Məhkəmə qərarları › İş №2(053)-679/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-679/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-679/2023 31.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi (indiki Ararat) rayonunda anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, xx xxxx 1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi (indiki Ararat) rayonunda doğulduğunu bildirmişdir. Ermənistandan 8 yaşı olanda, 1949-cu ildə ata və anası ilə birlikdə Azərbaycan Respublikasının o vaxtkı Xıllı rayonuna, indiki Neftçala rayonuna gəlmişlər. Qurbanov Ələşrəf onun əri olmuşdur. Qeyd edir ki, ailə qurana kimi sənədi olmayıb. 1961ci ildə pasport almışdır. Onunla bir yerdə doğulumuş, yaşamış şəxslər vardır ki, onları şahid qismində dəvət edə bilər. O, doğum haqqında şəhadətnamə almaq niyyətindədir. Hal-hazırda doğum haqqında şəhadətnaməni itirmişdir. Şəhadətnamənin harada olması ona məlum deyil. Gələcəkdə onun və övladlarının əziyyət çəkməməsi üçün məhkəməyə müraciət edir. Şəhadətnamə almaq üçün əvvəlcə Maraqlı şəxsnə müraciət etmiş, ona 02 mart 2023-cü il tarixdə imtina cavabı verilmişdir. Ermənistan Respublikasında doğulduğu halda şəxsiyyət vəsiqəsində doğulduğu yer səhvən Neftçala rayonu, Mirzəqurbanlı kəndi qeyd edilmişdir. Məsələnin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmiş, lakin imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3, X2 və X10 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun xx xxxx 1941-ci il tarixdə Azərbaycan Respublikası, Neftçala rayonunun Mirzəqurbanlı kəndində doğulduğu, hazırda Neftçala rayonu, Mirzəqurbanlı kəndində yaşadığı göstərilir. Neftçala Rayon Polis Şöbəsinin 29 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, «Neftçala rayonu, Mirzəqurbanlı kəndində qeydiyyatda olan, xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi Neftçala Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2005ci il tarixdə, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına ərizəçinin valideynləri atası X5, anası-X6 ölüm haqqında arayış və şəhadətnaməsinin, həmçinin bacısı X1 və şahidlərin şəxsiyyət vəsiqələrinin surətləri əlavə olunur. Neftçala rayonu, Tatarməhlə kənd İƏDÜN-nin 295 nömrəli arayışında qeyd olunur ki, Ərizəçi atası mərhum X11, anası mərhum X13 ilə birlikdə 1949-cu ildə Ermənistanın Vedi rayonundan məcburi köçürülərək Neftçala rayonu, Mirzəqurbanlı kəndində məskunlaşmışlar. Neftçala rayonu, Tatarməhəllə kənd İƏN- nin 23 noyabr 1964-cü il tarixli nikah kitabının 11-ci səhifəsindən çıxarışdan görünür ki, X7 ilə X4 arasındakı nikah 23 noyabr 1964-cü il tarixdə, 11 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadın (Qurbanova) soyadını qəbul etmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, Ərizəçi xx xxxx 1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi (indiki Ararat) rayonunda doğulub, atası X11, anası isə X13 olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Ərizəçinin müvafiq sənədi başqa qaydada ala bilməməsi onun ərizəsinə Maraqlı şəxs tərəfindən 02 mart 2013-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi xx xxxx 1941-ci il tarixdə Ermənistan Respublikasının Vedi (indiki Ararat) rayonunda anadan olması faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar