Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-638/2023 14.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı cavabdehlər Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun miras əmlakdakı paya (vərəsələrə) yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ilə məhkəməyə müraciət edərək X1 borclu olduğu 26000 ABŞ dollarının ondan miras qalmış ünvan 1 ünvanındakı yaşayış evi və torpaq sahəsində olmuş payına (mirasa) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli evin sənədi iş materiallarına əlavə edilməmiş, iddiaçı tələbində borcun miras əmlakdakı paya (vərəsələrə) yönəldilməsini istədiyi halda vərəsələrlə bağlı müvafiq arayışı ərizəyə əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsindən ərizənin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalandığı görünsə də iddiaçı ilə nümayəndənin qohumluq faktını təsdiq edən sənəd, iddiaçının doğumu haqqında şəhadətnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən “iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». İddia ərizəsini imzalamış Nümayəndə həmin səlahiyyətə malik olması halının təqdim edilmiş sənədlərlə müəyyən olunmadığını və prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun miras əmlakdakı paya (vərəsələrə) yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin qüvvəsinə görə «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-638/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-638/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver