneee deyibkii verecem, Men evi satib Banki baglayacam heyvani pulun da verecem, Ne qoturmusem ooonu verecem Seneee” yazmışdır. Yazışmaıarın 56-57-ci səhifəsində Ülkər “Mən heç kimin sozuylə yox banka girib sənin sozunle bankda qurtara bilmirem, balalarimin halal pullarin banka verirem” mesajına Fidan “Menim sozumle bankdan 50 min qoturmusen” cavabını vermiş, Ülkər “Mən 50 min deməmisəm, xirda xirda nə qədər pul vermisəm sənə.5000,2000,1000,3000,8700 heyvanların pulu, Yig demirsen yigaq danisaq, Mən də Ulkerəm elə. Sənin yanında canla başla olan Ulkər.sənə inanib hər seyini, balarin hər seyini etibar edən Ülkər” mesajını yazmış, Fidan “Sene deyende qel evi keçirdim senin adina e 80 minlik evi niye istemedin, Torpaq havayı verdim Sene” cavabını yazmış, Ülkər “Fidan evə gorə sənə nə qədər pul vermisəm?, İsə görə bəs, Torpaq mənim deyil istəmirəm istəmədim, Demədin ki, Nərmin X23 işləyir” mesajına cavabda Fidan “Bundanda sene 5 min qaytarmisam mən, Ne qeder pul atmışam sene, 1min manata eyni ayda 600 bir 450bir, hamsı var mende” mesajını yazmış, Ülkər “sən mənə 5 aydi pul vermisen, Verdiyin də 200 manatlardi, Zəng edərsən danisariq, məni aldatmisan aylardi.bos kartlarla” yazmışdır. Fidan cavabında “Hansı kartdi booos Refiqənin, Mən işdən çıxmısam ne köçəcək kii, ona qed banka qor bağlıdı oooo kart, Qeldin is yerime ne dedim sene” yazmış, Ülkər “Mənim heyvanlarim hani? soruşmuş, Fidan cavabında “Heyvanlarını Danmıram senin Mən senede dedim ki ulker Onu qaytaracaq, O qaytarmayacaq mən verəcəm, amma kii bu qun yoox, Sen hardasa işləyirsen? yazmış, Ülkər də cavabında “Mənə dəxli yoxdu mən sənə vermişəm qaytar geri, Mənim ehtiyacım var” mesajını yazmış, Fidan “Mən onu danmıram mene nede vermisen Ulker, Senin mene verdiyin borcu mən qaytacam qaytarirdimda işim olmadı imkanım olmadı qaldi, Rüfetin. Sene dediyi vaxtda fevraldan, çünki işlemirem yeni ildən çıxacam isee, Mən Yada qel evimi natarusla keçirdim adina borcumu qoster ona uyğun hərəkət et Amerika açmaa tayyy...Evimi sene vermirem eee, 80 min qiymeti var mənim evimin, Borcumu verim qatarıb verərsən, Bu dəqiqə bank 80 min qiyməti qoyur” yazmışdır. Yazışmaların 59-cu səhifəsində Fidan Ülkərə “Ki hamısıni 1 aya verəcem amma verəcem işleyib özüm verəcem mən senin balanın 1 qəpik bele haqqını yemedim, amma borcum var sene, Damamisam, qaçmamisam” mesajını yazmışdır. Yazışmaların 60-cı səhifəsində Fidan Ülkərə “Sene 1 manatda vermeyecem bundan sooonra wed ne bilirsen eleeeeeee” mesajını, 61-ci səhifədə isə “He soz vermisdim bu wunden Bitdi her seyyyyyy, Nece defe danisdim senle ki adam kimi insan kimi evvii sataq bele edek ele edek. Bes elemedi senee, kim deyib sene men kimden 7000 min almisam kimin qapisindan kimin elinden, Onu mene subuuut et, Nooooldu 1 hefte bundan qabag sen onlarin kartindan 1 minat bir cixarmisdin 500 manat bir cixarmisdin.??? Ciiriirdilar ozderinii, İndi fidan piiis olduuu” 62-ci səhifədə Fidan “Agilzinii yig bildin men sene o pulu vermesem heç kim mene hecne ede bilmezzz, Haramla harada yogruldum allaxsız” mesajları yazmışdır. İş materiallarına tövlə şəraitində iri buynuzlu heyvan fotoşəkilləri əlavə edilmişdir. Məhkəmənin sorğusu əsasında Salyan Rayon Polis Şöbəsindən 30 iyul 2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, sorğunuza cavab olaraq Neftçala rayon sakini İddiaçı şikayət ərizəsi üzrə Salyan RPŞ-nın istintaq bölməsində araşdırması aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş HK-1/224 nömrəli material üzrə toplanmış sənədlərin surəti məlumat üçün göndərilmişdir. Həmin materiala əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli materialın ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Neftçala RPŞ-nın İQ-nın baş müstəntiqi İsmayıl Zeynalov icraatında olan HK-1/1191/2022 nömrəli ilkin araşdırma materialını hadisənin Salyan rayonu, Ərəbqardaşbəyli kəndində baş verdiyini müəyyən edərək araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Salyan RPŞ-yə göndərmişdir. Eyni materiala əlavə edilmiş 28 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Neftçala şəhəri, Y.Hacıyev küçəsi ev 204-də yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Neftçala RPŞ-nə ərizə ilə müraciət edərək Salyan rayonu, Ərəb Qardaşbəyli kəndində yaşayan Cavabdeh1 onu aldadaraq ev almaqda köməklik göstərəcəyi barədə ona yalan vəd verib ondan ayrı-ayrı vaxtlarda bu məqsədlə cəmi 50.000 manata yaxın pul aldığını, həmçinin özünə məxsus fermada şərikli iribuynuzlu mal-qara saxlamaq adı ilə 8.700 manat pul alaraq ona qarşı dələduzluq etdiyini bildirib həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İddiaçı həmin müraciəti xx.xx.2022-ci il tarixdə Neftçala RPŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı” da HK-1/1191 nömrə ilə qeydiyyata alındıqdan sonra faktla bağlı həmin şöbənin istintaq qrupunun baş müstəntiqi polis mayoru X14 tərəfindən ilkin araşdırma aparılmış və sonradan toplanmış material ərazi aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Salyan RPŞ-nə göndərilmişdir. Həmin qərarla İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, “əri X15 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, hazırda hiamyəsində 3 uşağı olmaqla təkbaşına uşaqlarını böyütməklə məşğul olur. Mərhum ərindən “Mercedes” markalı bir maşın qalmış, həmin maşın bir qədər köhnə olduğundan və tez-tez təmirə aparıldığından məcbur olub onu sataraq əvəzinə “Şevrolet” markalı bir maşın almışdır. Sürücülük vəsiqəsi olmadığından sürücülük kursuna yazılmış, həmin vaxtlarda da, yəni 2021-ci ilin dekabr ayında Cavabdeh1 ilə tanış olmuş, Fidan ona avtomobil sürməyi öyrədən zaman aralarında dostluq münasibəti yaranmışdır. 2022-ci ilin yanvar ayında Neftçala şəhərində olan zaman bir dəfə söhbətləşərkən Fidan ondan şəhid ailəsi kimi dövlət tərəfindən onlara hansı köməkliklər edilməsi, mənzil verilib verilməməsi ilə maraqlanmış, o da həmin vaxt Fidana dövlətin tam qayğısı ilə əhatə olunduqlarını, hazırda Bakı şəhərindən mənzil almaq istədiyini, lakin buna imkanının olmadığını, dövlət tərəfindən də Bakı şəhərində mənzilin çox gec veriləcəyini deyəndə Fidan bu məsələdə ona köməklik göstərməyə hazır olduğunu bildirib onun adından bu məsələ ilə bağlı dövlət rəhbərliyinin adına məktublar yazıb göndərə biləcəyini demişdir. Buna razı olmadığından o məsələ elə də qalmış, bir neçə gün sonra növbəti görüşləri zamanı Fidan ona Bakı şəhərində yaxşı əlaqələri olduğunu, Nərmin adlı rəfiqəsinin X26 çalışdığını və onun köməkliyi ilə Bakı şəhərində mənzil təşkil etdirib verdirə biləcəyini, ancaq bunun üçün bir qədər pul verməli olduğunu ona demişdir. Fidandan bu məsələnin həlli üçün nə qədər pul lazım olduğunu soruşduqda Fidan ona Nərminə 30.000 manat pul verilərsə onun Bakı şəhərində növbədənkənar mənzil almaq məsələnə kömək edə biləcəyini bildirmişdir. Həmin vaxtlarda Fidanla aralarında çox yaxın münasibət olduğundan Fidanın dediklərinə inanmış, lakin 30.000 manatı bir dəfəyə vermək imkanı olmadığını, evdə cəmi 3000 manat pulu olduğunu, həmin pulu hissə-hissə düzəldib verə biləcəyini demiş, cavabında Fidan da ona “sən heç narahat olma, biz rəfiqəyik və mən sənə köməklik edəcəm, sən əvvəlcə pulun bir hissəsini verərsən, sonra isə qalanını hissə-hissə ödəyərsən” deyə bildirmiş, o da Fidanın bu sözlərinə inanmışdır. Bu söhbətdən bir neçə gün sonra, təxminən 2022-ci ilin yanvar ayının ortalarında bir dəfə axşam vaxtı Fidan öz qardaşı Məhəmmədi onlara göndərərək onun vasitəsi ilə evində olan 3000 manat pulu ondan götürmüşdür. Məhəmməd pulu götürüb gedəndən bir neçə gün sonra Fidan ona zəng vurub Nərmin xanımla Bakı şəhərində görüşüb 3000 manat pulu ona verdiyini və onun da mənzil məsələsinin həll olunmasına köməklik göstərməyə razılıq verdiyini bildirib, təcili pulun qalan hissəsini də düzəltməyi ona tapşırmışdır. Ona görə də 18 yanvar 2022-ci il tarixdə onlayn qaydada "xxxx"dan 20.000 manat pul kredit götürmüş, sonra da bu barədə telefonla Fidana məlumat vermişdir. Ondan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Fidan ona zəng vurub Elman adlı tanış taksi sürücüsünü Neftçalaya göndərdiyini, Elmanın onu Neftçala şəhərindəki "xxxx"ın qarşısında gözləyəcəyini deyib 15.000 manat pulu ona verməyi tapşırmışdır. Ona görə də Fidanın sözü ilə evlərinin yaxınlığında olan "xxxx"ın qarşısına getmiş, orada çıxarıb Elman adlı taksi sürücüsünə Fidana çatdırması üçün 15.000 manat pul vermiş, həmin vaxt onların yanında heç kim olmamış, Elman pulu ondan qəbul edəndən sonra onu saymamışdır. Elman gedəndən 1-2 saat sonra Fidana zəng vurub ondan göndərdiyi 15.000 manat pulu alıb-almadığını soruşanda Fidan ona həmin pulu aldığını və buna görə narahat olmamasını tapşırmışdır. Ondan sonrakı görüşlərində hər dəfə Fidandan mənzil məsələsinin nə yerdə olması barədə soruşanda Fidan onu arxayın edərək Nərmin xanımın onun ev məsələsi ilə məşğul olduğunu, 30.000 manat pulu tam verəndə ona Bakı şəhərində mənzil veriləcəyini demişdir. 2022-ci ilin fevral ayının 18də "xxxx"dan götürdüyü 20.000 manat krediti yeniləyərək əvəzində 27.450 manat kredit götürmüş, 2022-ci ilin mart ayının ortalarında, saat 13 radələrində həmin puldan 3000 manatını Fidanın Neftçalaya göndərdiyi Azər adlı taksi sürücüsü vasitəsi ilə ona göndərmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının 4-də "xxxx"dan götürdüyü 27.450 manat krediti yeniləyərək əvəzində 28.930 manat kredit götürmüş və həmin puldan da 7000 manatını aprel ayının əvvəllərində, saat 15 radələrində Fidana onun yaşadığı Salyan rayonu Ərəb Qardaşbəyli kəndindəki evlərində vermiş, Fidan yaşadığı evdə pulu ondan alarkən mənzil məsələsinin həll olunmaq üzrə olduğunu ona demişdir. Fidan ona Bakı şəhərində mənzil almasına köməklik edəcəyi barədə vəd verib hissə-hissə pullarını alan zaman həm də ona şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təklif etmiş, həmin dövrdə Salyan rayonu Ərəb Qardaşbəyli kəndində olan 60 kv.metrlik mağazasını şərikli işlədib bu işi böyütməyi, özünə məxsus fermada saxlamaq üçün inəklər alıb saxlamaqla bunlardan yaxşı pul qazanacağını vəd etmiş, ona inandığından bu məqsədlə 2022-ci ilin aprel ayının ortalarında ilk dəfə yaşadığı Salyan rayonu Ərəb Qardaşbəyli kəndində 500 manat pul vermiş, sonradan onun sözü ilə qardaşı Məhəmmədin adına olan “Leo Bank” kartına 450 manat pul köçürmüş, sonrakı ayrı-ayrı günlərdə yaşadığı evdə Fidana yuxarıdakı 500 və 450 manat daxil olmaqla bu məqsədlə cəmi 6300 manat pul vermiş, 8700 manat pulu isə Fidana birlikdə onun yaşadığı kənddən aldıqları yanlarında 8 balası olan 7 baş inəyi almağa görə vermişdir. Fidan ona şəhid ailəsi kimi növbəsiz Bakı şəhərindən mənzil alacağına yalandan söz verib onu aldatmaqla ondan bu məqsədlə cəmi 30.000 manat, birlikdə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə isə ümumilikdə cəmi 15,000 manat pul almışdır. Şərikli iş qurmağa başlayandan sonra Fidana götürdüyü kreditin aylıq məbləğini ödəyə bilmədiyini deyəndən sonra Fidan bir dəfə onun kartina 900 manat, sonradan isə 600 və 400 manat pul atmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində ona mənzil verilmədiyini görüb Fidanın iş yerinə gedib ondan verdiyi pulları tələb edəndə Fidan yenə də onu müxtəlif bəhanələrlə aldatmış, onu sakitləşdirmək üçün həmin vaxt özünün və ərinin əmək haqqı, qayınanasının sosial kartından 6 ay ərzində hər ay 80 manat pul çıxarmışdır”. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, “o, 2021-ci ilin payız aylarında Neftçala şəhərində sürücülük kursu açmış, Neftçala şəhər sakini olan İddiaçı ilə də Ülkər həmin sürücülük kursuna yazıldıqdan sonra, yəni 2021-ci ilin dekabr ayında tanış olmuş və həmin vaxtdan da aralarında yaxın münasibət yaranmışdır. 2022-ci ilin fevral ayının ortalarında bir dəfə növbəti dəfə İddiaçı onun kənddəki evinə gələndə həyətinin qarşısında 50 kv.m-lik sahəsi olan işləyən mağazasının olduğunu görüb ondan nə üçün həmin mağazanı genişləndirməməsinin səbəbini soruşanda o, Ülkərə mağazanın sahəsini genişləndirməyə pulu və vəsaiti olmadığını, bu səbəbdən bunu edə bilmədiyini deyəndə, Ülkər ona şərikli iş qurmağı, mağazanı genişləndirib ondan şərikli istifadə etməyi, buna görə ona pul verəcəyini bildirmişdir. Ülkərin bu təklifinə razılıq vermiş və ondan sonra ilk dəfə Ülkər 2022-ci ilin fevral ayının 23-də günorta saatlarında evində ona 3400 manat pul vermiş, həmin pula da tikinti materialları alıb buna görə anası X7 pensiya kartını Ülkərə vermişdir. Ülkər də 4-5 ay həmin karta yüklənən 1400 manatdan cəmi 600 manatını çıxarıb özünə götürmüş, qalan pulu isə ona vermişdir. Mağazanın genişləndirib orada təmir işləri aparan zaman Ülkər mağazanın yanındakı təndirxananı işlətməyə ona icazə verməsini xahiş etmiş, Ülkərə razılıq versə də Ülkər işçi tapa bilmədiyindən təndirxananı işlədə bilməmişdir. Həmin dövrdə evinin qarşısında olan əvvəllər kənd bələdiyyəsinə məxsus, sonradan isə əri Cavabdeh2 alıb öz adına rəsmiləşdirdiyi torpaq sahəsini Ülkərə pay kimi versə də Ülkər həmin torpaq sahəsindən istifadə etmədən sonradan ondan imtina etmiş və ona görə də torpaq sahəsini Ülkərin adına rəsmiləşdirə bilməmişlər. 2022-ci ilin mart ayının 4-də Ülkər onun "xxxx" kartına mağazada aparılan təmir işlərini davam etdirmək üçün 3900 manat pul atmış və o da həmin pulu da mağazada aparılan təmir işlərinə sərf etmişdir. 2022-ci ilin martın 20-də Ülkər onun qardaşı Məhəmmədə ona çatdırması üçün 1800 manat pul vermiş, həmin pulu Ülkər ona faizə vermiş, Ülkərin ona verdiyi hər 1000 manata görə ona 100 manat faiz pul verməyi öhdəsinə götürmüşdür. Bir dəfə də Ülkər Elman adlı taksi sürücüsü ilə ona 10.000 manat mağazanı təmir etməyə görə pul göndərmiş, bunlardan başqa Ülkər ona pul verməmişdir. Azər adlı taksi sürücüsü ona hec vaxt Ülkərdən aldığı pulu gətirib verməmiş, əksinə Azərə verdiyi bank kartlarını Azər aparıb Ülkərə Neftçala şəhərində vermiş, Ülkər də hər ay onun anasının kartından 600 manat, qayınanası Rəfiqə Əliyevanın kartından isə 80 manat pul çıxarmış, həmin pulları Ülkərə ondan götürdüyü pula görə faiz kimi vermişdir. Onun Nərmin adlı tanışı olmamış və yoxdur, Ülkərə tanışı Nərmin vasitəsi ilə Bakı şəhərindən növbədən kənar mənzil verilməsini təmin etdirəcəyi barədə vəd verməmiş, ümumiyyətlə, onun Ülkərlə aralarında mənzillə bağlı heç bir söhbətləri olmamışdır. Ülkər onun qardaşı Məhəmmədə ona çatdırması üçün 3000 manat yox, cəmi 1850 manat pul vemişdir. Ülkər ona şərikli saxlamaq üçün inək almağa görə heç vaxt pul verməmiş, əksinə Ülkərin uşağına bir baş dananı o, özü hədiyyə etmişdir. Ülkər ona faizə pul vermiş və verəndə də ona həmin pulları atasından götürüb ona faizə verdiyini demişdir. Ülkər ona şərikli iş görməyə görə bir dəfə taksi sürücüsü Elman vasitəsi ilə 10.000 manat pul göndərmiş, qalan pullanı isə ona faizə vermişdir. Bunların müqabilində də bir il ərzində Ülkərin bank kartına hər ay 120 manat pul atmış, bundan başqa qayınanasının pensiya kartından Ülkər hər ay 80 manat, anasının pensiya kartından isə 4 ay ərzində hər ay 600 manat pul çıxarmışdır. Özü də təxminən 9 -10 ay ərzində hər ay Ülkərin bank kartına 450 manat, bəzən 950 manat pul göndərmişdir. Bunlardan başqa onunla Ülkər arasında başqa heç nə olmamışdır”. Araşdırma zamanı izahatı alınmış X21 izahatında bildirmişdir ki, “onun etibarnamə əsasında idarə etdiyi mavi rəngli, VAZ 2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobilindən də taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanır. Cavabdeh1 əvvəldən həmkəndli kimi tanımış və onunla qohumluğu, ədavəti olmamışdır. Həmkəndli kimi də münasibətləri yaxşı olduğundan 2021-2022-ci tədris ilində Fidanın uşaqlarını öz maşını ilə məktəbə aparıb- gətirmişdir. Neftçala rayon sakini İddiaçı isə əvvəldən tanımamış, onunla heç bir münasibəti də olmamışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Fidan ondan Neftçala şəhərinə getməyi, orada bir nəfərin verəcəyi pulu onun üçün gətirməyi, buna görə ona artıqlaması ilə zəhmət haqqı verəcəyini demiş, ona görə öz idarə etdiyi maşınla Fidanın ona dediyi yerə, yəni Neftçala şəhərindəki "xxxx"ın qarşısına gəlmiş, orada ona yaxınlaşan bir qadın ondan Elman olubolmadığını soruşub dəqiqləşdirdikdən sonra, həmin qadın bankın qarşısındakı bankomata yaxınlaşıb oradan pul çıxarandan sonra, əlindəki pulları sayıb onun 15.000 manat olmasını bildirib, həmin pulu Fidana çatdırmasını ondan xahiş etmişdir. O da həmin qadının ona verdiyi həmin pulu saymadan gətirib Salyan rayonu, Ərəb Qardaşbəyli kəndində hamısını Fidana vermiş, Fidan ona maşın haqqı kimi cəmi 20 manat pul vermiş, bundan başqa heç vaxt kimdənsə pul alıb gətirib onu Fidana verməmişdir. Tanımadığı qadının öz deməsinə görə 15.000 manat olan pulu Fidana nə üçün göndərməsinin səbəbini də o, bilməmişdir”. Araşdırma zamanı izahatı alınmış X29 izahatında bildirmişdir ki, “onun Hundai Elantra markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobilindən taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanır. Cavabdeh1 əvvəldən həmkəndli kimi tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Neftçala rayon sakini İddiaçı isə əvvəldən Neftçalaya gedib-gələn zaman tanımış, onun mərhum əri ilə yaxın münasibəti olmuş, ona görə də onların Neftçala şəhərində yaşadıqları evi də tanımışdır. Təxminən 2022-ci ilin mart ayında Neftçala şəhərində olan zaman Fidan ona zəng vuraraq gedib orada Ülkərdən onun verəcəyi pulu onun üçün gətirməsini xahiş etmiş, ona görə Ülkərgilə gedib onun verdiyi 3000 manat pulu gətirib Salyan rayonu, Ərəb Qardaşbəyli kəndindəki evlərində Fidana vermiş, Fidan da pulu sayıb ona 2 manat zəhmət haqqı kimi vermişdir. Bundan təxminən 2-3 ay sonra Ülkər ondan xahiş etmişdir ki, gedib Fidanın onun üçün göndərdiyi 100 manat pulu götürüb ona çatdırsın. O da ona görə Fidangilə gəlmiş, Fidan ona bir neçə bank kartı və 100 manat pul vermiş, o da onların hamısını gətirib Neftçala şəhərində Ülkərə vermişdir. Bunlardan başqa heç vaxt kimdənsə pul alıb gətirib Fidana verməmişdir”. Araşdırma zamanı izahatı alınmış X8 izahatında bildirmişdir ki, “o, Salyan rayonu, Ərəb Qardaşbəyli kəndində yaşamaqla özü də heyvandarlıqla məşğul olur və yaşadığı evin həyətində mal-qara, qoyun-quzu saxlayır. Bəzən də saxladığı heyvanlardan bazarda və ya qapısına gəlib istəyən şəxslərə satıb qazancını ailəsinin ehtiyaclarına xərcləyir. Cavabdeh1 qonşu kimi tanımış, bir qonşu kimi münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Neftçala rayon sakini İddiaçı isə elə də yaxından tanımamış, onu təxminən bir il əvvəl, qonşuluqda yaşayan Fidanın mağazasında görmüşdür. Həmin vaxta qədər, yəni 2022-ci ilin mart ayının əvvəllərində təxminən 20 gün ərzində Fidan ondan ümumilikdə cəmi 5 baş ana inək və 3 baş da inək balası almış, ilk dəfə Fidan ondan 3 baş boğaz ana inəyi 3800 manata, ondan 5-6 gün sonra Fidan ondan 1250 manata yenidən yanında əkiz balası olan daha bir baş inək almış, 1 həftə sonra isə Fidan ondan 1300 manata yenə yanıbalalı bir baş inək almış, aldığı 5 baş ana inǝyǝ və 3 baş inək balasına görə Fidan ona cəmi 6350 manat pul vermiş. Fidan ondan ilk 3 baş boğaz inəyləri alanda əri Rüfətlə onun yanına gəlmiş, həmin vaxt demələrinə görə onlar inəkləri özləri üçün almışlar. Sonradan Ülkər adlı qadını Fidanın mağazasında görəndə Fidan ondan aldıqları malları Ülkərlə şərik aldığını, birlikdə şərik iş gördüklərini ona demişdir. Sonradan qardaşı Vasifdən eşitmişdir ki, Fidan və əri Rüfət ondan aldıqları heyvanları bir ay keçməmiş Salyan rayon bazarında satıblar. Fidana cəmi 5 baş ana inək və 3 baş da inək balası satmış, Fidanın Ülkəri aldatmasını, ondan buna görə 8700 manat almasını bilməmiş, bu barədə də onun heç bir məlumatı olmamışdır”. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən xüsusatı araşdırma zamanı izahatı alınmış X17 və X4 da öz izahatlarında bir daha təsdiq etdikləri qeyd olunmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şərikli iş qurmaqla bağlı razılıq olmuş, sonradan onlar arasındakı bu münasibətlər pozulmuş və tərəflər arasında pulla bağlı mübahisə yaranmışdır. Materiala əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 6(057)-7/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət verən şəxs İddiaçı Salyan Rayon Polis X6 baş müstəntiqi X10 HK-1/224 nömrəli araşdırma materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi X19 bildirmişdir ki, “iş materiallarındanda görünür ki, iş Salyan RPŞ-nə Neftçala RPŞ-dən aidiyyəti üzrə göndərilmişdir. Ülkər xanım fərdi taksi sürücüləri ilə Cavabdeh1 pul göndərmişdir. Taksi sürücüləri pulun göndərilməsini təsdiq etsələr də, məbləğin nə qədər olduğu barədə məlumatları yoxdur. Tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti şikayətçiyə göndərilmişdir. Odur ki, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehler X9 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş var”. Neftçala Rayon Məhkəməsinin 2(053)-629/2024 nömrəli iş üzrə 05 iyul 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı “Dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə cavabdehlərin vəkili Nümayəndə1 vəsatəti təmin olunmuş, Cavabdeh1 adına kart nömrəsi “4169 7414 6917 5721” olan, Rəfiqə Əliyevanın adına kart nömrəsi “6768 6755 8020 7155” olan və ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1960-cı il təvəllüdlü X7 adına verilmiş (Ş/v AA 4590628, FİN ZVLQ80M) "xxxx" ASC-yə məxsus pensiya kartından, kart nömresi “5167 5133 4640 5244” olan "xxxx" ASC-yə məxsus olan kart hesablarından 2021-ci ilin dekabr ayından 2023-cü ilin dekabr ayına qədər olan müddət ərzində pul vəsaitlərinin çıxarılması görüntüləri (foto və yaxud video) "xxxx" ASC-dən və "xxxx" ASC-dən götürülməsi və qərardadın icrasının "xxxx" ASC-yə və "xxxx" ASC- yə tapşırılması qərara alınmışdır. xx.xx.2024-cü ildə Azərbaycan Beynəlxalq Bankının Hüquq departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, 5167 5133 4640 5244 nömrəli kart sahibinin anket məlumatlarını, həmin kart üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışı və pulun nağdlaşdırılmasına dair mövcud görüntüləri disk daşıyıcıda təqdim edilmişdir. xx.xx.2024-cü ildə "xxxx"ın Hüquq departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, məktubunuza əlavə edilmiş qərarda qeyd olunan dövr üzrə Cavabdeh1 istifadəsində olan 4169 74** **** 5721 nömrəli, Rəfiqə Əliyevanın istifadəsində olan 6768 67** **** 7155 nömrəli və X7 istifadəsində olan pensiya kartı ilə ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatına dair mövcud görüntülər Sizə təqdim edilir. Neftçala Rayon Məhkəməsinin 2(053)-629/2024 nömrəli iş üzrə 06 sentyabr 2024cü il tarixli qərardadı ilə işin baxılma müddəti iki ay müddətinə uzadılmışdır. Bank məlumatları haqqında "xxxx" ASC-nın Hüquq departamenti tərəfindən sorğu əsasında məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman kart nömresi “5167 5133 4640 5244” olan "xxxx" ASC-yə məxsus açılmış faylın üzərində həmin kartın Cavabdeh2 məxsus olması, eyni zamanda ATM 207-dən xx.xx.2022-ci il tarixdə İddiaçı, ATM 742-dən isə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 bankomat qarşısında dayandığı şəkillər əks olunmuşdur. "xxxx" ASC-nin Hüquq departamenti, Məhkəmələr və hüquqi təminat şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman X2 adına "xxxx" ASCyə məxsus kart nömrəsi “6768 6755 8020 7155” olan görüntülərdə İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə bankomat qarşısında əməliyyat apardığı əks olunmuşdur. X7 adına "xxxx" ASC-yə məxsus kart nömrəsi “416974xxxxxx8113” olan görüntülərdə İddiaçı deyil, qadın cinsinə məxsus digər eynəkli şəxsin bankomat qarşısında əməliyyat apardığı əks olunmuşdir. Eyni zamanda sorğu əsasında Cavabdeh1 adına "xxxx" ASC-yə məxsus “4169 7414 6917 5721” olan plastik kart nömrəsi üzrə məlumatlar mövcud olmadığından məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında ilkin olaraq dost münasibətləri formalaşmış, bundan sonra Cavabdeh1 İddiaçı şəhid ailəsi olduğunu və bununla bağlı ona imtiyazlarından istifadə etməkdə yardımçı ola biləcəyini vəd etməklə şəhid ailələrinə ev verilməsi işinin sürətləndirilməsi məsələsində Nərmin adlı tanışının olduğunu və bu işin başlanması üçün pul lazım olduğunu bildirmiş, o da Fidanın bu sözlərinə inanmışdır. Bundan sonra tərəflərin arasında iş birliyinin qurulması məqsədilə bəzi təkliflər verilmiş və bu təkliflərin həyata keçirilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh1 vəsaitlər xərcləməli olmuş, bu vəsaitlər İddiaçı "xxxx" ASC-dən öz adına yaxın məsafələrlə üç dəfə kredit götürüb əvvəlki kreditləri bağlaması ilə nəticələnmişdir. Tərəflər arasında olan mübahisənin predmeti üç hissədən ibarət olmaqla iddiaçıya şəhid ailələrinə Bakı şəhərində verilən evlərin alınması məsələsinin sürətləndirilməsi, Cavabdeh1 məxsus mağazanın İddiaçı ilə şərikli işlədilməsi məqsədilə genişləndirilməsi və Cavabdeh1 məxsus heyvandarlıq təsərrüfatında iddiaçının təsərrüfat yaratması məqsədilə ona heyvan almaq pul verməsi olmuşdur. Qeyd edilən predmetlər üzrə iddaçı cavabdehlərdən maddi ziyanın və bunun qarşlığında dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçı maddi ziyan tələbi üzrə məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq cavabdehlərdən 42.000 manat məbləğində ona dəymiş maddi ziyanı, eyni zamanda Cavabdeh1 15.000 manat məbləğində mənəvi ziyanın xeyrinə tutulmasını xahiş edir. İşın məhkəmə hazırlıq iclası zamanı Cavabdeh1 maddi ziyanın ödənilməsi tələbini qismən qəbul edərək iddiaçı ilə sürücülük kursunda 5 ayın içində tanış olduğunu, bu münasibətlərin dost münasibətlərinə çevrildiyini, mərhum atasının işlədiyi dövrlərdə vəzifəli şəxs olduğunu, atasından qalma malı-mülkü olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda yaşadığı kənddə şəxsi dükanı vardır. İddiaçı ilə münasibətləri yaranan ilk vaxtlarda Ülkər ona 500 manat pulu dükana onun üçün mal gətirib satmaq məqsədilə vermiş, dükan əvvəl 60 kv.metr olmuş, sonra dükanın artırılması üçün 5.000 manat vəsait xərcləmişdir. Dükan 120 kv. metrə qədər artırılmışdır. İddiaçının qeyd etdiyi Bakı şəhərində şəhid ailələri üçün nəzərdə tutulan mənzilin alınmasının tezləşdirilməsi məsələsi ilə onun bağlılığı olmadığını, ev məsələsi ilə iddaçının başqa bir şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İddiaçının onunla iş birliyi qurmaq niyyəti ilə ona verdiyi pul məbləğinin əvəzində borcunu qaytara bilmədiyi üçün özünə məxsus mağazanı ona vermək istədiyini, Ülkərin isə ondan və əri Rüfətdən 42.000 manat maddi ziyan və ondan 15.000 manat mənəvi ziyan tələb etdiyini bildirmişdir. İddiaçının onun qardaşı Məhəmmədə 5.000 manat deyil 1.850 manat dükanın artırılması üçün pul verdiyini, həmin pulu verəndə də faizə, borca verdiyini bildirmişdir. Eyni zamanda aralarında iş birliyi ilə əlaqədar razılaşma olduğunu və bu razılaşma ilə əlaqədar 1.400 manat Ülkərin rəfiqəsi Natavan xanım tərəfindən ona pul göndərildiyini, ortaq qurduqları mağaza üçün materiallar alındığını, iddiaçının Elman adlı taksi sürücüsündən 15.000 manat göndərməsinə gəldikdə isə Elmanın ona bir dəfə zərfdə pul gətirib verdiyini, amma orada 15.000 və ya 10.000 manat olmadığını, hardasa 5.000 manat pul olduğunu bildirmişdir. İddiaçının ona 3.900 manat bir, 3.400 manat bir, 3.000 manat bir, taksi sürücüsü Elman vasitəsilə 5.000 manat bir və qardaşı Məhəmmədə 1.850 manat pul verdiyini bildirmişdir. Həmçinin izahatında bildirmişdir ki, iddiaçı böyük məbləğdə pullarla bağlı yalan izahat verir. Ona verilən pulları öz qeydləri olan dəftərdə yazmışdır. İddiaçının heyvan almaq fikrinin olduğunu, hətta onunla birlikdə həmkəndlisi Ələkbər adlı şəxsin həyətinə gedib heyvanlarına baxdığını, lakin heyvan almadıqlarını bildirmişdir. Qeyd etmişdir ki, əgər iddiaçı onun xəbəri olmadan heyvan alıbsa da, alınan heyvanlarla bağlı ona pul verilməmiş, iddiaçı ərizədə qeyd etdiyi məbləğlər və heyvan alınması üçün verilən pulların aralarında olan yazışmalarda əks olduğunu qeyd etsə də, o həmin yazışmaları oxumadığını, ***-***-**-** nömrəsinin onun istifadəsində olduğunu, artıq bu məsələnin üstündən üç il keçib deyə olanları yaxşı xatırlamadığını bildirmişdir. İşin məhkəmə baxışı iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə1 maddi ziyanın ödənilməsi tələbi üzrə iddianı Cavabdeh1 aid hissədə qismən qəbul etdiyini, Cavabdeh2 cavabdeh olaraq tanınmasının əsassız olduğunu qeyd etməklə iddia tələbi üzrə iddiaçı tərəfindən verilən izahatların qeyri-dəqiq olduğunu, məhkəmə hazırlıq iclaslarında iddiaçının verdiyi izahatlarla bağlı Cavabdeh1 tərəfindən iddiaçıya verilmiş 4 nəfərə aid plastik kartlardan hansı məbləğdə pul vəsaitlərinin çıxarılmasının müəyyən edilməsi məqsədilə sorğu verilməsi haqqında vəsatətinin təmin olunduğunu, iddiaçı ilə Cavabdeh1 arasında 9.000 manat pul məbləği olduğunu, həmin məbləğdən 2.000 manatın iddiaçıya qaytarıldığını, qalan məbləğləri qəbul etmədiklərini, iddiaçı tərəfindən 12 ay ona verilmiş kartlardan pul çıxarıldığını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh Fidanın qaynanası Qələmnazın kartından 1.500 manat pul çıxarmış, ümumilikdə iddiaçıya 4.500 manat pul qaytarılmış, cavabdehlərin qaytarılmamış 4.757 manat borcları qalmışdır. Bankdan götürülən pul məbləğlərini qəbul etmədiklərini, iddiaçının göstərdiyi məbləğlərlə bağlı sübut təqdim edə bilmədiyini, onun qeyd etdiyi məbləğlərlə bağlı razılığa gələ bilmədiklərini, X16 və X3 aid kartlardan 2021-ci ilin dekabr ayından pul vəsaitləri çıxarıldığını, heyvanlarla bağlı tərəflər arasında ümumiyyətlə razılaşma olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Fidan səs yazışmalarında iddiaçı və şəhid olmuş ərini təhqir etməmişdir. Bunlar tamamilə yanlışdır. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdehlər hər ay iddiaçıya verdiyi pul məbləğlərindən qaytarmışlar. Cavabdehlərin verdiyi pulun məbləği cəmi 21.000 manat təşkil edir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarla bağlı ödənilən məbləğ 19.100 manat təşkil edir. İddiaçı pul verib faiz götürmüşdür. Bu səbəbdən iddia tələbinin Fidana qarşı qismən təmin olunmalı olduğunu, cavabdeh Rüfətə qarşı olan iddia tələbinin isə rədd olunmasını, 19.100 manatdan 8.600 manat ödənildiyini, iddiaçının mənəvi ziyan tələbinin isə əsassız olduğundan rədd olunmalı olduğunu qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq nümayəndə iddianın Fidana aid hissədə qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Cavabdeh2 ilkin olaraq iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Ülkərin həyat yoldaşı Fidanla dost münasibətləri olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, onların kənddə özlərinə məxsus 30 kv. metrlik dükanları olmuş, arvadı Fidanla Ülkər öz aralarında dükanı genişləndirməyə razılaşmışlar. O isə bu işə iradını bildirmişdir. X32 fikrinin qəti olduğunu görüb onlara mane olmamışdır. O, bu proseslərdə iştirak etmədiyini qeyd etmişdir. Sonra həyat yoldaşı Fidan insult keçirmiş, İddiaçı onlara gələrək bildirmişdir ki, faiz borcu var onu təcili qaytarmaq lazımdır. Onların iş birliyi ilə bağlı xərclədikləri məbləğlərdən onun xəbəri olmamışdır. Nə də Ülkər ona Fidana verdiyi pulların məbləği barədə ilkin olaraq məlumat verməmişdir. Sonda Ülkər ona bildirmişdir ki, Fidanın ona 35.000 manat borcu vardır. O, Ülkərə bildirmişdir ki, Fidan xəstədir, üç dəfə insult keçirmişdir. Danışa bilmir, sağalıb ayağa qalxsın o da Fidanın ona olan borcunu qaytarmasına kömək edəcəkdir. X18 borcunun məbləğindən əvvəllər xəbəri olmamışdır. Ülkərə olan borcunu Fidan özü dəqiq deyə bilər. Onlar Ülkərə təklif etmişlər ki, evlərini 65.000 manata satışa çıxarıb ona olan 30.000 manat borcu qaytaracaqlar. O, Ülkərə razılaşmalarına əsasən ayda 500 manat olmaqla 4 ay ödəniş etməklə 2.000 manat ödəmiş, sonra bildirmişdir ki, özünün də borcları var deyə ayda 200-300 manat olmaqla hissə-hissə borclarını qaytarsın, lakin Ülkər bununla razılaşmamışdır. Onlar Ülkərə olan 30.000 manat borca görə evlərini satmaq qərarına gəlmişlər. Bu razılaşma Ülkərin Salyan RPŞ-ya etdiyi şikayətlə əlaqədar polis şöbəsində izahat verib çıxandan sonra baş tutmuşdur. Onlar Ülkərlə 45.000 manatla deyil, 30.000 manat borc məbləği ilə bağlı razılaşmışlar. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə iş birliyi müqabilində, yəni ona məxsus mağazanın genişləndirilməsi və mağazadan şərikli istifadə olunması ilə bağlı iddiaçı tərəfindən ona verilmiş pul məbləğlərinin bir qismini məhkəmə iclası zamanı etiraf etsə də, şəhid ailələrinə verilən məzillərlə bağlı iddiaçıya vəd vermədiyini və bunun müqavilində ondan pul almadığını, eyni zamanda Ülkərin iri buynuzlu heyvan almaq fikrinin olduğunu, lakin ona heyvan almaq üçün pul vermədiyini bildirmişdir. Bundan başqa Cavabdeh1 məhkəmə iclası zamanı Ülkərin Elman adlı taksi sürücüsündən ona göndərilmiş pul məbləğinin 15.000 manat deyil hardasa 5.000 manat olduğunu bildirsə də o, Salyan Rayon Polis Şöbəsinin İB-də aparılmış araşdırma zamanı verdiyi izahatında Ülkərin Elman adlı taksi sürücüsündən ona 10.000 manat məbləğində pul göndərdiyini, Azər adlı taksi sürücüsünün isə ona Ülkərin verdiyi 3.000 manatı çatdırmadığını bildirmişdir. İddiaçının şikayəti ilə əlqədar Salyan Rayon Polis Şöbəsinin İB-də araşdırma zamanı izahat vermiş taksi sürücüsü Elman isə izahatında bildirmişdir ki, təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Fidan ondan Neftçala şəhərinə getməyini, orada bir nəfərin verəcəyi pulu onun üçün gətirməyi, buna görə ona artıqlaması ilə zəhmət haqqı verəcəyini dediyini, ona görə öz idarə etdiyi maşınla Fidanın ona dediyi yerə, yəni Neftçala şəhərindəki "xxxx"ın qarşısına gəldiyini, orada ona yaxınlaşan bir qadının ondan Elman olub-olmadığını soruşub dəqiqləşdirdikdən sonra həmin qadın bankın qarşısındakı bankomata yaxınlaşıb oradan pul çıxarandan sonra əlindəki pulları sayıb onun 15.000 manat olmasını bildirib həmin pulu Fidana çatdırmasını ondan xahiş etdiyini bildirmişdir. O da həmin qadının ona verdiyi həmin pulu saymadan gətirib Salyan rayonu, Ərəbqardaşbəyli kəndində hamısını Fidana verdiyini, Fidanın ona maşın haqqı kimi cəmi 20 manat pul verdiyini, bundan başqa heç vaxt kimdənsə pul alıb gətirib onu Fidana vermədiyini bildirmişdir. Eləcədə Salyan RPŞ-nın İB-də araşdırma zamanı izahat vermiş taksi sürücüsü X5 Elantra markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu və həmin avtomobilindən taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazandığını, Cavabdeh1 əvvəldən həmkəndli kimi tanıdığını, Neftçala rayon sakini İddiaçı isə əvvəldən Neftçalaya gedib-gələn zaman tanımış olduğunu, onun mərhum əri ilə yaxın münasibəti olduğunu, ona görə də onların Neftçala şəhərində yaşadıqları evi də tanıdığını, təxminən 2022-ci ilin mart ayında Neftçala şəhərində olan zaman Fidan ona zəng vuraraq gedib orada Ülkərdən onun verəcəyi pulu onun üçün gətirməsini xahiş etdiyini, ona görə Ülkərgilə gedib onun verdiyi 3000 manat pulu gətirib Salyan rayonu, Ərəbqardaşbəyli kəndindəki evlərində Fidana verdiyini, Fidan da pulu sayıb ona 2 manat zəhmət haqqı kimi verdiyini, bundan təxminən 2-3 ay sonra Ülkər ondan, gedib Fidanın onun üçün göndərdiyi 100 manat pulu götürüb ona çatdırmasını xahiş etdiyini, o da ona görə Fidangilə gəldiyini, Fidanın ona bir neçə bank kartı və 100 manat pul verdiyini, o da onların hamısını gətirib Neftçala şəhərində Ülkərə verdiyini bildirmişdir. Həmçinin Salyan RPŞ-nın İB-də raraşdırma zamanı izahatı alınmış X1 rayonu, Ərəbqardaşbəyli kəndində yaşamaqla özü də heyvandarlıqla məşğul olduğunu və yaşadığı evin həyətində mal-qara, qoyun-quzu saxlayıb bəzən də saxladığı heyvanlardan bazarda və ya qapısına gəlib istəyən şəxslərə satıb qazancını ailəsinin ehtiyaclarına xərclədiyini, Cavabdeh1 qonşu kimi tanıdığını, bir qonşu kimi münasibətlərinin həmişə onlarla yaxşı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Neftçala rayon sakini İddiaçı isə elə də yaxından tanımamış, onu təxminən bir il əvvəl, qonşuluqda yaşayan Fidanın mağazasında görmüş, həmin vaxta qədər, yəni 2022-ci ilin mart ayının əvvəllərində təxminən 20 gün ərzində Fidan ondan ümumilikdə cəmi 5 baş ana inək və 3 baş da inək balası aldığını, ilk dəfə Fidan ondan 3 baş boğaz ana inəyi 3800 manata, ondan 5-6 gün sonra Fidan ondan 1250 manata yenidən yanında əkiz balası olan daha bir baş inək aldığını, 1 həftə sonra isə Fidan ondan 1300 manata yenə yanıbalalı bir baş inək aldığını, aldığı 5 baş ana inǝyǝ və 3 baş inək balasına görə Fidanın ona cəmi 6350 manat pul verdiyini, Fidanın ondan ilk 3 baş boğaz inəyləri alanda əri Rüfətlə onun yanına gəldiyini, həmin vaxt demələrinə görə onlar inəkləri özləri üçün aldıqlarını dediklərini, sonradan Ülkər adlı qadını Fidanın mağazasında görəndə Fidan ondan aldıqları malları Ülkərlə şərik aldığını, birlikdə şərik iş gördüklərini ona dediyini, sonradan qardaşı Vasifdən Fidan və əri Rüfətin ondan aldıqları heyvanları bir ay keçməmiş Salyan rayon bazarında satdıqlarını eşitdiyini, Fidana cəmi 5 baş ana inək və 3 baş da inək balası satdığını, Fidanın Ülkəri aldatmasını, ondan buna görə 8.700 manat almasını bilmədiyini, bu barədə də onun heç bir məlumatı olmadığını bildirmişdir. Cavabdeh2 işin məhkəmə baxışı zamanı sonuncu dəfə İddiaçı ilə aralarında 30.000 manat borc məbləği ilə razılaşdıqlarını məhkəmə iclasında etiraf etmiş və həmin məbləğdən tərəfindən iddiaçıya 2.000 manat pulun ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh2 iddianı bu hissədə etiraf etməsini qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdehlər və onların nümayəndəsi iddiaçı tərəfindən bankdan götürülən kreditlərdən cavabdehlərin yararlanmadığını bildirmiş və heyvanlar üçün verilmiş 8.700 manat pul məbləğini inkar etsələr də İddiaçı ilə Cavabdeh1 arasında olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarda bank kreditlərinin faizi ilə birlikdə ödənilməsini tərəflər müzakirə etmiş, hətta Cavabdeh1 kreditin onun adına keçirilməsi və ödənişləri faizləri ilə birlikdə ödəyəcəyini qeyd edərək İddiaçı bankın sənədlərini tələb etmiş, həmçinin heyvanlarla bağlı faktları etiraf etməklə onun da pulunun qaytarılacağını vəd etmiş və İddiaçı bir müddət borc məbləğinin qaytarılması üçün vaxt istəmiş, vaxt qazanmış, İddiaçı ondan pulunu israrlı şəkildə tələb etdiyi üçün aralarında olan danışıqlar aqressivləşmiş və bundan sonra Cavabdeh1 verdiyi vədləri inkar etməyə başlamış iddiaçıya onsuzda verdiklərini sübut edə bilməyəcəyini bildirmişdir. Habelə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının cavabdehlərə qarşı olan maddi ziyanın ödənilməsi tələbi cavabdehlərin və onların nümayəndəsi, vəkili tərəfindən səsləndirilən iddiaçıya cavabdehlər tərəfindən müxtəlif vaxtlarda nəğd və ya kart köçürmələri ilə həyata keçirilmiş ödənişlərdən sonra son olaraq tərəflər arasında cavabdehlərin ümumilikdə iddiaçıya ödəməli olduğu məbləğ 30.000 manat təşkil etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, yuxarıda qeyd olunan sübutlara, habelə Cavabdeh2 etirafına əsasən iddiaçıya cavabdehlər tərəfindən 30.000 manat məbləğində maddi ziyanın ödənilməmiş qalması və yuxarıda qeyd edilən razılaşmadan sonra dəymiş ziyan məbləğindən 2.000 manatının cavabdehlər tərəfindən ödənilməsi öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərdən əmələ gələn mübahisələr davam etdiyi dövrdə iddiaçı ailə başçısını itirmiş tək qadın-ana olaraq uşaqları üçün ayırdığı pul məbləğini də Cavabdeh1 təkidi ilə ona göndərməli olmuş, davamlı kreditlərin aylıq ödənişlərinin qarşısında həyəcan və sarsıntılar yaşamaqla mənəvi ziyana məruz qalmış və bu kimi hallar da iddiaçının səhhətinə mənfi təsir etmişdir. Beləliklə, iddiaçının tələbləri qismən sübuta yetirmiş hesab olunmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən «Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən «fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir». Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən «şərəfini, ləyaqətini və ya İşgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır». Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- Əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Eyni Qərarın 10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh1 və Cavabdeh2 üzərinə götürdüyü pul öhdəliyini lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, birləşdirilmiş hər iki iddia qismən təmin edilməli, cavabdehlərdən iş üzrə sübuta yetirilmiş 28.000 manat məbləğində pul (maddi ziyan), Cavabdeh1 isə 700 manat məbləğində pul (mənəvi ziyan) tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbləri qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul dəymiş maddi ziyanın əvəzi və Cavabdeh1 700 (yeddi yüz) manat məbləğində pul mənəvi ziyanın əvəzi olaraq tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-629/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-629/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver