Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-734/2024 14.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Ərizəçi «Doğum şəhadətnaməsinin təkrar alınması» na dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anadangəlmə əqli qüsurlu şəxs olan oğlu 22 dekabr 2001-ci il təvəllüdlü X2 məxsus, Neftçala rayon VVADQ şöbəsi (indiki qeydiyyat şöbəsi) tərəfindən 05 mart 2002-ci il tarixində verilmiş AZ-İ № 184343 saylı doğum haqqında şəhadətnamə itdiyi üçün təkrar verilməsi və yeni veriləcək doğum haqqında şəhadətnamədə oğlunun doğum tarixinin 22 dekabr 2001-ci il qeyd olunması məsuliyyətinin Maraqlı şəxs üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə «doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının» müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllinin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Eyni Məcəllinin 309.1-ci maddəsinə əsasən «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir». Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi ərizəçi anadangəlmə əqli qüsurlu şəxs olan oğlu 22 dekabr 2001-ci il təvəllüdlü X2 məxsus, Neftçala rayon VVADQ şöbəsi (indiki qeydiyyat şöbəsi) tərəfindən 05 mart 2002-ci il tarixində verilmiş AZ-İ № 184343 saylı doğum haqqında şəhadətnamə itdiyi üçün onun təkrar verilməsi və yeni veriləcək doğum haqqında şəhadətnamədə oğlunun doğum tarixinin 22 dekabr 2001-ci il qeyd olunması məsuliyyətinin Maraqlı şəxs üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş edir (ərizəsinə özünə aid şəxsiyyət vəsiqəsinin, itdiyi qeyd edilən “Doğum haqqında” şəhadətnamənin surəti, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti və Maraqlı şəxs X2 ünvanlanmış məktubu əlavə edilib). İlk növbədə qeyd olunmalıdır ki, X1 doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə 2023-cü ildə Maraqlı şəxsnə müraciəti olmuş, şəxsiyyəti təsdiq edən sənəd olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair ərizəyə şöbədə baxılmış, qeyd olunan səbəbdən ərizə ilə müraciət etmiş şəxsə təkrar şəhadətnamə verilməsi mümkün olmamış, ona şəxsiyyətini təsdiq edən sənəd olmadan doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüquqları izah olunmuşdur. Göründüyü kimi qeydiyyat orqanı tərəfindən X2 təkrar doğum haqqında şəhadətnamə verilməsindən imtina edilməklə, ona müraciətinə baxılmasının nəticəsi barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək etmək hüququ izah olunsa da, ərizəçi doğum haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq doğum haqqında şəhadətnamənin təkrar alınması dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən hallara görə ərizənin və ona əlavə edilmiş sənədlərin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını hesab edir və ərizənin məhkəmə icraatının mümkün olmadığı qənaətinə gəlirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə», hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarırır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Məhkəmə bir daha vurğulayır ki, müvafiq mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263,264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «Doğum şəhadətnaməsinin təkrar alınması» na ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-734/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-734/2024
14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver