Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-676/2023 17.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızının, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Borcun miras əmlakdakı paya (vərəsələrə) yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızı və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 borclu olduğu 26000 ABŞ dollarının ondan miras qalmış ünvan 1 ünvanındakı yaşayış evi və torpaq sahəsində olmuş payına (mirasa) yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızı işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Cavabdeh2 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Qəmbərova (Abdullayeva) Gülcahan Yusif qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Borcun miras əmlakdakı paya (vərəsələrə) yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-676/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-676/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver