Məhkəmə qərarları › İş №2(053)-80/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-80/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-80/2024 27.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X6 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, cavabdeh habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X15 nümayəndəsi (qardaşı) Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxs X4 nümayəndəsi (bacısı) X7, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 və X15 iştirakı ilə İddiaçı Cavabdeh habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20, X16, X21, X8 və X10 qarşı «qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20, X16, X21, X8 və X10 qarşı iddia ilə məhkəməyə müraciət edərək mərhum X3nun ümumi birgə mülkiyyətində olan ünvan 2ində yerləşən: 1) qeydiyyat ********** olan 16 sentyabr 2020-ci il tarixli **********07-10301 reyestr nömrəli 0,2128 ha həyətyanı torpaq sahəsində özünə məxsus paya münasibətdə və xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə; 2) qeydiyyat nömrəsi ********** olan 24 may 2023cü il tarixli **********34 reyestr nömrəli ümumi birgə mülkiyyətdə olan 2,0206 ha torpaq sahəsində özünün payına olan münasibətdə; 3) qeydiyyat nömrəsi ********** olan 24 may 2023-cü il tarixli **********35 reyestr nömrəli ümumi birgə mülkiyyətdə olan 3,2551 ha torpaq sahəsində özünün payına olan münasibətdə mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, X3nun ünvan 2ində yerləşən ümumi birgə mülkiyyətdə olan ********** qeydiyyat nömrəli və **********07-10301 reyestr nömrəsi ilə 16 sentyabr 2020-ci ildə qeydiyyata alınmış 2.2128 ha həyətyanı torpaq sahəsi və xüsusi mülkiyyətində olan fərdi yaşayış evi var. Ərinin həmçinin ********** qeydiyyat nömrəli və **********34 reyestr nömrəsi ilə 24 may 2023-cü ildə qeydiyyata alınan və ümumi birgə mülkiyyətdə olan 2.0296 ha pay torpaq sahəsi, habelə ********** qeydiyyat nömrəli və **********35 reyestr nömrəsi ilə 24 may 2023-cü ildə qeydiyyata alınan və ümumi birgə mülkiyyətdə olan 3,2551 ha pay torpaq sahəsi var. X3 26 dekabr 2020-ci ildə vəfat etmişdir. Onunla birgə nikahından X28, X25, X29, Cavabdeh, X18 və X22 adlı 6 uşağı doğulub. Bu barədə Neftçala rayonu, Cəngən kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edib. Miras əmlakın qəbulu barədə notariusa müraciət etsə də, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilib. Belə ki, Cavabdeh notariat ofisinə müraciəti qeydə alınaraq ona 27 iyul 2023-cü il tarixli, özünün isə Salyan regional «ASAN xidmət» mərkəzi notariat ofisinə etdiyi müraciətinə cavab olaraq 18 oktyabr 2023-cü il tarixli 847 g saylı imtina məktubu verilib. Qeyd edir ki, mirası faktik olaraq təkcə özü qəbul edib. Digər tərəfdən demək olar ki, vərəsələr arasında heç bir narazılıq da yoxdur və bu səbəbdəndir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməyib. Lakin təkcə vərəsələrdən biri və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən də notariusa müraciət edildiyindən ümumi olaraq mirasın qəbulundan imtina verilmişdir. Hazırda evin, həyətyanı torpaq sahəsinin və pay torpaqlarının sənədləşməsini istəyir. Qanunla müəyyən edilmiş vaxtı ötürsə də mirası faktik olaraq qəbul etməsi və bu günədək həmin miras əmlaklardan istifadə etməsi realdır. Həmçinin qeyd edir ki, digər vərəsələr payları qəbul etməyiblər. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Vəkil da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X15 nümayəndəsi qismində dindirilmiş Cavabdeh iddianı qəbul edərək İddiaçı onun anası olduğunu bildirmişdir. ünvan 2ində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq və pay torpaq sahələrindən ibarət miras əmlaklara münasibətdə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınmasına etiraz etmir. Təmsil etdiyi şəxslərin də iddianın təmin olunmasına etirazları yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 iddianı qəbul edərək İddiaçı onun anası olduğunu bildirmişdir. ünvan 2ində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq və pay torpaq sahələrindən ibarət miras əmlaklara münasibətdə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınmasına etiraz etmir. İşin məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X25 iddianı qəbul edərək İddiaçı onun anası olduğunu bildirmişdir. ünvan 2ində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq və pay torpaq sahələrindən ibarət miras əmlaklara münasibətdə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınmasına etiraz etmir. İşin məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi qismində dindirilmiş X22 iddianı qəbul edərək İddiaçı onun anası olduğunu bildirmişdir. ünvan 2ində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq və pay torpaq sahələrindən ibarət miras əmlaklara münasibətdə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınmasına etiraz etmir. Təmsil etdiyi şəxsin də iddianın təmin olunmasına etirazı yoxdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, mərhum atası X2 miras qalmış, ünvan 2ində yerləşən 0,2128 ha həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə, həmçinin 2,0206 və 3,2551 ha pay torpaq sahəsinə iddiasının olmadığını, həmin əmlakların iddiaçının adına keçirilməsinə razı olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zəruri texniki vasitələrdən istifadə olunmaqla cavabdehlə videogörüntülü əlaqə yaradılmış, sonuncu ərizənin həqiqətən şəxsən onun tərəfindən yazıldığını və imzalandığını təsdiqləyərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Salyan regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinin 25 avqust 2023-cü il tarixli 05/70-40 nömrəli arayışından görünür ki, X17 və İddiaçı nikahı haqqında 12 sentyabr 1964-cü il tarixdə 23 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Neftçala rayon Cəngən kənd İ.N. Nikah bağlandıqdan sonra ərə Salahov, arvada Salahova soyadı verilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, İddiaçı ilə X5 nikahından 29 dekabr 1965-ci ildə X28, 25 fevral 1968-ci ildə X25, 01 yanvar 1970-ci ildə X29, xx xxxxxx 1972-ci ildə Cavabdeh, 16 mart 1974-cü ildə X26 və 05 iyun 1979-cu ildə X27 adlı uşaqlar doğulmuşlar. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X11 ilə X26 30 noyabr 1992-ci ildə nikah bağlamış, müvafiq nikah həmin tarixdə Salyan rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 286 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Ələkbərova» soyadı verilib. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, X34 və X22 ilə olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına «Hüseynova» soyadı verilib. «Ölüm haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X17 26 dekabr 2020-ci ildə Neftçala rayonunda ölmüşdür. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» **********07-10301 nömrəli çıxarışın məzmunundan görünür ki, ünvan 2ində 0,2128 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103,4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2020). «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» **********35 nömrəli çıxarışın məzmunundan görünür ki, ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı 3,2551 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, X14, X15, X19, X23, X4, X12, X13, X5, X7 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2023). «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» **********34 nömrəli çıxarışın məzmunundan görünür ki, ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı 2,0206 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, X4, X12, X13, X15, X19, X23, X14, X7, İddiaçı və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2023). Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 442 nömrəli vərəsəlik arayışında aşağıdakılar qeyd olunur: «…İddiaçı mərhum X3 xx.xx.2020-ci il tarixində Neftçala rayonu Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qaraqaşlı kəndində vəfat etmişdir. X17 vəfat etdikdən sonra aşağıda göstərilən vərəsələri qalmışdır. 1. arvadı: İddiaçı – xx.xx.1947; 2. oğlu: X28 – xx.xx.1965; 3. oğlu: X25 – xx.xx.1968; 4. oğlu: X29 – xx.xx.1970; 5. oğlu: Cavabdeh – xx.xx.1972; 6. qızı: X18 – xx.xx.1974; 7. qızı: X22 – xx.xx.1979. Qeyd: Yuxarıda adları göstəriləndən başqa digər vərəsələri yoxdur. X5 vəfatından sonra mirası faktiki qəbul edən İddiaçı olmuşdur…». Neftçala rayon notariat ofisinin notariusu Səadət Nəcəfovanın Cavabdeh ünvanladığı 27 iyul 2023-cü il tarixli 221 nömrəli imtina məktubunda aşağıdakılar qeyd olunub: «Sizin xx.xx.2020-ci ildə vəfat etmiş X2 miras qalan Neftçala rayonu ünvanında yerləşən daşınmaz əmlakına qanun üzrə vərəsə olmaqla vərəsəlik şəhadətnaməsi verilməsinə dair müraciətinizə cavab olaraq bildiririk ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri sənədlər toplanmamışdır. Eyni zamanda sizin məlumatınızla müəyyən edilir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar mübahisə vardır. Odur ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan bütün sənədlərin təqdim olunmaması və vərəsələr arasında mübahisə olduğunu nəzərə alaraq məhkəməyə müraciət etməniz tövsiyə olunur». Salyan regional «ASAN xidmət» mərkəzi notariat ofisinin xüsusi notariusu X30 ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı adından etibarnamə ilə ünvan 3 ünvanında qeydiyyatda olan Vəkil ünvanladığı 18 oktyabr 2023-cü il tarixli 847 g nömrəli imtina məktubunda aşağıdakılar qeyd olunub: «Sizin xx.xx.2023-cü il tarixdə X46 Xidmət Mərkəzində notariat ofisinə daxil olmuş sorğunuza cavab olaraq, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əriniz X2 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyiniz müraciətə cavab olaraq bildiririk ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüsünüz. Qeyd olunan səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edirik». Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X28, X25, X29 və X22, habelə nümayəndəsi X22 vasitəsilə X18 ərizələrlə məhkəməyə müraciət edərək ataları X2 miras qalmış əmlaka iddialarının olmadığını və hazırkı iş üzrə iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MM-nin 1133-cü maddəsinə əsasən “1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. X1 vəsiyyətnamə qoymadığını və mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə qanun üzrə vərəsəliklə bağlı qaydalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1134.1-ci maddəsinə əsasən “Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər”. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin tələbinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ ilə birinci növbə vərəsələr sayılırlar. İşin faktik hallarını və mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər bərabər pay hüququ ilə X1 birinci növbə vərəsələri sayılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında aşağıdakı nəticəyə gəlmişdir: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan Qərarı 26 dekabr 2023-cü ildə qüvvəyə minib. Qeyd olunur ki, Azərbaycan Respublikası MM-nin həmin Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən 1246 və 1273-1-ci maddələri mirasın qəbulu ilə bağlı məsələləri tənzimləyir. Eyni zamanda qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu MM-nin 1246 və 1273-1-ci maddələrini qüvvədən salmaqla yanaşı mülki dövriyyənin sabitliyini təmin etmək məqsədilə həmin Qərarla müəyyən edilən yeni qaydanın bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil olunmasını qərara almışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi, mirasın 26 dekabr 2020ci ildə açıldığını və göstərilən Qərar qəbul olunan tarixdə hazırkı işin məhkəmənin icraatında olduğunu nəzərə alır. Azərbaycan Respublikası MM-nin 26 dekabr 2023-cü il tarixinədək qüvvədə olmuş 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən “Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər”. Eyni Məcəllənin 1274-cü maddəsinə əsasən “Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür”. İşin faktik hallarından görünür ki, bütün vərəsələr miras əmlakın hamısına iddiaçının qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına razıdırlar. Belə olan halda iddianın müvafiq hissədə təmin edilməsi mümkündür. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında təsbit olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsinə heç bir zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mərhum X2 miras qalmış, ünvan 2ində yerləşən və sahəsi 103,4 kv.m təşkil edən daşınmaz əmlaka (fərdi yaşayış evi) habelə ümumi birgə mülkiyyətdə olan 0,2128 ha torpaq sahəsindəki paya (daşınmaz əmlakın reyestr nömrəsi: **********07-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2020-ci il); ünvan 2ində yerləşən və ümumi birgə mülkiyyətdə olan 2,0206 ha torpaq sahəsindəki paya (daşınmaz əmlakın reyestr nömrəsi: **********34; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2023-cü il); ünvan 2ində yerləşən və ümumi birgə mülkiyyətdə olan 3,2551 ha torpaq sahəsindəki paya (daşınmaz əmlakın reyestr nömrəsi: **********35; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) qanun üzrə vərəsəlik əsasında mülkiyyət hüququ tanınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar