Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-769/2023 14.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4140 manat əsas borc məbləğinin, borcun vaxtında ödənilmədiyi üçün 414 manat pul məbləğinin və dövlət rüsumuna görə ödənilmiş 66 manat məbləğində pulun, cəmi 4620 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə evlənmək məqsədi ilə tanış olmuş, bu tanışlıqdan qısa müddət sonra cavabdeh onu ailəsi ilə tanış edəcəyini demiş və eyni zamanda tezliklə elçi göndərəcəyini söyləmişdir. Bu minvalla aralarında münasibət yaranmış, cavabdeh onda özünə qarşı inam yaratmış və etibarını qazanmışdır. 2021-ci ilin yanvar-fevral aylarında cavabdeh ondan müxtəlif (güya gəmiyə işə düzəlmək, faiz verənlərdən pul alıb geri qaytarmaq kimi) bəhanələrlə pul istəmiş, o da istədiyi pulları ona qaytarmaq şərtilə vermişdir. Son olaraq isə atasının ürəyindən əməliyyat olunmalı olduğunu, bunun üçün pula ehtiyacı olduğunu, pulun verilməyəcəyi təqdirdə elçi gələ bilməyəcəklərini bəhanə edərək ondan yenə pul almışdır. Beləliklə müxtəlif aralıqlarla, hissə-hissə olmaqla ondan ümumilikdə 4140 manat pul almışdır. Daha sonra o, xəstəxanaları araşdırdıqdan sonra ona məlum olmuşdur ki, cavabdehin atasının xəstəxanada olması yalan imiş. Bundan sonra cavabdehin insanları aldadıb pullarını mənimsəyən bir dələduz olduğundan əmin olmuşdur. O, pulları ona verən zaman cavabdeh ona pulu qısa vaxtda qaytaracağını bildirmişdir. Lakin bu günədək dəfələrlə pulu qaytarmağı tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq aldığı pulları qaytarmaqdan yayınmışdır. Daha sonra onun bu əməllərinin qarşısını almaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək cavabdehin əməllərində cinayət tərkibinin olduğunu və onun barəsində cinayət işi başlanmasını xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi tərəfindən müraciəti araşdırıldıqdan və hər iki tərəfin izahatı alındıqdan sonra qərar qəbul edilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin və şikayətçi vətəndaşa müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Beləliklə də Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı İsa Taralov tərəfindən qəbul edilmiş 27 mart 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla cavabdehin ondan pul məbləğlərini alması və qaytarmaması öz təsdiqini tapmışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddia tələbi, qanunidir, əsaslıdır və cavabdeh tərəfindən ondan aldığı pullar müqabilində ödəməli olduğu 4554 manatlıq iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edir ki, 4140 manat üçün illik 5%, yəni 414 manat (4140 x 5% x 2 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddiaçı nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə və məlumat göndərərək iş üzrə məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı 4140 AZN borc götürdüyünü, maddi imkanı olmadığından ödəyə bilmədiyini, bu səbəbdən iddia tələbini qəbul etdiyini bildirərək işin məhkəmə baxışı iclasına təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyi halda onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini xahiş etməklə iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsi Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsində araşdırılmış, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə hesab edir ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4554 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 4554 (dörd min beş yüz əlli dörd) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 66 (altmış altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-769/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-769/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver