Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-840/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 7.833 manat məbləğində pulun və 99 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək özünə məxsus olan, Bakı şəhəri, H.Əliyev prospekti 106A ünvanında yerləşən anbarı olduğunu bildirmişdir. Həmin anbarda müxtəlif ərzaq malları saxlanılır. Cavabdeh 13 may 2022-ci il tarixdə anbara gələrək ondan ərzaq malları, spirtli içkilər və limonadlar götürmüşdür. Həmin ərzaq mallarını, spirtli içkiləri və limonadları götürməsinin səbəbi isə onları satıb əldə etdiyi pullarla onun pulunu qaytarması olmuşdur. Cavabdeh onunla tanış edən şəxs onun işində düz olduğunu və pulunu qaytaracağını demiş və o, da həmin şəxsə inanaraq Cavabdeh 5.933,20 manat məbləğində ərzaq vermişdir. Bundan əlavə cavabdeh ondan borc olaraq 350 manat məbləğində pul almışdır. O, hər ehtimala qarşı cavabdehə ərizə yazdıraraq pulu hansı tarixdə qaytaracağını qeyd etdirmişdir. Bundan sonra Cavabdeh 05 may 2025ci il tarixdə yenidən onun yanına gələrək 1.550 manat dəyərində ərzaq məhsulu götürmüş və bütün borcu qısa vaxtda verəcəyini demişdir. Beləliklə, Cavabdeh ona 7.833 manat borcu yaranıb. O, yenə də həmin pulla bağlı Cavabdeh ərizə yazdırmışdır. Lakin cavabdeh ona olan borcu ödəməkdən yayınmışdır. Dəfələrlə ondan pulunu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının təqdim etdiyi 13 may 2022-ci il tarixli və 05 may 2025-ci il tarixli qəbzlərdə aşağıdakılar qeyd olunur: «Mən Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək İddiaçı məxsus H.Əliyev prospekti 106a ünvanında yerləşən anbarlarından 5933,20 (beş min doqquz yüz otuz üç manat iyirmi qəpik) mal götürmüşəm. Əlavə olaraq ehtiyacım üçün 350 (üç yüz əlli) manat pul almışam. Bir həftə müddətinə bütün borcumu ödəməyi öz öhdəmə götürürəm. İzahatı özüm yazdım imzamla təsdiq edirəm»; «Mən Cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığım izahatdakı 5933 manat mal borcu və 350 manat öz ehtiyaclarım üçün götürdüyüm pulu təsdiqləyirəm. Bundan əlavə xx.xx.2022-ci ildə əlavə olaraq 1550 manatlıq mal götürmüşəm. Sonda İddiaçı cəmi 7833 (yeddi min səkkiz yüz otuz üç) manat borcum yaranmışdır. Bu borcu ən qısa zamanda ödəməyi öz öhdəmə götürürəm. İzahatı özüm yazdım imzamla təsdiq edirəm». Qəbzlər imzalanıb. İddiaçı bildirir ki, bu qəbzlər cavabdehin öz xətti ilə yazılmış və sonuncunun şəxsən özü tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İddiaçı sübut növü kimi yuxarıda göstərilən qəbzlərə istinad edərək bildirir ki, cavabdeh bu qəbzləri iddiaçıya olan borcunun etirafı kimi öz xətti ilə yazmış və imzalamışdır. Məhkəmə bir daha vurğulayır ki, cavabdeh istər şifahi (telefon vasitəsilə), istərsə də rəsmi bildirişlər göndərilməklə dəfələrlə məhkəməyə dəvət olunduğuna baxmayaraq gəlməmiş, iddiaya rəsmi etiraz bildirməmişdir. Belə olan halda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların və sübutların (o cümlədən yuxarıda göstərilən qəbzin) mötəbərliyini şübhə altına almaq üçün mövcud şəraitdə heç bir əsas yoxdur. İş üzrə yekun qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini də nəzərə alır və hesab edir ki, hazırkı qətnaməni çıxararkən yalnız təqdim olunmuş sübutların tədqiqi ilə kifayətlənməlidir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə 7.833 manat miqdarında pul borc verməsi halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 99 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7.833 (yeddi min səkkiz yüz otuz üç) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 99 (doxsan doqquz) manat tutularaq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-840/2025
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-840/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver