Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-723/2024 16.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək uşağı X2 18 yanvar 2022-ci il tarixdə Neftçala şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini və ərizəyə verdiyi dəqiqləşmə ərizəsini müdafiə edərək bildirmişdir ki, o, X3 ilə 24 noyabr 2008-ci ildə ailə qurmuş, birgə nikahlarından altı uşaqları doğulmuşdur. Uşaqlardan sonuncusu X4 xx.xx.2022-ci ildə ev şəraitində doğulmuşdur. Ona doğum haqqında şəhadətnamə alınmamışdır. Uşağa doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müracət etmişdir. Maraqlı şəxs 21 noyabr 2023-cü il tarixli, 3-16-5/8-M-556/23 saylı məktubla cavab verərək doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Həmin imtina məktubunda bildirilr ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10. 2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın doğumun qeydə alınması bölməsinin 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün doğum faktının, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğuma köməklik göstərmiş və doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Qeyd olunan müvafiq sənəd tərəfinizdən təqdim olunmadığından, həmin Qaydanın 2.4-cü bəndinə əsasən doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməlisininiz. Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli vəkil sorğusuna 13 dekabr 2023-cü il tarixli cavab məktubunda aşağıdakılar qeyd olunur: Sizin xx.xx.2023-cü il tarixli, 48 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Ərizəçi ev şəraitində doğarkən Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət olunmadığı üçün doğuşa köməklik göstərilməmişdir. Ərizəçi bidirir ki, uşaq 18 yanvar 2022-ci il tarixdə ev şəraitində doğulmusdur. Doğuşla bağlı rayon Mərkəzi Xəstəxanasına öncə və sonralar müraciət olunmamışdır. Doğuş anasının evində baş tutmuşdur. X1 və qardaşının həyat yoldaşı X6 doğuşa köməklik göstərmişlər. Əri İsmayıl da qızları Dənizin 18 yanvar 2022-ci il tarixdə ev şəraitində doğulmasını şahid qismində təsdiq edə bilər. Ərizəsinin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3, X7 və X8 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Ərizəçinin iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxx 1987-ci ildə anadan olmuşdur. AA5932319 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 13 noyabr 1985-ci ildə anadan olmuşdur. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Ərizəçi 24 noyabr 2008-ci ildə nikah bağlamış, nikahdan əvvəl Ərizəçi soyadı “Babayeva” olmuşdur. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, Ərizəçi İsmayıl Həsənovla olan rəsmi nikahından 18 yanvar 2022-ci il tarix Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. də Neftçala şəhərində ev şəraitində Dəniz adlı qız uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 21 noyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə, habelə Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli vəkil sorğusuna 13 dekabr 2023-cü il tarixli cavab məktubunda təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 233, 307, 308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi Dəniz adlı qız uşağının 18 yanvar 2022-ci il tarixdə Neftçala şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-723/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-723/2024
16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver