Məhkəmə qərarları › İş №2(053)-7/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-7/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-7/2023 01.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Abdullayeva (Qəmbərova) Gülcahan Yusif qızına, Cavabdeh2, Cavabdeh3 və Əliyeva (Qəmbərova) Kəmalə Hüseyn qızına qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Abdullayeva (Qəmbərova) Gülcahan Yusif qızının, Cavabdeh2, Cavabdeh3 və Əliyeva (Qəmbərova) Kəmalə Hüseyn qızının (onunla birlikdə yaşayanlarla) ünvan 1 ünvanındakı yaşayış evindən, təsərrufat və qeyri yaşayış sahələrindən çıxarılmaları, həmin sahələrin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı 01 iyun 2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən «işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə» və «işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Abdullayeva (Qəmbərova) Gülcahan Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və Əliyeva (Qəmbərova) Kəmalə Hüseyn qızına qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar