Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-771/2025 17.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus çəkiləri 136 kq, 165 kq və 175 kq olmaqla, ümumilikdə 476 kq olan iri buynuzlu heyvanın dəyərini təşkil edən 6.426 manat pulun, İddiaçı2 məxsus çəkiləri 110 kq və 96 kq olmaqla, ümumilikdə 206 kq olan iri bunuzlu heyvanların dəyərini təşkil edən 2.781 manat pulun və ödənilmiş məhkəmə xərclərinin Cavabdeh alınaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh 2023-cü ildən tanıdığnı bildirmişdir. Mülkiyyətində iri və xırda buynuzlu heyvanlar olmaqla kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh isə Şirvan şəhərində qəssab kimi fəaliyyət göstərməklə heyvan alaraq, kəsib satmaqla məşğuldur. Cavabdeh dəfələrlə ondan heyvan almış, bir neçə dəfə nisyə heyvan almaqla pulu vaxtında ödəmişdir. Həmkəndlisi olan İddiaçı2 ilə birlikdə olduqları müddətdə hər ikisinə məxsus heyvanların satılması qərarına gəlmişlər. Heyvanların satılması özünün şəhid olan oğlu X1 adına keçiriləcək məclislərin təşkil edilməsi üçün həyətyanı sahədə tikinti işlərinin aparılması məqsədilə olmuşdur. Bu tikinti işlərinin aparılması üçün 10.000 manat pul vəsaiti lazım idi. İddiaçı2 ilə birlikdə heyvan bazarına getmək istədikdə cavabdeh İddiaçı2 müraciət edərək kəsim üçün heyvan almaq istədiyini bildirmişdir. İddiaçı2 onunla məsləhət edərək heyvanların cavabdehə nisyə satılmasına razı olub-olmadığını soruşmuş, onlar cavabdehə heyvanların satılması məqsədini söyləməklə razılaşmışlar. Daha sonra cavabdeh heyvanların dəyəri olan 9.200 manat pulu 15 noyabr 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürməklə, Anar adlı sürücüsü ilə istifadələrində olan «Qazel» markalı nəqliyyat vasitəsinə İddiaçı2 məxsus 110 kq çəkidə olan iri buynuzlu heyvanı yükləyərək aparmışlar. 110 kq və 96 kq çəkidə olan heyvanlar İddiaçı2, 136 kq, 165 kq və 175 kq çəkidə olan heyvanlar isə ona məxsus olmuşdur. Kəsiləcək heyvanların çəkisinə uyğun olaraq hər kq üçün 13,5 manat məbləğində pul ödənilməsinə razılaşmışlar. 01 noyabr 2024-cü il tarixdə çəkisi 110 kq, 03 noyabr 2024-cü il tarixdə çəkisi 90 kq, 06 noyabr 2024-cü il tarixdə çəkisi 136 kq və 165 kq, 09 noyabr 2024-cü il tarixdə isə çəkisi 175 kq olan heyvanlar kəsilmiş və heyvanların ümumi çəkisi 682 kq olmaqla, dəyəri 9.207 manat təşkil edir. Cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən Şirvan Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək 9.200 manat pul vəsaitinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Şirvan Şəhər Polis Şöbəsinə yazılı izahat verməklə borcu etiraf etmiş və hissəli şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin bugünədək heç bir ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu 9.200 manat pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddia ərizənin məzmununa, eləcə də İddiaçı1 bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən də İddiaçı2 heyvanlar almış və ona borclu qalmışdır. Lakin atası xəstə olduğundan, daha sonra X2 tərəfindən cərimə olunduğundan heyvanların pulunu ödəyə bilməmişdir. Hazırda isə borcu hissə-hissə ödəməyə razıdır. İddianın təmin olunmasına etirazı yoxdur. Cavabdeh həmçinin 23 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kompakt diskə baxış keçirilən zaman cavabdeh tərəfindən heyvanların kəsildiyi görünür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh məhkəmə iclaslarında iddianı qəbul etdiyini və həqiqətən də iddiaçılardan heyvanlar alaraq onlara borclu olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən iddiaçıların cavabdehə nisyə olaraq heyvanlar satması və cavabdehin buna görə 9.207 manat miqdarında borcu olması halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 6.426 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 və 2.781 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 verilməlidir. İddiaçı2 məhkəməyə müraciət etmək üçün 48 manat məbləğində dövlət rüsumu ödəyib. İddiaçı1 şəhid ailəsinin üzvü olması səbəbindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən “İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür”. İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 ödədiyi 48 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq İddiaçı2 verilməlidir. Bununla yanaşı, İddiaçı1 iddia tələbi üzrə (iddianın qiyməti: 6.426 manat) dövlət rüsumu (84,26 manat) cavabdehə aid edilməli və ondan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6.426 (altı min dörd yüz iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı1 verilsin. Cavabdeh 2.781 (iki min yeddi yüz səksən bir) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçı2 verilsin. İddiaçı1 iddia tələbi üzrə ödənilməli olan 84 (səksən dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-771/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-771/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver